Azərbaycanda ruhi xəstə arvadından şübhələndi: "Kirvəmizlə..." – Qandonduran hadisə

Azərbaycanda ruhi xəstə arvadından şübhələndi: "Kirvəmizlə..." – Qandonduran hadisəYevlax rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan kəlbəcərli məcburi köçkün, 1990-cı il təvəllüdlü Saday Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Saday Sadıqov 2018-ci il dekabrın 8-də arvadı Vəfa Abışovanı mobil telefonla başqa kişilərlə danışığını tutub. O, dekabrın 13-də saat 17.35-də yüngül sərxoşluq vəziyyətində evə gəlib və arvadının xəyanət etməsindən şübhələndiyinə görə onu öldürmək fikrinə düşüb.

Qısqanclıq davası və qətl

Bu səbəbdən Vəfa Abışovanın atasının Meyvəçilik kəndindəki evinə gəlib. Orada özündə olan bıçaqla arvadına hücum edib.

Vəfa Abışovanın anası Saray Abışova kürəkəninə yalvararaq, ondan qızını buraxmasını istəyib. Saday Sadıqov isə qayınanasının yalvarışlarına məhəl qoymayıb. Vəfa Abışova aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Saday Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Münasibətlərimiz korlanmağa başladı"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saday Sadıqov bildirib ki, göz zəifliyi ilə əlaqədar 2-ci qrup əlildir: "2008-ci ilin sentyabrın 3-dən Yevlax rayonu İncə çayının yaxınlığında Malbinəsi kəndi ərazisində yerləşən "Koku" ləqəbli Allahverdi Bəhlulova məxsus fermada çobanlıq etmişəm.

Ferma Allahverdiyin adına olsa da, qoyunlar Eldar adlı həmyerlimə məxsus idi. 2008-ci ildə Yevlax rayonu Meyvəçilik kəndində yaşayan Vəfa ilə rəsmən evləndim. Vəfa ilə nikahdan 2 oğlan övladlarım dünyaya gəldi.

Arvadımla birlikdə işlədiyim fermada qalırdım. Məktəbdə oxumaqları ilə əlaqədar övladlarımdan biri mənim valideynlərimin, digəri isə Vəfanın valideynləri ilə yaşayırdı. Əvvəllər Vəfa ilə yaxşı dolansaq da, 2018-ci ilin əvvəllərindən münasibətlərimiz korlanmağa başladı".

"Öldürəcəyimi qət etdim"

Saday Sadıqovun sözlərinə görə, dekabrın 9-da evdə olarkən Vəfanın ondan xəbərsiz almış olduğu və işlətdiyi mobil telefonu aşkar edib: "Telefona baxdığım vaxt isə arvadımın övladımızın kirvəsi olan E.Şahverdiyevlə telefon danışıqlarını və proqram vasitəsilə həmin danışıqların yazıldığınının şahidi oldum. Arvadım da bunu gördü, qorxduğu üçün evdən çıxaraq getdi. Bundan sonra arvadımı və ya E.Şahverdiyevlə harada görsəm qətlə yetirəcəyimi qət etdim.

Vəfa evdən getdikdən sonra anamın təkidi ilə ondan boşanmaq istəməyimlə bağlı məhkəməyə ərizə ilə müraciət etdim. Eyni zamanda E.Şahverdiyevi və arvadım da axtardım. Ancaq E.Şahverdiyev yaşadığı yerdən qaçdığından harada olduğunu bilmədim".

"Mənə mane olmağa çalışdı"

Saday Sadıqov qeyd edib ki, dekabrın 13-də arvadının atası evində olduğunu öyrənib: "Bundan sonra Yevlax rayonuna gələrək "Dostluq" şadlıq sarayının yanında cehizlik mallar satılan dükandan bir ədəd mətbəx bıçağı aldım, sonra qayınatamın yaşadığı evə getdim.

Arvadımın orada görəcəyim təqdirdə öldürmək qərarına gəlmişdim. Bu məqsədlə taksiyə əyləşdim, Yevlax rayonu Meyvəçilik kəndinə getdim. Qayınatamın yaşadığı evə çatdım, giriş qapısından içəri daxil olduqda Vəfanın anası və qardaşı arvadı ilə birlikdə qonaq otağında olduqlarını gördüm. Vəfa məni gördükdə cəld durdu və yataq otağına keçdi, otağın qapısını bağladı. Üzərimdə olan bıçağı çıxararaq həmin otağa tərəf getdim.

Vəfanın anası Saray əynimdə olan kurtkadan tutdu və mənə mane olmağa çalışdı. Sarayın əlindən qurtularaq yataq otağına daxil oldum. Vəfanın yataq otağındakı stolun altına girdiyini gördüm".

"Bu fahişəni niyə evində saxlamısan"

Təqsirləndirilən şəxs bildirib ki, Vəfanın anası Saray da onun arxasınca otağa daxil olub və ona mane olmağa çalışıb: "Bu vaxt Vəfaya stolun altında olarkən bıçaqla birinci zərbəni vurdum. Vəfa stolun digər tərəfinə yıxıldı. Həmin yerə keçdim və Vəfanın saçından tutdum, yenidən bədəninin müxtəlif nahiyələrinə bıçaqla vurmağa davam etdim. Vəfanın anası məni arxadan qucaqladı, özü ilə birlikdə çarpayıya yıxdı.

Vəfa ayağa durdu və otaqdan qaçdı. Mən Sarayın əlindən çıxaraq qonaq otağına keçdim. Lakin Vəfanı tapa bilmədim. Yaranmış səs-küyə qonşular da evin qarşısına gəldi. Mən geri qayıdaraq yataq otağında Saraya "bu fahişəni niyə evində saxlamısan", - deyə bildirdim. Sonra evdən çıxdım.

Vəfanı bayırda da tapa bilmədim. Evdən çıxdıqda isə atamın əmisi arvadı Gülsüm məni gördü və atamın əmisinin məni çağırdığını bildirdi. Atamın əmisigilə getdim, o, bıçağı mənim əlimdən aldı".

Saday Sadıqov qeyd edib ki, daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və Vəfanı bıçaqladığı barədə məlumat verib: "Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib, məni rayon polis şöbəsinə apardılar. Orada bıçağı və mobil telefonu təhvil verdim".

Qatil ruhi xəstə çıxdı

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saday Sadıqovun barəsində ittihamedici hökm çıxarılmayıb. Onun hadisəni törədən zaman anlaqsız olduğu qeyd edilib. Bu səbəbdən onun barəsində psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. Ailənin azyaşlı övladlarına nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Yevlax rayon qəyyumluq və himayəçilik orqanına tapşırılması müəyyən edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun anası Saray Abışova apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Saday Sadıqovun barəsində ittihamedici hökm çıxarılmasını istəyib.

Şikayət araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Akif Eyvazovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin edilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3180   Tarix: 25 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 467
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 297
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 355
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 320
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 585
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

02.05.2024 740
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 707
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 423
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 453