Nərgiz Cəlilova qızı və çinli kürəkəninin fotosunu paylaşdı
Əməkdar artist Nərgiz Cəlilova uzun müddətdir görmədiyi qızının fotosunu paylaşıb.
BiG.AZ xəbər verir ki, şəkildə aparıcının kürəkəni də yer alıb. Cəlilova fotoya "Qürbətdə yaşayan bütün doğma, əziz insanlara salam olsun. Allah hamınızı qorusun" qısa şərhini yazıb.
Qeyd edək ki, N. Cəlilovanın qızı Amerikada yaşayır. O, açıqlamalarından birində övladının çinli iş adamı ilə ailə qurduğunu bildirib:
"Qızım Fransada oxuyub, hazırda Amerikada yaşayır. İstəmirdi onunla bağlı fotolar paylaşım, tanınsın. Qızımın ailə qurduğunu gizlətmədim. Sadəcə, bəyan etmədim. Kürəkənim Çində doğulub, uyğurdur. Amerika vətəndaşıdır, orada yaşayır".
BiG.Az


Şou biznes Baxılıb: 16660 Tarix: 31 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş