Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutuldu

Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutulduNizami rayonunda qara bazarda dəyəri 22 000 manatdan çox olan 5 kq-dan çox tiryək satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BiG.AZ-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs tutulub.

Belə ki, polisə Pərviz adlı şəxsin Nizami rayonu ərazisində külli miqdarda narkotik vasitə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Bakı şəhər sakini Pərviz Qurbanov ümumi çəkisi 73,042 qram olan tiryəki satarkən polislər tərəfindən tutulub. Qeyd edək ki, o, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi avtomobillə ərazidən qaçmağa cəhd göstərsə də, polislərin çevikliyi sayəsində zərərsizləşdirilib.

Əməliyyat tədbirlərinin davamı olaraq P.Qurbanovun idarə etdiyi "Jeep" markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən əlavə 5 kq 46,085 qram tiryək aşkar edilərək götürülüb. P.Qurbanov narkotik vasitəni bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. Qeyd edək ki, saxlanılan şəxs tiryəkin hər kiloqramını "qara bazarda" 4 500 manata satmaq istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. P.Qurbanov barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 943   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523