"İş 10 saat olsa daha yaxşı olar" – Yeni təklif hökumətə təqdim olunacaq – VİDEO

"İş 10 saat olsa daha yaxşı olar" – Yeni təklif hökumətə təqdim olunacaq – VİDEOİş həftəsi 6 günlük olduğu halda da, həftəlik 40 saatlıq normaya riayət olunmalıdır.

ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

Şəhər sakini ilə söhbət:

- İş rejiminiz nə qədərdir?

- 7-8 saat. Minimum 7 saat. 10 saat olsa daha gözəl olar.

- Niyə 10 saat olsa gözəl olar?

- Qazanc daha çox olur çox işləyəndə.

İnsan gün ərzində maksimum nə qədər işləməlidir?

Aynur Osmanqızı – DƏMX-in mətbuat katibi: "Əmək məcəlləsinin 89-cu maddəsində qeyd olunub ki, 1 günlük, yəni gündəlik iş norması 8 saatdır. Gündəlik iş normasına uyğun olaraq, həftəlik iş norması isə əmək məcəlləsində isə 40 saat müəyyən olunub. Əgər həftəlik iş norması 40 saatdırsa, həftə 6 günlük iş rejimidirsə, bu halda 1 gündə maksimum 7 saata qədər işçi işlədilə bilər".

Yalnız müstəsna hallarda işçi gün ərzində 8 saatdan artıq işləyə bilər.

Samir Qasımov – Vəkil: "Hansısa bir fövqəladə hal baş verməlidir iş yerində. Məsələn dəzgah xarab olub, həmin dəzgah düzəlməsə, mallar korlana bilər. Və yaxud iş növbəlidirsə, digər növbə vaxtında gəlib işə çata bilməyib. İşdə fasilə vermək olmaz, əvvəlki növbə daha çox işləməyə məcbur olur".

Bəzi idarə və təşkilatlarda işçilərin gün ərzində 8 saatdan artıq işləməsi halları mövcuddur. Onların artıq iş saatlarına görə əmək haqlarının hesablanması da çox vaxt adi qaydada aparılır. Bu da işəgötürənlə işçi arasında əmək mübahisələrinin yaranmasına gətirib çıxarır.

Samir Qasımov – Vəkil: "İş vaxtından artıq iş həmişə işəgötürənin ayrıca əmri ilə rəsmiləşdirilməlidir. Həmin işin hər saatına görə saatlıq tarif maaşının ikiqatı məbləğində əməkhaqqı ödənməlidir".

Mütəxəssislərin sözlərinə görə, iş yerində sutkada 8 saatdan artıq çalışanın hər əlavə 1 saatı onun sonrakı faydalı iş qabiliyyətini və məhsuldarlıq səviyyəsini aşağı salır.

Mürvət Həsənli – Mütəxəssis: "8 saat işləmək, 8 saat əylənmək, 8 saat yatmaq. Bu o deməkdir ki, həmin işçilər 8 saat ərzində işləyəndən sonra həm əylənirlər, istirahət edirlər, sabah üçün böyük bir enerji yığırlar. Həm bu işçilərin işgüzarlığını artırır, həm məhsulun keyfiyətini artırır".

Mütəxəssis onu da əlavə edir ki, əgər işçi həftədə 40 saatdan artıq çalışırsa, bu zaman işəgötürən udmaq əvəzinə, uduzmağa başlayır.

Mürvət Həsənli – Mütəxəssis: "Biz mütəxəssilər yetişdiririk. Həm buna maliyyə xərcləyirik, həm də uzun bir zaman xərcləyirik. O insanı 8 saatdan çox işlədəndə, o insan başqa bir şirkətə gedir. Başqa bir şirkətə yönəlir. Amma orda itirən kimdir, yenə sahibkar. Ona görə 8 saatlıq iş rejiminə riayət etmək elə sahibkarın öz xeyrinədir".

Qeyd edək ki, hazırda ƏƏSMN gündəlik 8 saat iş vaxtının normasına nəzarət olunması ilə bağlı təklifləri hazırlayır. Həmin təkliflər planı tezliklə hökumətə təqdim olunacaq. Müvafiq qərar veriləndən sonra nazirlik tərəfindən iş vaxtının normasına nəzarət mexanizmi müəyyən ediləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2651   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 922
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 212
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 315
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 425
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 174
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 141
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 273
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 207
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 429