Bu içki xərçəng riskini azaltmağa kömək edir

Bu içki xərçəng riskini azaltmağa kömək edirDemək olar ki, hamımız uşaqlıqdan qəhvə içməyin zərərli olduğunu eşitmişik.

Ondan tamamilə imtina etmək , ən əsası isə yaşıl çay içmək məsləhət görülür.

Ancaq son zamanlar müasir tibbdə həkimlər qəhvənin sağlamlığımıza dah çox xeyirli olduğu fikrindədirlər.

Son araşdırmalara görə isə, qəhvə nəinki orqanizmi canlandırır və oyanmağa kömək edir, həmçinin beyin fəaliyyətinə müsbət təsir göstərir, konsentrasiyanı, zehni fəaliyyətini yaxşılaşdırır. Bu xüsusilə yaşlı xəstələr üçün uyğundur, yaş irəlilədikcə həm yaddaş, həm də diqqət zəifləyir.

Qəhvə beyində qan dövranını artırır, infarkt və depressiya riskini azaldır.

Qəhvə dənələri nin tərkibində iltihab əleyhinə və anti-kanserogen təsiri olan 1500-dən çox aktiv maddə var. Qəhvənin tərkibindəki poliferollar və həll olunan pəhriz lifi qəhvəni güclü antioksidan içki halına gətirir.

Onkologiyada qəhvə

Qəhvənin birbaşa xərçəngi məhv edə biləcək güclü xüsusiyyətə sahib olduğunu söyləmək olmaz. Bu belə deyil. Ancaq bəzi xərçəng növləri ilə mübarizədə faydalıdır. Mutasiya edilmiş hüceyrələrin məhv edilməsi prosesini sürətləndirir.

Buna görə qəhvə bağırsaq və qaraciyər xərçəngi üçün yaxşıdır. Antioksidan təsirlərindən əlavə öd turşularının ifrazını azaldır, bağırsaq hərəkətliliyini artırır. Ayrıca, qəhvə istifadəsi mədə və mədəaltı vəzi tərəfindən ifraz olunan hormon – qastrinin səviyyəsini artırır. Nəticədə mədə şirəsinin turşuluğu artır və bağırsaq və mədəaltı fermentlərin ifrazı artır, bu da həzmi daha da yaxşılaşdırır.

Qəhvə hormondan asılı olan onkoloji xəstəliklər (məsələn, prostat və ya yumurtalıq xərçəngi) üçün də faydalıdır. Bu, xüsusilə çəkisi çox, klimax dövründə olan qadınlar üçün uyğundur. İçki artıq çəki azaltmağa kömək edir, sərbəst estradiol səviyyəsini azaldır, cinsi hormonları aktivləşdirən qlobulinin plazma səviyyəsini artırır. Bundan əlavə qəhvə insulinə həssaslığı artırır.

Beynin glioblastoması zamanı qəhvə içməyi məsləhət görürlər. Çünki o, şiş hüceyrələrinin bitişik toxumalara nüfuzetmə sürətini azaldır.

Qəhvə, qida borusu, ağız boşluğun, ağciyər və mədənin onkoloji xəstəlikləri üçün yararsızdır.

Hansı qəhvə içilməlidir? Nə qədər ?

Təbii ki, söhbət əsl kofedən gedir : Türk qəhvəsi və ya qəhvə maşınında hazırlanan təbii qəhvə haqqında danışırıq. Orta qızarmış qəhvə dənələrinə üstünlük verilməlidir.

Qəhvəyə aludə olmaq lazım deyil. Gündə 1-2 stəkan qəhvə kifayətdir. Ümumiyyətlə, qəhvə içmək həm də sağlamlığın qeydinə qalmaq istəyənlər bir neçə qaydanı bilməlidirlər.

- qəhvəni şəkər və digər dadlandırıcılar olmadan içmək daha yaxşıdır;
- çox qızardılmış qəhvə tamamilə atılmalıdır;
- dəmlənmiş Türkdə qəhvəsi, qəhvə maşınları üçün nəzərdə tutlmuş qəhvələr xüsusi filterlər vasitəsilə süzülməlidir;
- qəhvəyə soyuq süd deyil, soyuq su əlavə etmək daha yaxşıdır;
Qeyd etmək lazımdır ki, hamiləlik dövründə, xüsusilə də ilk üç ayda qəhvə içmək tövsiyə edilmir. (medicina.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2440   Tarix: 30 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827