Ruhi: Mən hələ sevirəm deməmişəm!!

Ruhi: Mən hələ sevirəm deməmişəm!!- Tanıyanlar, «Ruhi yaxşı insandır»,deyirlər. Açığı, bu deyim hər adama nəsib olmur…

- Çünki bu gün mənəviyyatı çirkabla dolu olan adamlar o qədərdir ki… Camaat neyləsin, o qədər əyrilik var ki, kiçik bir yaxşılıq görən kimi ona da təəccüblənir…Allahıma min şükür ki, mən o ikincilər siyahısındayam.

- Bəlkə elə bu saflığın nəticəsi idi ki, heç gözləmədiyin məqamda o müqəddəs ziyarətə getmək nəsibin oldu. Axı deyəsən, əvvəlcə belə bir fikrin olmayıb?

- Açığı, belə fikrim yox idi. Ürəyimdən keçirdi, düzdü, amma nəsə tərəddüd edirdim. Fikirləşirdim ki, özüm gedə bilmirəm, barı kimsə qoy getsin, savabdır. Bəstəkar Nailə Mirməmmədlinin yaxın bir adamı vardı, istəyirdim onu göndərim. Amma nəsə o xanımın sənədləri alınmadı.Onda elə bil daxili bir qüvvə məni məcbur etdi ki, mən özüm gedim. Amma digər bir qüvvə məni bundan çəkindirirdi. Qalmışdım iki yolayrıcında…

- Niyə tərəddüd edirdin ki?

- Bilmirəm, nədənsə fikirləşirdim ki, mən hələ buna tam hazır deyiləm, bir az da sənət baxımından…Mən əsası isə namaz qılmırdım. Amma bu səfərlə bağlı söz-söhbət başlanandan mənə evdə dedilər ki, sən elə özün get. Allaha şükür, içki içmirsən, siqaret çəkmirsən, pis yolda deyilsən, açıq-saçıq geyinmirsən. Bu, mənə böyük təkan oldu. İnan, bir həftəyə namaz qılmağı öyrəndim. Orada heç kim – nə anam, nə bacım, nə qardaşım… heç kim yadıma düşmürdü. Mən o qədər gözəlliklər gördüm ki, bu gün özümü dünyanın ən zəngin insanı sayıram.

- İçindəki şeytanı necə daşladın?

- Olmayan kimi…Onu elə orda qoyub gəldim (gülür). İnsanıq, səhvlərimiz olur. Burda, ATV-də bir qızın xətrinə dəymişdim. Yəqin o da içimdəki şeytanın günahı idi. Qayıdıb gələndən sonra bir onu fikirləşirdim ki, gedib onun könlünü alacam. Mən hətta Kəbə evində onun adına namaz da qıldım.

- Bu səfərdən sonra həyatında nə dəyişdi?

- Çox şey…Daxilən daha da paklaşdım. Amma bir etiraf edim ki, ziyarətdə olanda bir şeydən qorxurdum. Fikirləşirdim ki, qayıdandan sonra həyatımda olan, çox önəm verdiyim bir insan var, onu itirə bilərəm. Amma əksinə oldu…

- Gənc, gözəl, yaraşıqlı Ruhi… Kiminsə qəlbinin gizli sevdası…

- (gülür) O qədər olub…Gecə yatmışam, səhər durub görmüşəm ki, maşınımın üstü qızılgüllərlə doludur. Elə sevgilərin şahidi olmuşam ki… Mənə bunu elə şəkildə bildiriblər ki, bəlkə də bu, hansısa bir qızın ancaq xəyallarının sevgi etirafı ola bilər. Amma mən gülmüşəm. Başa düşə bilmirəm, insan tanımadığı, yalnız ekrandan gördüyü birinə necə evlilik elan edə bilər ki?

- O münasibətlərin səndə müqayisə üçün zəmin yaradacağından qorxmursan?

