Təhsil nazirindən summativ qiymətləndirmə ilə bağlı yeni QƏRAR

Təhsil nazirindən summativ qiymətləndirmə ilə bağlı yeni QƏRAR"Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası"nda dəyişiklik edilib.

Bununla bağlı Təhsil naziri Ceyhun Bayramov qərar imzalayıb.

Qərarla qaydanın adında "(yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla)" sözləri "(məktəbdaxili qiymətləndirmənin)" sözləri ilə əvəz edilib.

Beləliklə, ilk növbədə qərarın adı dəyişdirilib. Bundan sonra sənədin adı "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası" adlanacaq.

Qaydanın 1.1-ci bəndində "(yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla)" sözləri "(məktəbdaxili qiymətləndirmənin)" sözləri ilə əvəzlənib. "Maddəsinə" sözündən sonra "və "Ümumi təhsil haqqında" qanunun 14.2-ci maddəsinə" sözləri əlavə edilib.

Əvvəlki qərarla həmin bənddə yazılırdı ki, bu Qayda "Təhsil haqqında" qanunun 29.0.29-cu maddəsinə əsasən hazırlanıb. Bildirilirdi ki, Qayda Azərbaycanda ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması məsələlərini tənzimləyir.

Yeni qərarla isə attestasiya məktəbdaxili qiymətləndirmə aparılmasını qaydası tənzimlənəcək.

Sənəd həm də "Ümumi təhsil haqqında" qanuna uyğunlaşdırılıb.

Qanunun 14.2-ci maddəsi təhsilalanların nailiyyətlərinin izlənilməsi məqsədini daşıyır.

Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi qaydada təhsilalanların məktəbdaxili qiymətləndirməsi təşkil edilir.

Qaydanın 2.1-ci bəndindən "o cümlədən, maraq və motivasiyasının" sözləri çıxarılıb.

2.1-ci bənddə yazılırdı ki, diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır.

Yeni qərarla həmçinin sənədin 4.21-ci bənd ləğv edilib.

Həmin bənd summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətləri ilə bağlı idi.

Bildirilirdi ki, həmin müraciətlərə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır.

Bununla yanaşı, bildirilirdi ki, yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Təhsil Nazirliyi tərəfindən baxılır.

C.Bayramovun imzaladığı yeni qərarla isə bu bənd ləğv olunub.

Yeni qərarla Qaydaya 6-cı hissə əlavə olunub. Əlavə qiymətləndirmənin nəticələrinə yenidən baxılması ilə əlaqədardır.

Əlavənin 1-ci bəndi summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri ilə əlaqədardır.

Belə ki, onlar 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şikayət edə bilərlər.

2-ci bənd isə şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən hansı qərarlar veriləcəyini özündə əks etdirir.

Əgər şikayətlər təsdiqini taparsa, qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılır və nəticələrə dəyişiklik edilir.

Qiymətləndirmənin nəticələri ləğv edilir və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi təşkil olunur.

Təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada aparılır.

Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana bu barədə əsaslandırılmış cavab göndərilir.

Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayanların müraciətlərinə ümumi təhsil müəssisəsinin tabeliyindən asılı olaraq yerli təhsili idarəetmə orqanları və ya Təhsil Nazirliyi tərəfindən baxılır.

Şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda, bu Qaydanın müvafiq tədbirlərin görülməsi barədə ümumi təhsil müəssisəsinə tapşırıq verilir.

Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, bu barədə əsaslandırılmış cavab göndərilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4247   Tarix: 18 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608