Arvadını uşağı həkimə apararkən öldürübmüş... - FOTO

Arvadını uşağı həkimə apararkən öldürübmüş... - FOTOBir neçə gün əvvəl Bərdə rayonunda kişinin arvadını bıçaqlayaraq qətlə yetirməsinin təfərrüatı məlum olub.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən İsmət Zamanovun anası Məxmər Zamanova bildirib ki, oğlu öldürdüyü arvadı Zülfiyyə Zamanova ilə 2015-ci ildə sevərək ailə qurub. Gənc ailənin iki azyaşlı övladı var.

M. Zamanova deyir ki, son bir neçə aya qədər ailənin münasibətiləri normal olub. Ancaq bir neçə ay öncə gəlini Zülfiyyə Zamanova Bakıya, bacısıgilə qonaq gedib. Bundan sonra hər şey dəyişib. Qısqanclıq zəminində mübahisələri yaranan ailənin gəlini atasının evinə dönüb.

Qətlə yetirilən qızın atası Həbib Quliyev isə iddia edir ki, qızının ailəsində problemin yaranmasına səbəb kürəkənin narkotik aludəçisi olmasıdır:

Arvadını uşağı həkimə apararkən öldürübmüş... - FOTO"Bundan başqa, oğlanın digər ailəsi olub. Qızım bunu biləndən sonra evdə mübahisə düşüb. Bu işlə bağlı DNT analizi keçirilib. Məlum olub ki, oğlanın ikinci həyat yoldaşından 8 yaşlı bir övladı var. Bu səbəbdən də qızım boşanmaq üçün məhkəməyə müraciət edib. Bir neçə dəfə kürəkənim qızımı ölümlə hədələyib".

H.Quliyev qeyd edib ki, hadisədən bir gün əvvəl nəvəsi atasına zəng edərək xəstə olduğunu bildirib. Atası isə oğluna deyib ki, sabah dayısı ilə həkimə getsin, o da gələcək. Zülfiyyə Zamanova övladını da götürərək qardaşı ilə birgə uşaq poliklinikasına gedib. Uşağı həkimə göstərdikdən sonra İsmət Zamanov uşaqları dayısına tapşırıb. Bildirib ki, maşında gözləsinlər, onlar da analizin cavabını götürüb gələcəklər.

Fotodakı qətlə yetirilən Zülfiyyə Zamanovanın qayınanası Məxmər Zamanovadır

Arvadını uşağı həkimə apararkən öldürübmüş... - FOTOUşaqlar dayıları ilə maşına gəldikdən sonra elə xəstəxananın həyətində ər arvadını bıçaqlayaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3397   Tarix: 29 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 958
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 562
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 201
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

01.05.2024 303
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 277
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 220
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 409
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 203
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 630