Ekspert: "Azəriqaz"dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib"

Ekspert: "Azəriqaz"dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib""İslahatlar hər zaman ehtiyac duyulan bir işdir. Həyatımız, cəmiyyətimiz nə qədər varsa, daha yaxşı iş, daha yaxşı yaşayış və daha yaxşı cəmiyyətin formalaşması uğrunda islahatlar davam etdirilməlidir".

Bunu "Report"a açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, islahatlar zəruridir: "Ola bilər ki, bu gün reallaşan islahat gələcəkdə daha başqa bir formada həyata keçirilsin, reallaşdırılsın. İnkişaf olan yerdə islahatlara zərurət yaranır. "Azəriqaz" İstehsalat Birliyində üç departamentin birləşdirilməsi mütəxəssislər tərəfindən yüz dəfə ölçülərək qərar verilib. Düşünürəm ki, bu lazımlı və əhəmiyyətlidir və bu islahatlara real ehtiyac var".

V.Rəhimzadə deyib ki, başlıcası, islahatlar zamanı vacib şərtlərdən biri odur ki, işçilər əziyyət çəkməsinlər: "Burada əsas məsələ odur ki, aparılan islahatlar zamanı işçilər kənarda qalmasın, islahatlara uyğun olaraq daha da effektiv və məhsuldar iş ortaya qoya bilsinlər. İslahatlar zərurətidir, günümüzün reallığıdır və bu qaçılmazdır".

O hesab edir ki, "Azəriqaz"da üç departamentin birləşdirilməsi vahid idarəçilik sistemi ilə idarə olunmasında mühüm rol oynaya biləcək bir amildir: "Düşünürəm ki, zaman keçdikcə beş ildən sonra bugünkü islahatlar gələcəkdə günün tələblərinə uyğun olaraq daha da başqa formada həyata keçirilsin. Hesab edirəm ki, bu işin effektivliyini, keyfiyyətini artırmaqla yanaşı, operativliyin, çevikliyin, idarəçilik mexanizmində vahid idarəçilik mexanizminin formalaşmasına dəstək olacaq. Bu üç departamentin bir-birinə yaxın, bağlı və əlaqəli qurumların olması vahid bir mərkəzdən idarə olunması da çevikliyin təminatında mühüm rol oynayacaq".

YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə:

"Düşünürəm ki, "Azəriqaz"da da aparılan islahatlar ümumi işin xeyrinə aparılmış islahatlardır".

O deyir ki, islahatlar zaman keçdikcə hər dövrün tələblərinə uyğun olaraq həyata keçirilməlidir: "Bu islahatlar ölkəmizin müxtəlif sahələrində özünü əks etdirir. Düşünürəm ki, "Azəriqaz"da da aparılan islahatlar ümumi işin xeyrinə aparılmış islahatlardır və əhaliyə xidmətin yüksək səviyyədə yerinə yetirilməsi ilə yanaşı, eyni zamanda operativliyin, çevikliyin təminatında mühüm rol oynayacaq. Düşünürəm ki, zamanın, dövrün tələblərinə uyğun, cəmiyyətin arzu və istəyinə, tələblərinə uyğun olaraq bu islahatlar davamlı şəkildə həyata keçiriləcək. Mən bu islahatları dəstəkləyirəm və ən başlıcası odur ki, bu islahatlar aparılan zaman işçilərin məhsuldarlığı artırılsın, onların işə yanaşması dəyişsin və keyfiyyətli məhsul ortaya qoymaqla bağlı münasibətlərini ortaya qoysunlar".

V. Rəhimzadə sonda qeyd edib ki, son zamanlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sistemində kifayət qədər belə islahatlar həyata keçirilib: "Hesab edirəm ki, son illər SOCAR-ın bütün sahələrində ishatlar reallaşdırıb. SOCAR-ın həyata keçirdiyi islahatlar da vacib şərtlərdən biridir. Bunun üçün də SOCAR nüfuzlu bir qurum olaraq, təkcə ölkə iqtisadiyyatında deyil, həm də dünya iqtisadiyyatında kifayət qədər böyük rol oynadığının göstəricisidir. Bu səbəbdən də son illər Azərbaycanda və dünyada çox böyük layihələrə müəlliflik edir. Bu da Azərbaycan iqtisadiyyatının uğurlu inkişafının yüksək səviyyədə göstəricisidir".

Xatırladaq ki, "Azəriqaz" İstehsalat Birliyi ölkə başçısının qarşıya qoyduğu tapşırıqları qüsursuz yerinə yetirmək üçün strukturunda müəyyən dəyişiklik edib. "Azəriqaz"ın baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlə struktur islahatı aparılıb.

Belə ki, Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Depatamenti yenidən formalaşdırılıb. Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürüləcəklər. Lakin onların, xüsusən də mühəndis heyətinin struktur islahatları zamanı əməkhaqqında hər hansı azalma baş verməyəcək, əksinə, bəzi əməkdaşların məvaciblərində artım qeydə alınacaq. Ümumilikdə isə struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq.

Qurumdan bildirilib ki, aparılan struktur islahatı, ilk növbədə, abonentlərin rahatlığı və məmnuniyyəti üçün həyata keçirilir. Belə ki, bugünədək abonentlər haqlı olaraq bəzi xidmətlərdən istifadə zamanı narazılıqlarını bildirirdilər. Artıq yeni struktur islahatı hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 698   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c

01.05.2024 1380
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 840
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 864
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 247
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 340
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

01.05.2024 1066
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 292
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 1110