"Lider" TV yayımın dayanmasında nazirliyi ittiham etdi
"Lider" TV-nin "Xəbərlər" departamentinin rəhbəri Aynurə Vəliqızı martın 10-da telekanalın yayımının dayandırılması ilə bağlı açıqlama verib.
BiG.AZ xəbər verir ki, "News24"ə danışan telekanal rəsmisi yaranan problemin birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı olduğunu deyib:
"Biz fəaliyyətimizi dayandırmamışdıq. Bunun baş verməsi üçün heç bir əsas yoxdur. Çünki kifayət qədər işçi heyətimiz, həmçinin də texniki bazamız mövcuddur. "Lider" Televiziyası artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Biz daim dövlət başçımızın yürütdüyü siyasətə dəstək olmuşuq, bütün maarifləndirmə xarakterli verilişləri tamaşaçılarımıza təqdim etmişik. "Lider" TV-də heç vaxt bayağı verilişlər yayımlanmayıb. Daha çox isə siyasi və analitik layihələr yer alıb. Təəssüf ki, jurnalistlər əldə etdiyi məlumatı dəqiqləşdirmədən yayıblar. Sözügedən nazirlik heç bir xəbərdarlıq olmadan ötürücü siqnalını kəsib. Dəfələrlə bizə qarşı bu addım atılıb".
Aynurə Vəliqızı həmçinin bildirib ki, əgər iddia olunan hər hansısa bir borc varsa, o, məhkəmə yolu ilə həll olunmalıdır:
"Məhkəmə qərarı olsa belə, nazirlik bizim yayınımızı dayandıra bilməz. Bunun üçün MTRŞ fəaliyyət göstərir. Problemin həll olunması üçün hər iki qurum danışıq aparmalıdır. Yalnız bundan sonra televiziya ilə bağlı hər hansısa qərar tətbiq oluna bilər. Ümumiyyətlə isə bütün televiziyaların tarixçələrinə nəzər salsaq, görə bilərik ki, hər birinin maliyyə ilə bağlı problemləri olub. Düşünürəm ki, MTRŞ hər kəs üşün çox doğru cavabı verib. Bildirilib ki, "Lider" Televiziyasına lisenziyanı məhz bu qurum verib və o, qüvvədədir".
Aynurə Vəliqızının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Günel Gözəlova ilə əlaqə saxlanılıb. G.Gözəlova məsələ ilə bağlı hər hansı bir açıqlamasının olmadığını qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1649 Tarix: 12 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qida təhlükəsizliyi pozuntularına görə cərimələr
"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini
18.12.2025 182 Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı
Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
18.12.2025 243 İlham Əliyev onları təltif etdi - Siyahı
Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda təhsili
18.12.2025 222 "ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb
Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə
18.12.2025 176 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
18.12.2025 194 Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur
Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir
18.12.2025 117 Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov
18.12.2025 185 Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
18.12.2025 263 Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)
Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra
18.12.2025 247