"Bilmirəm, nə edəcəyəm?" - Məşhurlarımız karantin günlərindən danışır

"Bilmirəm, nə edəcəyəm?" - Məşhurlarımız karantin günlərindən danışırDünyanı dörd bir tərəfdən caynağına alan koronovirus pandemiyası səbəbindən dünyada, o cümlədən ölkəmizdə karantin elan edildi. Bütün mədəniyyət ocaqları, ictimai iaşə obyektləri, əyləncə mərkəzləri bağlandı, toy mərasimlərinin keçirilməsi müddətli olaraq qadağan olundu. Bəs bu vəziyyət icitmai fəal həyat tərzi keçirən sənət adamlarına necə təsir göstərir?

Mövzu ilə bağlı Kulis.az sənət adamları arasında sorğu keçirib. Müğənni Murad Arif vəziyyətə birtəhər adaptasiya olmağa çalışdığını deyir:

"Yarımçıq qalmış səsyazma, aranjiman, demo işlərimlə məşğulam. İnanmaq istəyirəm ki, hamımız normal həyatımıza dönəcəyik. Ailəylə və kitab oxuyaraq vaxt keçirdirəm. Yoldaşımla yeni seriallar tapmışıq internetdə, fürsət düşən kimi baxırıq. Əslində, narahatam, çünki, kreditlərim, ipotekam var. İnternetdə bizə yazırlar ki, müğənnisiz, pul yığmısız... Halbuki, maaş almıram... Həyatda tək, arxasız, dəstəksiz bu qədər işləri idarə edirəm. Böyük bir ailənin başındayam. Mənimlə böyük bir heyət çalışıb evinə çörək aparırdı... Redaktorlar, prodüserlər, rejissor, işıqçı, montajçı və s. iki klip çəkilişimi təxirə salmışam, bütün sektor dayanıb. Mən bilmirəm gündəlik xərclərim bitəndən sonra nə edəcəyəm? Ən çox adamı kommunal xərclər və ipoteka sıxır. Yəni, müğənni o qədər də varlı deyil və tək öz qarnına yemir. Bizim ətrafımızda bizdən dolanan çoxlu insan var. Onlar nə olacaq? Əlqərəz... Bütün bu fikirlər içində ümidlə yaşamağa davam edirik".

Əməkdar artist Fərqanə Qasımova dövlət səviyyəsində elan olunan karantinə ailəlikcə tam riayyət etdiklərini bildirdi. Çətin olsa da, yaranan vəziyyətin öhdəsindən gəlməyə çalışdıqlarını deyən sənətçi bu günlərdə zamanı oxuyaraq dəyərləndirdiyini deyir: "Əlbəttə, hər şeydən təcrid olunub evə qapanaraq yaşamaq heç də asan deyil. Məktəbə gedən uşaqlar öz məsuliyyətlərindən uzaqlaşırlar. İkiqat gigyenaya riayət etmək, uşaqları nəzarətdə saxlamaq özü xeyli məsuliyyətli işdir. Bu günləri evdə daha çox kitab oxumaqla ötüşdürməyə çalışıram. Qəzəllər əzbərləməyə çox zamanım gedirdi, bu baxımdan daha çox qəzəl və şeir əzbərləməyə vaxtım var indi. İnanaq və dua edək ki, hər şey tezliklə qaydasına düşəcək".

Əməkdar arist Lalə Məmmədova gigyeniya qaydalarına tam əməl etdiyini bildirdi. Sənətçinin narazı olduğu məqam televiziya proqramları ilə bağlıdır. O, aparıcıların laqeydliyindən gileylənir: "Mənim əsəblərimə daha çox kanallar toxunur. Bütün günü efir, media vasitəsiylə insanlara "evdə qal" deyirlər. Bu tərəfdən də zəng edib müğənniləri verilişə dəvət edirlər. Başa düşmürəm, musiqiçi, müğənni adam deyil? Lap "Titanik" filmini xatırladır bu vəziyyət. Gəmi batanda hamı qayıqlara minib xilas olmağa çalışır, musiqiçilər gəmidə qalır. Məsələyə bu dərəcədə məsuliyyətsiz və laqeyid yanaşmaq olmaz".

Xalq artisti Məleykə Əsədova qızına zaman ayırdığını, onun dərsləri ilə məşğul olduğunu deyir: "Günümü demək olar ki, qızımla keçirirəm. Müxtəlif mövzulu kitablar oxuyuram."

Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Müzəffər çoxdan arzusunda olduğu tənhalığına çəkildiyini bildirdi: "Bəşəriyyət və insanlıq üçün dua edirəm".

Kinoaktyor, Əməkdar artist Rasim Cəfər həmişə məşqlərdə, çəkiliş meydanlarında olan biri üçün karantinin dəhşətli olduğunu deyir: "Əslində, bu cür həyat tərzinə heç alışmamışam. Ürəyim partlayır bekarçıkılıqdan. Amma bunun məcburiyyət olduğunu anlayıram... Karantin günlərinin bir müsbət tərəfi odur ki, ailəyə, övladlara bol vaxt ayıra bilirsən. Bütün günü balaca qızımla oynayırıq, cizgi filmlərinə baxırıq, nəsə çəkirik, yazırıq... Evdə görüləsi işlər var imiş, onlarla məşğul oluram. Bacardıqca həyat yoldaşıma kömək etməyə çalışıram. Axşamlar filmlərə baxırıq, nəsə oxuyuram. Amma bu vəziyyət uzun müddət davam etsə, nə edəcəyimi bilmirəm."

Xalq artisti Naibə Allahverdiyeva: "Bir halda ki, qayda-qanun tətbiq olunub, hamı əməl etməlidir. Çalışıram, evdə oturum. Filmlərə baxıram, sosial şəbəkələri izləyirəm. Sözün açığı, qorxuram. Sosial mövqeyindən, sənətindən asılı olmayaraq hamı bu təhlükəli virusa yoluxa bilər".

Kinoaktyor Azər Aydəmir yeni film ssenarisi üzərində çalışdığını bildirdi: "Evdə çoxdan planlaşdırdığım görüləsi işləri görürəm, həyat yoldaşıma kömək edirəm. Oğlumla vaxt keçirirəm, ona xeyli oyunlar öyrətmişəm. Hətta loto oynamağı da. Yazılar yazıram. İlhamlanmıam koronvirus haqqında tragikomik film ssenarisi üzərində işləyirəm. Təəssüf ki, kökəlirəm. Düşünürəm ki, bu da keçər. Hər .ey bitəndən sonar Bulvarda qaçışlarımı bərpa edəcəm."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4054   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qonca Vuslateri ana olandan sonra ilk dəfə paylaşım edib

Türkiyəli aktrisa Qonca Vuslateri ana ana olandan sonra ilk dəfə paylaşım edib. xəbər verir ki, aktrisa sosial şəbəkədə qızı ilə şəklini paylaşıb. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda bel

02.05.2024 602
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29.04.2024 1150
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 845
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 2173
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1454
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 3321
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 1946
.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 886
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1208