Otellərdə evli olmayan sevgililəri həbs ediblər

Otellərdə evli olmayan sevgililəri həbs ediblər

Dünyanın ən çox müsəlman yaşayan ölkəsi İndoneziyada polis Sevgililər Günü ilə bağlı reyd keçirib. Otellərdə evli olmayan sevgililəri həbs ediblər.

Bizimyol.info xəbər verir ki, “Daily Mail” İndoneziyadakı reydlə bağlı yazı hazırlayıb. Burada xüsusilə Cənubi Sulavesi əyalətinin Makasar şəhərində polislərin xeyli adamı saxladığı yazılıb.

Makasar polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında deyilir: “Sosial xəstəliklərə yox deyilməlidir. Biz cəmiyyətə mədəniyyətimizə və etikamıza uyğun davranmağı xatırladırıq. Prezervativlər yalnız evli insanlar üçündür. Bu, açıq satılmamalıdır. Xüsusilə uşaq şirniyyatının, məsələn, şokoladın yanında”.

Saxlanılanların arasında Almaniyanın bir vətəndaşı da olub. Ona polis şöbəsində mənəviyyatla bağlı uzun mühazirə söyləyiblər.

Şəriət qanunlarının ciddi dayaqlarının olduğu Açex vilayərində Sevgililər Gününün qeyd olunması qadağan edilib. Depok şəhərində də bayram keçirilməsinə imkan verilməyib.

İndoneziyanın əhalisi 270 milyon nəfərdən çoxdur. Ölkədə yaşayanların təxminən 88 faizi müsəlmandır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 776 Tarix: 15.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.036