İnsulta hansı qidalar təsir edir?-SİYAHI

İnsulta hansı qidalar təsir edir?-SİYAHI

Beynəlxalq alimlərdən ibarət qrup yeni təcrübənin nəticələrini açıqlayıblar.

BiG.AZ-ın məlumatına görə, alimlər qeyd ediblər ki, düzgün qidalnma bir çox xəstəliklərin inkişafının qarşısını almaqla yanaşı, insultdan qurtulmağa kömək edir.

Ekspertlər 9 Avropa ölkəsinin 418 min sakininin məlumatlarını tədqiq ediblər. Bununla da işemik və gemorraqik insultun hansı qida ilə əlaqəli olduğunu üzə çıxarıblar. Onlar 12 il ərzində bu insanların qida rasionu ilə maraqlanıblar.

Məlum olub ki, qida rasionuna yumurta çox əlavə edən şəxslərdə gemorraqik insult riski yüksək olur. Bununla yanaşı, meyvə, tərəvəz, zülal, süd, pendir və yoğurt isə işemik insult riskini azaldır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1730 Tarix: 24.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər