Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı
Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb.
BiG.AZ xəbər verir ki, "Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
BiG.Az


Xəbərlər Baxılıb: 2889 Tarix: 30 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş