Avtobusa necə minib, necə düşməli?

Avtobusa necə minib, necə düşməli?Bəlkə də başlığı oxuyanda çoxları bu mövzuda niyə yazdığımız barədə bizi qınaya bilər.

Axı bu nə qədər böyük bir məsələdir ki, haqqında ayrıca yazı yazmaq lazımdır? Amma bir qədər tələsmədən sona kimi oxumağınızı tövsiyə edirik.

"Əhəmiyyətsiz" qırmızı xətt...

Bu yaxınlara Koroğlu Mübadilə Mərkəzində dezinfeksiya işləri ilə tanış olarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevlə aramızda keçən bir dialoq bu mövzuya toxunmağıma səbəb oldu. Təmizliyi və səliqəsini aylardır qoruyan Mübadilə Mərkəzi haqqında verdiyim suala Mais Ağayevin cavabı məni qayğılandırdı.

BNA rəsmisinin sözlərinə görə, neçə müddətdir ki, insanları avtobusa minən zaman təhlükəsizlik üçün çəkilmiş qırmızı xətti keçməməyə öyrəşdirməyə çalışırlar. Həqiqətən də dayanacaqların önündə bu cür xətlər var və hətta "xətti keçmə!" sözü də yerə iri hərflərlə yazılıb.

Amma...

Təəssüf ki, dayanacaqlar, avtobuslar dəyişsə də, insanların təfəkkür tərzi hələ ki, tam dəyişməyib. Bu da təbiidir. Çünki illərdir öyrəşdiyimiz bir vərdişi tərgitmək vaxt ala bilər. Amma mümkünsüz deyil.

Çəkilən o qırmızı xətt bəlkə də bizim üçün hazırda əhəmiyyətsiz görünə bilər. Lakin bu, bizim təhlükəsizliyimiz, həyatımız üçün çox böyük önəm daşıyır.

Avtobusa necə minib, necə düşməli?

Müasir avtobusların kandarı çox aşağıdır. Yəni insanların rahat şəkildə minib-düşməsi üçün hesablanıb. Avtobus dayanacaqda elə dayanır ki, sərnişin rahat şəkildə ayağını atıb avtobusa minə bilsin. Amma biz həmin xətti keçəndə nə baş verə bilər? Sürücü həmişəki kimi dayanacağa girə və bizi vura bilər. Yaxud avtobusla perron arasında yaranan məsafə yaşlı insanların avtobusa minməsini çətinləşdirər. Çünki perron və avtobusun kandarı elə hesablanıb ki, dayananda paralellik təşkil etsin.

Tarixə qovuşmaq üzrə olan sözlər...

Avtobus parkının yenilənməsi və kart sisteminin tətbiqi ilə sərnişinlərin əvvəllər tez-tez istifadə etdiyi bəzi sözlər artıq tarixə qovuşmaq üzrədir. Yəqin ki, bu ilin sonuna qədər bütün avtobuslar kart sisteminə keçdikdən sonra bu sözlər birdəfəlik tarixə qovuşacaq. Artıq dayanacaqdan kənarda saxlamaq məsələsi demək olar ki, tam həllini tapıb. Yəni sürücüyə "qabaqda saxlayarsan" sözü tarixə qovuşub. Eyni zamanda "bir nəfər çıxarsan", "qonşu, düşərsən vermişəm", "arxa qapını da aç" kimi sözlər də kart sistemi tətbiq olunan avtobuslarda artıq istifadə olunmur. Lakin bununla bərabər "kimdə kart var, vursun" ifadəsi leksikonumuza daxil olub.

Maraqlıdır ki, həm daimi, həm məhdud istifadə olunan kartlar olsa da, demək olar ki, əksər dayanacaqlarda kartların doldurulması üçün aparatlar quraşdırılsa da, bəzi sərnişinlər hələ də kart əldə etməyib. Təbii ki, yuxarıda qeyd etdiyimiz sözlər müvəqqəti olaraq leksikona daxil olub. Çünki kart sistemi tam tətbiq olunduqdan sonra artıq bu sözlərə ehtiyac da qalmayacaq.

Avtobusa necə minib, necə düşməli?

Avtobusdan düşən zaman sağa, yoxsa sola getməli?

