Goranboyda silahlı insident törədən polis əməkdaşı hakim qarşısına çıxarılır

Goranboyda silahlı insident törədən polis əməkdaşı hakim qarşısına çıxarılırGoranboy rayonunda polis əməkdaşına xəsarət yetirməkdə ittiham olunan Lətif Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 5-nə təyin edilib.

Qeyd edək ki, L.Əmrahovun cinayət işi bundan əvvəl də Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Bu ilin yanvarında hakim Nural Əliyevin sədrliyi ilə baş tutan ilkin prosesdə cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması barədə qərar qəbul olunub.

İttihama görə, ötən il iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb və onlara yaxınlaşıb.

Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini L.Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb.

Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib.

Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alıb və onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.

Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İş üzrə zəruri ekspertizalar təyin edilib. Hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İstintaq araşdırması zamanı hadisənin baş verməsində L.Əmrahov günahkar bilinib.

İstintaq orqanı tərəfindən L.Əmrahovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 221.1-ci (xuliqanlıq) və 232.2.4-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Goranboy rayonunda silahlı insident törətməkdə təqsirli bilinən polis zabiti V.Kərimovun işi ayrı icraata götürülüb.

V.Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

V.Kərimovun barəsində olan cinayət işi ayrıca icraata götürülüb.

Onun barəsində olan cinayət işi bu ilin yanvarında baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan hazırlıq iclasında V.Kərimovun hüquqlarının ibtidai araşdırma zamanı pozulduğu müəyyən olunub. Bu səbəbdən onun barəsində olan cinayət işinə baxılmasına xitam verilib, iş materialı araşdırılması üçün ibtidai istintaqa qaytarlılıb.

İttihama görə, Goranboy rayonunun Goran qəsəbəsində qarşıdurma zamanı Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü V.Kərimov, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü T.Əmrahov, onun qardaşı L.Əmrahov və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Səfər Həsənov xəsarət alıblar.

Məlumata görə, hadisə V.Kərimovla T.Əmrahov arasında yaranan mübahisə zəminində baş verib.

V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı S.Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.

Hadisə zamanı xəsarət alan T.Əhmədov vəfat edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1078   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

11:43 87
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 213
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

20:31 0
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 224
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 475
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1197
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

20:15 2
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115