Tokio Olimpiadasının məşəli azarkeşlərsiz alovlandırıldı - VİDEO

Tokio Olimpiadasının məşəli azarkeşlərsiz alovlandırıldı - VİDEO

Tokio-2020 Yay Olimpiya Oyunları üçün olimpiya məşəli yandırılıb. Mərasim uzun illərdən bəri ilk dəfə azarkeşlərsiz baş tutub.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, tədbirə Yunanıstan Prezidenti Prokopis Pavlopulos, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax və digər rəsmi şəxslər qatılıb.

Məşəl uzun əsrlər əvvəl Qədim Olimpiya Məbədində edildiyi kimi günəş şüalarının əks olunduğu güzgünün köməyi ilə yandırılıb.

3200 km məsafə qət edəcək məşəl səkkiz gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla, Yunanıstanın 32 şəhərindən keçəcək.



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: İdman Oxunub: 540 Tarix: 12.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər