Vüsal Kərimli: "İndi kameralardan sadəcə müşahidə istiqamətində istifadə olunur"

Vüsal Kərimli: "İndi kameralardan sadəcə müşahidə istiqamətində istifadə olunur"Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli metro stansiyaları istiqamətində ekspress marşrut xətləri ilə bağlı yaranan suallara aydınlıq gətirib.
"Report" xəbər verir ki, V.Kərimli bu barədə Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində qonaq olarkən bildirib.

BNA rəsmisi deyib ki, bu istiqamətlərdə istifadə etmək üçün kifayət qədər avtobus mövcuddur:
"Biz həmin metro stansiyalar istiqamətində ekspress marşrut xətti təşkil etmişik. Ekspress marşrut xətlərinin adı üstündədir. Bunlar heç bir dayanacaqda dayanmır. Sadəcə olaraq, metro stansiyalarının yaxınlığında olan və əsasən metro stansiyasına təhkim olunmuş avtobus dayanacaqlarında dayanır. Avtobusların xəttə təqdim olunmasında heç bir problem, məhdudiyyət yoxdur".

V.Kərimli təmsil etdiyi qurumun atdığı addımların beynəlxalq tələblərə uyğun olduğunu əlavə edib:

"Biz ictimai nəqliyyatı sağlam saxlamalıyıq ki, təcili vəziyyətlərdə zərurət yaranan vətəndaşlar istifadə etsinlər. Parka gəzməyə, hava almaq üçün gedən vətəndaş yox. Biz cəmiyyətin içindəyik. Məlumatlar gəlir. Bir neçə qruplar, dostlar evlərdə yığışırlar. Sosial təcrid, sosial izolyasiya o demək deyil ki, siz 10-15-20 nəfər evdə yığışa bilərsiniz. Çünki həmin liftdən istifadə edirsiniz, həmin yerdə danışırsınız, o insanlar gedir başqa insanlarla görüşür. Bu, zəncirvarı halqadır. Bu halqanın kəsilməsi üçün hökumət tərəfindən təklif olunur ki, #evdəqal haştaqı altında sosial izolyasiya olsun. Sadəcə bir daha vurğulamaq istərdim ki, hökumətin və dövlətin atdığı addımlar bəllidir. Bu həm mediada, həm də sosial mediada göstərilir.

Vüsal Kərimli: "İndi kameralardan sadəcə müşahidə istiqamətində istifadə olunur"Bakı Nəqliyyat Agentliyi (BNA) iki ildir Beynəlxalq İctimai Nəqliyyat üzrə Assosiasiyaya (UITP- International Association of Public Transport) üzvdür və onlarla sıx əlaqədə bu koronavirusun ən çox yayılan ölkələrdəki təcrübəsi analiz olunur. Ona uyğun qlobal təcrübə lokallaşdırılır və yerli mentalitetə görə uyğunlaşdırılır. Yenə də bu dövlət tərəfindən atılan addımlardır. Vətəndaş maksimum dərəcədə Qərargahın qərarlarını icra etmək məcburiyyətindədir. Bir daha çağırış edirəm. Zərurət olmadığı halda həm ictimai nəqliyyatda, həm də küçələrdə-parklarda gəzməyək".
BNA rəsmisi qanunsuz parklanmaya görə cərimələnmənin ləğv edildiyini də söyləyib:
"Mən sizə bir fakt deyim. Biz bu məsələ ilə əlaqədar olaraq Bakı şəhərində parklanmaya qarşı müəyyən tələbləri azaltmışıq. Artıq sadəcə o kameralardan müşahidə istiqamətində istifadə olunur. Amma bizim gördüyümüz mənzərə ona gətirdi ki, Bulvar ətrafında və Bulvar kənarında 5-6 sırada nəqliyyat vasitələri dayanır və 4-5 şəklində yenə gəzirlər, gülürlər, danışırlar. Aydın məsələdir, sosial cəhətdən, psixoloji cəhətdən bu olmalıdır. Lakin bu səviyyədə düzgün deyil.
Burada bir məqam var. Mən istərdim onu vurğulayım. Atılan bu addımlar zərurət doğuran addımlardır. Dünya iqtisadiyyatı və qlobal iqtisadiyyat bundan çox böyük ziyan görür. əm maliyyə cəhətindən, həm də səhmlərin qiymətlərinin aşağı düşməsi cəhətindən. Bu bayram tətili olaraq qəbul edilməməlidir. Bu dincəlmə tətili olaraq qəbul edilməməlidir. Konkret olaraq sosial izolyasiya insanların bir-birinə - əgər kimsə gizli daşıyıcıdırsa belə onun digərlərin yaymaması məsələsidir. Vətəndaşımz, eyni dərəcədə özümüz də baxışımızı bir az dəyişdirməliyik. Bu bayram tətili deyil. Bu sırf sosial izolyasiya istiqamətində aparılan tədbirlərdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 541   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

20:29 0
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 289
.

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası ola

14:19 106
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 112
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 746