Sosial izolyasiya önəmlidir, yoxsa sosial məsuliyyət?

Sosial izolyasiya önəmlidir, yoxsa sosial məsuliyyət?Hər gün genişlənən koronovirus pandemiyasının qarşısının alınması məqsədilə sosial izolyasiya tədbirləri davam edir. Xüsusilə ictimai nəqliyyatda bunun tətbiqi çətinliklər yaradır. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilən mütamadi tədbirlər insanların sağlamlığı və pandemiyanın yayılmasının qarşısını almağa hesablanıb. Avtobusların dezinfeksiya edilməsi, xüsusi məhlulların dayanacaqlar, avtobuslarda yerləşdirilməsi, metrostansiyaları arasında xüsusi ekspress xəttlərin yaradılması atılan addımlar sırasındadır. Amma istər-istəməz insanlar ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalır. Odur ki, hər keçən gün yeni tədbirlər həyata keçirilir.

Artıq xüsusi karantin rejimi gücləndirilmiş şəkildə tətbiq olunur. İnsanlar arasında məsafənin ən azı 2 metr olması bildirilir. Amma avtobuslarda oturacaqlar yan-yanadır. Bütün bunları nəzərə alaraq "BakuBus" avtobuslarında yeni qaydalar tətbiq olunur.

Sosial izolyasiya önəmlidir, yoxsa sosial məsuliyyət?"MediaPost" bildirir ki, qaydalara görə, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

Avtobusda oturacaqların arasındakı məsafəsini saxlamaqla əyləşilməsi tövsiyə olunur. Bu artıq ictimai nəqliyyatda virusun yayılmasının qarşısının alınması üçün yeni mərhələdir. Yəni artıq avtobuslarda nəinki sıxlıq, hətta boş oturacaqların hamısında oturmaq da tövsiyə olunmur.Beynəlxaq təcrübədə sosial izaolyasiya müddətində ictimai nəqliyyatdan istifadənin minumuma endirilməsi nəzərədə tutulur. Yəni əgər normal halda avtobusdan 50 nəfər istifadə edə bilərdisə, ilkin mərhələdə bu rəqəm ancaq oturacaq yerlərinin sayına görə müəyyən edilir ki, artıq ölkədəki bütün avtobuslarda bu tətbiq olunur. Amma xüsusi karantin rejiminin qaydaların görə, insanlar arasındakı məsafə 2 metr təşkil etməlidir. Odur ki, avtobuslarda da bu tətbiq olunmalıdır. Boş yerlər olsa belə, sərnişinlər ancaq bir-birindən məsafəli otura bilər ki, bu da sayı daha da azaldır. Təbii ki, bu zaman avtobusların intervalı və sayı məcburi olaraq artırılır.

Sosial izolyasiya önəmlidir, yoxsa sosial məsuliyyət?Ümid edirik ki, digər daşıyıcı şirkətlər də analoji addımı atmaqla pandemiyaya qarşı aparılan mübarizəyə öz dəstəklərini vermiş olacaqlar. Bu həm qanunvericiliyin tələbi, həm də sosial məsuliyyətdir.

Amma...

Təbii ki, BNA tərəfindən atlan bu addımlar təqdirəlayiqdir. Amma vətəndaş məsuliyyəti burada daha önəmlidir. Məsələn, ola bilər ki, sürücü bu cür vəziyyətdə artıq sərnişin götürməsin. Kimsə buna məhəl qoymayaraq avtobusa minsin və tətbiq olunan qaydanı pozsun. Bu yerdə diqqətli olmaq lazımdır. Çünki əksər avtobuslarda kamera var və sizin hər bir hərəkətiniz qeyd olunur. Siz karantin qaydalarını pozduğunuza görə inzibati məsuliyyətə cəlb oluna bilərsiniz.

Ancaq...

Vacib olmadıqca evdən çıxmamaq tövsiyə olunan əsas məsələdir. Ola bilər ki, kimsə virusa yoluxub və immuniteti güclü olduğu üçün xəstəliyi çox yüngül keçirir və ya ümumiyyətlə hiss etmir. Amma çölə çıxmaqla virusun yayılmasına şərait yaradır. Yəni xəstəliyi yaymaqla insanların ağır xəstələnməsinə, hətta bəzi hallarda ölümünə səbəb ola bilər. Odur ki, evdə qalmaq ən gözəl qorunmaq üsuludur.

Sosial izolyasiya önəmlidir, yoxsa sosial məsuliyyət?Lakin...

Mental xüsusiyyətlərdən irəli gələrək qaydaları pozmaq və buna müəyyən "don geyindirmək" adətimiz ola bilər. Düşünməyin ki, bunu etməklə siz qarşınızdakını aldatdınız. Mümkündür ki, siz xəstəliyi yayasınız, sizin günahınız ucbatından insanlar əziyyət çəksin, həyatını itirsin. Hətta ola bilər ki, heç buna görə sizi kimsə məsuliyyətə də cəlb etməsin. Ancaq bir anlıq əlinizi vicdanınızın üstünə qoyaraq düşünün. Bəlkə sizin ucbatınızdan hansısa uşaq atasız, anasız qaldı? Onda rahat ola biləcəksinizmi?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 906   Tarix: 28 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 186
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 141
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186