Həyatınızın məqsədi varmı?

Həyatınızın məqsədi varmı?Britaniyalıların yalnız 23%-nin işlərində hər zaman xoşbəxt olduğunu qeyd edən araşdırmanı oxuyanda təəccüblənmişdim. İnsanların çoxunun xoşbəxt olmağından şübhəli idim, amma britaniyalıların 3/4-nün etdiklərindən zövq almamasını bilmək sözün düzü üzücü idi.

İş məmnuniyyətində bir çox faktor rol oynarkən, mən özümün və müştərilərimin təcrübəsində həyat məqsədinin böyük rol oynadığını tapdım. Tədqiqat sonrası aparılan araşdırma, məqsədli insanların işlərindən daha məmnun olduqlarını, daha uzun yaşadıqlarını, daha yaxşı yatdıqlarını və ümumiyyətlə daha xoşbəxt və uğurlu olduqlarını ortaya çıxardı.

Kariyeramın başlanğıcında məqsədim iş tapmaq və pul qazanmaq olmuşdu. Pula fokuslanma ardıcıl olaraq bir neçə il boyunca davam etdi, mən həqiqətən yerimi tapmadan bir işdən növbəti işə keçirdim və hər irəliləmə ilə birlikdə bir az çox pul qazanarkən özümü daha da stresli, depresiv və gərgin hiss edirdim. Bütün "ənənəvi" həll yollarını sınadım – karyera məsləhətçisinə getmək, yorucu həyatdan qaçmaq üçün tətilə çıxmaq, amma daimi bir həll tapa bilmədim və nəhayət tamamilə tükəndim.

Mənim həqiqətən öz yerimi tapmağım, "insanların məqsədlərini tapmaqlarına və sevdikləri işlə məşğul olmaqlarına kömək edərək kainatı yüksəltmək" məqsədimi tapdığım və ondan ilham aldığım zaman oldu. Sadəcə çox xoşbəxt və məmnun olmamışdım, həm də düşündüyümdən daha çox pul qazanırdım.

Əgər dəqiq bir məqsədiniz yoxdursa, narahat olmayın. Başlamağınıza kömək edəcək tapşırıq hazırlamışam.

Min kilometrlik bir səyahət bir addımla başlayır.

Lao Tszı

Başlamazdan əvvəl…

Suallar üzərində çalışmağa başlamaq üçün səssiz bir yerdə və əsasən tək olduğunuz zamanları ayırmağınızı tövsiyə edirəm. Bir qələm və kağız hazırlayın və instinktinizi izləyin; ağlınıza gələn ilk şeyi təhlil etmədən yazın. Ən yaxşı nəticələr üçün bu prosesə bir uşağın istədiyi kimi – maraqla, mühakimə və qorxu olmadan yanaşın.

Həyat məqsədinizi tapmağa kömək edəcək 10 sual

Boş vaxtınızı nəyə sərf edirsiniz?
Uşaq ikən kim olmaq istəyirdiniz?
İşlə əlaqəli hansı tapşırıqlardan zövq alırsınız?
Nə edəndə zaman itirdiyinizi düşünürsünüz?
Sizə görə dünyanın ən ideal işi nədir? Sizin ən imkansız olduğunu düşündüyünüz arzunuz nədir?
Uğursuz olmayacağını bilsəydiniz nəyi edərdiniz?
Ən son nə zaman özünüzü həqiqətən xoşbəxt hiss etmisiniz? Həmin vaxt nə edirdiniz?
Ən çox kimə heyran qalırsınız və o insan nə ilə məşğuldur?
Gizli həvəsiniz nə ilə bağlıdır?
Öldükdən sonra nə ilə xatırlanmaq istəyərdiniz?

Hamısını bir yerə toplayın

Cavablarınızı tapdıqdan sonra özlərini təkrarlayan hər hansı bir sözə və ya anlayışa diqqət yetirərək mövzular və nümunələr axtarın. Cavabları araşdırdıqdan sonra məqsədinizi ümumiləşdirən qısa bir abzas yazın. Yapışqan notlara qeyd edin və hər gün görəcəyiniz yerə qoyun.

Sonraki addımlar

Sizi ruhlandıran məqsədi tapdıqdan sonra, onu həyatınıza və qərarlarınıza bələdçilik etmək üçün kompas kimi istifadə edə bilərsiniz. İdeal işinizi və həyatınızı tapmaq üçün hədəflər və addımlar yaratmaq üçün çalışın. Gündəlik işinizin bir hissəsi olaraq hər səhər bunu təkrarlayın.

Müəllif: Ilse Passet | Karyera və biznes transformasiya kouçu
Tərcümə: Nuranə Mollayeva | coaching.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 638   Tarix: 17 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580