Yeni avtobuslarda ön qapı daxil olmaq, arxa qapılar isə avtobusdan düşmək üçün nəzərdə tutulub. Ödənişi isə avtobusa minən zaman etdiyimizə görə, önə gəlməyə ehtiyac olmur. Amma avtobusdan düşməyin özü də bir ayrıca məsələdir. Yəni avtobusdan düşən zaman sağa, yoxsa sola hərəkət etməliyik?

Qaydalar deyir ki, avtobusdan düşən zaman arxa tərəfə doğru hərəkət etmək lazımdır. Çünki istiqamət olaraq gələn digər avtomobillər həm sərnişini görsün, həm də piyadalar avtomobilləri görə bilsinlər. Əgər avtobusun ön tərəfinə doğru hərəkət etsən təbii ki, digər sürücülər bizi görməyə bilər. Məhz bu səbəbdən də yeni avtobuslarda ön qapıdan deyil, məhz arxa qapıdan düşmək nəzərdə tutulub. Odur ki, bu məsələdə də diqqətli olmaq lazımdır. Diqqət etsək, görərik ki, piyada keçidləri də məhz avtobus dayanacağından arxa tərəfdə qoyulur. Təbii ki, bəzi yerlərdə bu uyğunsuzluqlar ola bilər. Yəqin ki, bunlar da aradan qaldırılar.

Artıq yeni sistemə öyrəşməyə çalışaq...

Zaman dəyişir. Sistemlər dəyişir, yeniliklər gəlir. Təfəkkürümüzü də bu yeniliklərə uyğunlaşdırmağımız lazımdır. Əks halda bu, bizim həyatımız bahasına başa gələ bilər. Ən əsası leksikondan "əvvəllər belə idi, həmişə belə olub" kimi sözləri çıxarıb "indi necədir" sualını özümüzə verək və öyrənək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2728   Tarix: 15 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr

Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni

11.08.2026 160
.

"Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik..." - Video

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi "Kristal AA" MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub. "Qafqazinfo" xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qru

11.08.2026 326
.

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. Lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajının qalibi Salman Səmədov, VII tirajının qalibi Xanım Həmidova, VII tirajının qalibi isə Tamerla

11.08.2026 210
.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd barəsində edam hökmü

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd qiyabi olaraq ölüm cəzasına məhkum edilib. xəbər verir ki, bu barədə SANA məlumat yayıb. Agentliyin məlumatına görə, Dəməşqdəki məhkəmə Bəşər Əsəd və onun qardaşı Mahir Əsədi Suriya xalqına qarşı törədilən ağır cinayətlərdə təqsirli bilib. Məhkəmə onların qəsdə

11.08.2026 307
.

Ənənədən müasir səhnəyə: Milli rəqslərin yeni üzü

"Milli rəqslərin müasir səhnə tərzində təqdim olunması onların milli kimliyinə və əsas xüsusiyyətlərinə xələl gətirmir. Əksinə, ənənəvi sənət nümunələrinin müasir tamaşaçıya daha fərqli formada təqdim edilməsi onların yaşadılması və yeni nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır"

11.08.2026 190
.

Süni intellekt insanları daha çox işləməyə məcbur edir - ALİMLƏR

Süni intellekt artıq dünyanın bir çox böyük şirkət və ofislərində gündəlik iş prosesinin bir hissəsinə çevrilib. Bu texnologiyaların əməkdaşları rutin tapşırıqlardan xilas edəcəyi və iş yükünü azaldacağı gözlənilsə də, yeni araşdırma fərqli nəticələr ortaya qoyub. xəbər verir ki, "ActivTrak"ı

11.08.2026 157
.

Sabah da yağış yağacaq

Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanı

11.08.2026 278
.

Göygöldə FACİƏ: Gəncə çayına düşən kişi öldü

Göygöldə bədbəxt hadisə baş verib. -ın APA-ya istinadən məlumatına görə, rayonun Topalhəsənli kəndində 64 yaşlı F.Məmmədov mal-qaranı örüşə apararkən Gəncə çayına yıxılaraq yaralanıb. 64 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır

11.08.2026 197
.

Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədo

11.08.2026 163
.

TOP MP3