Pentaqon bütün beynəlxalq xarici səfərləri TƏXİRƏ SALDI

Pentaqon bütün beynəlxalq xarici səfərləri TƏXİRƏ SALDI
ABŞ Müdafiə Naziri Mark Esper yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbiylə hərbi və mülki personal və ailələrin xaricdən ölkəyə daxil olmasını və səyahətlərini 60 gün müddətinə təxirə salıb.

Sonxeber.az xəbər verir ki, Pentaqonun verdiyi açıqlamada bu addımın ABŞ ordusunda Kovid-19 yayılmasının qarşısını almaq üçün atıldığı bildirilib.

Belə ki, Pentaqonun başqa bir açıqlamasında Kovid-19-un ilk dəfə Pentaqon binasında bir əsgərdə aşkarlandığı və həmin əsgərin hazırda hazırda evdə karantində olduğu bildirilib.

Qeyd edək ki, sözügedən əsgərin sonuncu dəfə martın 13-də Pentaqon binasında olduğu da paylaşılmışdı.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 282 Tarix: 26.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol