"Artıq arzuolunmaz istiqamətə gedirik" - İbrahim Məmmədov
"Qaydalara tabe olmayan vətəndaşlara qarşı cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq".
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib. O bildirib ki, artıq vətəndaşlar özləri daha sərt tədbirlərin görülməsini istəyirlər:
"Çox təəssüf ki, regionlarda koronavirusa qarşı mübarizə tədbirlərində həmrəylik müşahidə olunmur. Məcburiyyət tətbiq edilmədiyi üçün insanlar evlərindən çıxırlar. Dünya təcrübəsi onu göstərdi ki, 65 yaşdan yuxarı insanlar bu xəstəliyə daha tez yoluxur və proses arzuolunmaz şəkildə, ağrılı nəticələnir. Ona görə də, bu insanları qorumaq üçün dövlət belə bir addım atıb. Ancaq buna baxmayaraq, qanuna əməl olunmur".
Mətbuat katibi qeyd edib ki, insanlar fərdi məsuliyyətini dərk etmir, ailələri isə onlara təzyiq göstərmir:
"Hətta qaydaları pozan o qədər çoxdur ki, 745 adam inzibati məsuliyyətə cəlb olunub. Buna baxmayaraq polisə etiraz da var, müqavimət də. Bizim mentalitetimizə görə, böyüklərə hörmət olunur, onlarla sərt danışılmır. Hətta polis də buna gedə bilmir. Ancaq vəziyyət onu göstərir ki, artıq xəbərdarlıq olunacaq, protokol yazılacaq və daha sonra cərimə olunacaq. Polislərə xüsusi planşetlər paylanılıb və ad, soyad deyildiyi halda həmin şəxsin məlumat bazası açılır. Hazırda yoluxmanın sürəti getdikcə artır. Sağalma sürəti ilə xəstəliyin yayılma sürəti arasında kəskin disproporsiya müşahidə olunur. Artıq biz arzuolunmaz istiqamətə gedirik".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 6121 Tarix: 28 mart 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDönərdən zəhərlənənlərdən biri tələbədir
Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə
15:11 119 İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:17. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətə
12:06 144 "Bu səmimilik deyil, sırtıqlıqdır"
"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird
07.05.2024 644 Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü
Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlə
10:45 413 Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR
Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme
15:37 115 Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu
12:50 380 Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA
İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs
11:27 604 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub
Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub
07.05.2024 324 "Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır" - Politoloq
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə olaraq dəyişdirilməsi məqsədilə Ermənistanda hakimiyyətə gətirilmiş Paşinyan iqtidarını
07.05.2024 384