Azərbaycandakı əcnəbilərlə bağlı QƏRAR VERİLDİ
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə qərar və tövsiyələrini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti (DMX) mütəmadi olaraq müraciətlərlə bağlı vəziyyəti təhlil edir və fəaliyyətin mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görür.
DMX-nin İctimaiyyətlə Əlaqələr İdarəsindən BiG.AZ-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə 24 mart tarixindən xüsusi karantin rejiminin elan edilməsi əsas tutularaq, elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi və olma, yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılır.
Bu gündən başlayaraq 30 aprel tarixinədək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkəmizdə olmaları "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət rüsumunun (30 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 15, yetkinlik yaşına çatmış şəxslər üçün 30 manat, 60 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 30, yetkinlik yaşına çatmış şəxslər üçün 60 manat) məbləğinə uyğun müddətdə qanuni hesab ediləcək.
Müraciətlərlə bağlı qəbul edilmiş qərarların hüquqi qüvvəyə minməsi, şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən rahat giriş-çıxış etmələri, gələcəkdə ölkə ərazisində qanunsuz miqrant vəziyyətinə düşməsi və müvafiq məsuliyyətə cəlb edilməsinin qarşısının alınması üçün dövlət rüsumunun ödənilməsi vacib tələbdir.
Ödəniş Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi üzərindən "müraciəti izlə" bölməsi vasitəsilə ödəniş nömrəsini əldə etməklə Hökumət Ödəniş Portalı, "ASAN ödəniş" sistemi vasitəsilə elektron qaydada və Expresspay terminalları vasitəsilə həyata keçirilə bilər. Ödəniş nömrələri 3 gün ərzində Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdiriləcək.
Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək zərurəti yoxdur. Bununla bağlı şəxslərdən Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinə yaxınlaşmamaları tövsiyə edilir. Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmaq mümkündür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3960 Tarix: 24 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu Öndərin siyasi kursunu
15.12.2025 240 Dünyada ən sürətli heyvan hansıdır?
Bir çox insanı Yer üzündə ən sürətli heyvanın hansısı olduğu maraqlandırır. Qaynarinfo "IFLScience" jurnalına istinadən xəbər verir ki, bu suala cavab verərkən heyvanların yaşadığı mühiti nəzərə almaq lazımdır. Buna görə nəşr quru, dəniz və səma kateqoriyalarını ayırıb. Quruda ən sürətli heyvan
15.12.2025 143 Əmlakları xanımı və digər yaxınlarının adına imiş
"Qumar kralı" Yusif Baqiyev və onunla birgə ittiham olunanların cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham elan edilib. İttihamda deyilir ki, Yusif Baqiyev, Ramil Saadov, Pərvi
15.12.2025 299 Kamala Harris prezident olmağa hazırlaşır
ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris 2028-ci il seçkiləri ərəfəsində mövqelərini gücləndirmək üçün çalışır. xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb. "Kaliforniya qubernatoru Gavin Nyusom və digər potensial namizədlərin rəqabətinə baxmayaraq, milli sorğular göstəri
15.12.2025 128 Bu il Azərbaycana 1 milyondan çox smartfon idxal edilib
2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 344 milyon 206.6 min ABŞ dolları dəyərində 1 milyon 81 min 332 ədəd smartfon idxal edilib. "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 7.3
15.12.2025 119 "Belarusski" mağazasından 36 min manatlıq oğurluq - Fəhlə müdirin kassanı yardı
"Aznur" MMC-yə məxsus "Belarusski" mağazasında oğurluq baş verib. Qaynarinfo-nun məlumatına görə, mağaza müdirinin otağındakı seyfdən 36 404 manat pul oğurlanıb. Hadisəni mağazanın fəhləsi törədib. O, oğurluqdan bir gün sonra polis tərəfindən saxlanılıb. Nadir Şahinliyə (şərti) qarş
15.12.2025 234 Sumqayıtda tapılan uşaq ailəsinə təhvil verildi - Foto+Yenilənib
Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, azyaşlı ərazi üzrə polis orqanına gətirilib. "Azyaşlını və ya onun valideynlərini tanıyanlardan
15.12.2025 267 Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu
15.12.2025 363 Sərhəd döyüşləri zamanı Tayland Kambocanı təxliyə etməyə çağırdı
Tayland və Kamboca arasında davam edən sərhəd döyüşləri zamanı Tayland ordusu Ukrayna istehsalı olan BTR-3E zirehli personal daşıyıcısından imtina edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Osveditel Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, Tayland ordusu eskalasiya ehtimalını əsa
15.12.2025 144