- Qorxmuram, çünki müqayisə etmirəm. Mən eqoistəm ha…Məgər yanımdakı insandan sevgi, hörmət, diqqət görmərəmsə, o da məndən bunları gözləməsin. Mən etibarı, sədaqəti sevən adamam, çünki özüm eləyəm. Heç vaxt xəyanəti bağışlamaram, dəxli yoxdur bunu kim edib: anam, qardaşım, ya ərim. Mənimçün xəyanətin bir adı var.

- Səninçün yaşamaq necə də çətindir…

- Kim dedi ki, asandır? Evdə də «dığ-dığ»la yaşayıram, doğmalarımın yanında da. Soruşduğumu sabahı bir də soruşuram. Çünki bilirəm ki, mənə yalan danışırlar. Həyatımda mənə heç vaxt xəyanət etməyən, hər sirrimi bölüşdüyüm, ürəyimin sözünü dediyim bir qəlb dostum olub indiyədək – atam. Onu da itirəndən sonra dünya mənimçün elə boşaldı ki… İndinin özündə də dara düşən kimi yuxularıma gəlir, məsləhət verir.

- Hansı məsləhətinə əməl etmədin?

- Məsləhət bilib, nişanladığı adamı qoyub başqasına qoşulub qaçdım, sevmirdim çünki. Heç qoşulub qaçdığımı da sevmirdim. Sadəcə, prinsip məsələsi idi.

- Bir prinsipə görə sual altına alınan bütöv bir gələcək…

- Eh…kaş sən biləsən ki, mən necə risklər etmişəm. Cünki heç nədən qorxmamışam. O bir söz var ey, deyirlər, Allahdan qorxmaq lazımdır. Mən ondan da qorxmamışam, mən Allahı sevmişəm.

- Bəs sevdiyin Allah bəndəsi oldumu?

- (tərəddüdlə) Hə. O bəndə ürəyimin qırxıncı qapısı arxasındadı, ağzını bağlamışam, qalıb orda, ömrümün sonunadək də mənimlə olacaq. Bax, içimdəki mən Odur. (fikirləşir) İndi dedin, bir anlıq onu fikirləşdim ki, mən hələ də «sevirəm» deməmişəm.

- Nədənsə qorxursan yəqin…

- Atamı sevirdim, itirdim. Sevməyə qorxuram mən. Qorxuram ki, kiməsə «sevirəm» deyərəm, sonra onu da atam kimi axtararam.

- Bəlkə bu, hansısa günahının cəzasıdır?

- Günah deməzdim, amma atdığım elə bir səhv addım olub ki, onun əzabını ömrümün sonuna qədər içimdə çəkəcəyəm. İdeal insan yoxdur, necə durum deyim ki, yox, mən heç bir səhv etməmişəm. Olub, indi də olur. Amma qazandığım savablar tərəzi gözündə daha çoxdur. Yəqin Allah-təala məni etdiyim yaxşılıqlara bağışlayıb.

- Allah istədiyin hər şeyi verdi?

- Hər şeyi (köks ötürür), bir övladdan başqa.

- Bəlkə bu məsələdə hansısa bir bəndənin halallıq payı qalıb?

- Hə…Olub belə şey. Uşaq vaxtı qarğış ediblər ki, getsin, xoşbəxt olmasın. Bir nəfər də var: Ziba xala, qardaşımın kirvəsi arvadıdır. Mən Gəncədə təhsil alanda onlarda qalırdım. Mən onu anam qədər sevirdim. İnan, çox istərdim ki, o, mənim qaynanam olsun. Amma mən günahkar deyiləm, vallah, alınmadı da…Bunu bircə Ziba xala istəyirdi. İstəyirdi ki, mən onun gəlini olum. Oğlunun bundan heç xəbəri yox idi. Mən də onu qardaş gözündə görürdüm. Bax, o qadının hələ də gözü məndədir. Nə edim, ürək məsələsidir bu, alınmadı da…

- Ürəyin sözünə baxmır deyəsən?

- Hə, olub ki, öz ürəyim məni yarı yolda qoyub. Mən özüm-özümü aldatmışam. Amma bunu bir Ruhi bilib, bir də qəlbi…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 14738   Tarix: 01 noyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 888
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 583
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 801
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 857
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1518
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 561
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

29.04.2024 1062
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1444
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1277