Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı genişləndirir, Ermənistan təcrid olunur

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı genişləndirir, Ermənistan təcrid olunur"Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığını çox yüksək qiymətləndirirəm. İki ölkə çox yaxın müttəfiqik və strateji tərəfdaşdırlar".

Bunu "Mediapost"a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin Bakıya səfərini şərh edərkən deyib.

O bildirib ki, iki ölkə beynəlxalq əhəmiyyətli layihələri birgə həyata keçirir. Deputat xatırladıb ki, ötən gün Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb: "Görüşdə müxtəlif hərbi mövzularda fikir mübadiləsi aparılıb. İki ölkə beynəlxalq əhəmiyyətli layihələri birgə həyata keçirirlər. Nəqliyyat koridoru, enerji daşıyıcıları belə layihələrə aiddir. Bu sistemi birgə qorumaq üçün hərtərəfli əməkdaşlığa mühüm ehtiyyac var. Ona görə müdafiə nazirlərinin və digər güc nazirliklərinin də əməkdaşlığı zəruridir".

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı genişləndirir, Ermənistan təcrid olunurA.Mollazadə vurğulayıb ki, Azərbaycan bölgənin əsas dövlətlərindən olan Türkiyə ilə də yaxından əməkdaşlıq edir: "Bu da birgə yaratdığımız sistemdə təhlükəsizliyi təmin edir. Azərbaycan, Türkiyə, Gürcüstan əməkdaşlığı bir neçə istiqamətdə davam edir. Dəfələrlə dövlət başçılarının, Baş nazirlərin, parlament spikerlərinin, hətta bizim parlamentin beynəlxalq komitəsinin Azərbaycan, Türkiyə, Gürcüstan ilə birgə iclasları olub. Bu iclaslarda da ölkələrarası tərəfdaşlıq və əməkdaşlığın inkişafı üçün zəruri addımlar müzakirə olunub".

Politoloq Elxan Şahinoğlu isə "MediaPost"a açıqlamasında Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin Bakıya gəlişini onun bir müddət əvvəl Ermənistana səfəri ilə müqayisə edib.

Ekspert deyib ki, İ.Qaribaşvili bir neçə gün əvvəl Yeravanda da olub. Lakin Bakıya səfərdən fərqli olaraq Ermənistana səfəri formal xarakter daşıyıb və onun nəticələrini uğurlu saymaq olmaz: "Mən onun səfər proqramını diqqətlə izlədim. Sonra Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisiyə getdi. İrakli Qaribaşvili Yerevanda da nəzəri cəhətdən Ermənistanla hərbi əməkdaşlıq etmək imkanlarından danışıb. Ancaq bu mümkün deyil. Çünki Gürcüstan NATO-ya üzv olmağı hədəfləyib. Ermənistansa Rusiyanın siyasi-hərbi müttəfiqidir və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvüdür. Bu iki ölkənin bir arada təhlükəsizlik sistemi qurması mümkünsüzdür. Sadəcə bu, ziyarət xarakteri daşıyır. Onu da nəzərə almaq lazımdır ki, Rusiya Gürcüstan torpaqlarını işğal edib və Rusiya müttəfiqi ilə Gürcüstan eyni hərbi blokda təmsil oluna bilməz".
Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı genişləndirir, Ermənistan təcrid olunurE.Şahinoğlu bildirib ki, rəsmi Ermənistan və Gürcüstan rəsmiləri birgə hərbi təlimlərdən danışsalar da bunun reallaşması mümkün deyil: "Rusiya Ermənistana imkan verməz. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycanda vəziyyət başqadır. Gürcüstan NATO-ya üzvlüyü hədəfləyib, Azərbaycan heç bir bloklarda yer almır. Ancaq Gürcüstanla strateji müttəfiqdir, birgə layihələri var. Eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi formatı da mövcuddur. Üç ölkənin müdafiə nazirləri ildə bir neçə dəfə görüşürlər, hərbçilər birgə təlimlər keçirirlər. Azərbaycan həm də NATO təlimlərinə qoşulur. Ona görə də İrakli Qaribaşvilinin Azərbaycana səfəri Ermənistana səfərindən daha məhsuldardır. Bu, həm bizim ölkə üçün, həm də Gürcüstan üçün faydalıdır. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının perspektivi böyükdür. Yəqin ki, iki ölkənin müdafiə nazirləri Bakıda bunun detallarını müzakirə ediblər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 633   Tarix: 06 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı

Bakı şəhəri Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbin 3B sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs zamanı şagird və müəllimlərə qarşı qeyri-etik ifadələr işlədərək tədris prosesinin pozulmasına səbəb olub. BİG.AZ xəbər verir ki, bu barədə "Unikal"a valideynlə

10.01.2025 595
.

Buraxılış imtahanlarının tarixi bəlli oldu

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. BİG.AZ xəbər verir ki, bu haqda DİM məlumat yayıb. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq. İmtahanda

10.01.2025 444
.

Özbək müdafiəçi "Mançester Siti"yə keçdi

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola Özbəkistan millisinin və Fransanın "Lens" klubunun 20 yaşlı müdafiəçisi Abdukodir Xusanovun transferini təsdiqləyib. xarici KİV-ə istinadla bildirir ki, daha əvvəl İngiltərə klubunun Fransa klubuna bonuslar da daxil olmaqla 50 milyo

10.01.2025 281
.

Yeni informasiya sistemi yaradıldı - REİS

Azərbaycanda "Rəqəmsal ekologiya" informasiya sistemi (REİS) yaradılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. "Rəqəmsal ekologiya" informasiya sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə rəqəmsa

10.01.2025 398
.

5 adamı bıçaqlayan şəxs üçün 105 il həbs istədildi

Türkiyənin Eskişehir bölgəsində internetdən aldığı kloun paltarını geyərək 5 nəfəri bıçaqlayan şəxs üçün dövlət ittihamçısı tərəfindən 105 il həbs cəzası istənilib. türk mediasına istinadən xəbər verir ki, tanınmaması üçün internetdən aldığı kloun paltarından istifadə edən şəxs 5 nəfərə kəsici alətl

11:39 155
.

Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qanunvericiliyə əsasən

00:24 725
.

Los-Anceles yanır, Bayden nəvə dərdinə düşüb – Hamı qınayır

ABŞ prezidenti Co Bayden 82 yaşında yeni bir həyəcan yaşayır. -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ da əksəriyyət Los Ancelesdə tarixinin ən dağıdıcı yanğını ilə mübarizə apararkən, onun narahatçılığını yaşayarkən Bayden müjdəli xəbərlə çıxış edib. Kaliforniya qubernatoru Gavin Nevso

10.01.2025 535
.

Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO

Bakıda ötən il baş verən cinayətin məhkəməsi başlayıb. BİG.AZ -a istinadla xəbər verir ki, istintaqla müəyyən edilib ki, 2024-cü il iyulun 3-ü səhər saatlarında Samirə Əliyeva (ad şərtidir) şəxsi münasibətlər zəminində Sabirabad rayon sakini Fuad Hüseynzadəni bıçaqlayıb. Hadisə Bakının Qaraçuxur qəsəbəsi

15:09 0
.

XİN ABŞ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kaliforniyada meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökümətinə və xalqına başsağlığı verib. BİG.AZ xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib. "ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərində

10:07 183
.

TOP MP3