"3 saatlıq proqramda mənim danışmaq imkanım olmurdu" - Tağı Hüseynovdan şikayət dolu AÇIQLAMA
Uzun müddət Zaur Baxşəliyevin aparıcılıq etdiyi proqramlarda ekspert kimi iştirak edən tanınmış vəkil Tağı Hüseynov verlişdən ayrılmasının səbəblərindən danışıb.
Tağı Hüseynov BiG.AZ-a açıqlama verib. O, bildirib ki, proqramda ekspert kimi iştirak etsə də, danışmqa imkanı olmayıb:
"2013-cü ildən 2017-ci ilə qədər mən 4 il Zaur Baxşəliyevin aparıcılıq etdiyi proqramda ekspert kimi iştirak etmişəm. Mən təzə gedən də "Ümid var" adlı proqram idi. Daha sonra " Öz aramızda", "Bizimləsən" proqramları ardıcıl olaraq yayımlandı. Proqramdan ona görə ayrıldım ki, artıq məncə izləyicilərin gözü yorulmuşdu. Mütəmadi eyni insanları görmək yorucu olur. Verliş də uzun idi. Amma 3 saatlıq proqramda mənim danışmaq imkanım olmurdu. Mən danışmağı sevən adamam. Amma görürdüm ki, heç 3-4 dəqiqə danışa bilmirəm.
Daha sonra özüm hüquqla bağlı proqram aparıcılığı etdim. Lider telekanalında yayımlanan proqramda vəzifələrin qorunmasından bəhs olunurdu. İki ay orada öz verlişimin aparıcısı oldum. Lakin sonra gördüm ki, vətəndaşlar elə anlayıb ki, mən artıq vəkillik etmirəm. Ona görə də mən bu sahədən uzaqlaşmalı oldum. Hazırda Space telekanalında "Gəl dərdini danış" adlı proqram var. Orada ekspert kimi iştirak edirəm. Mən bu proqramda rahat fikrimi çatdıra bilirəm. Heç bir çıxışımı da çıxarmırlar.
Bəzi aparıcılar var ki, məsələn Zaur, Xoşqədəm və.s onlar çox yaxşı aparıcılardır. Lakin özləri ekspertdən çox danışırlar. Biz bilirik ki, qaydalara görə proqramda qonaq olan ekspertlər, qonaqlar daha çox danışmalı, müzakirəyə qoyulan məsələləri həll edəcək fikirlər söyləməlidirlər. Lakin bunlarda məsələ tam fərqlidir. Axı tamaşaçıya aparıcının fikri maraqlı deyil. Sən verilişə ekspert çağırmısansa, ona söz verməlisən ki, danışsın. Çünki onların fikri daha önəmli olmalıdır. Burada isə tam əksini görürdüm. 3 saatlıq proqramda ekspertlər 3 dəqiqə danışır, qalan vaxt isə aparıcı danışır".
Lamiyə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3051 Tarix: 06 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərdoğan Putinlə görüşündən danışdı: "Dedi ki, sözümə əməl edəcəyəm"
"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq". "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumunda
13.12.2025 168 Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb
2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə
13.12.2025 123 500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA
"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo
00:09 128 Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək
Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri
13.12.2025 108 Bu tarixdə Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışı
13.12.2025 309 Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?
Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün
00:25 127 Şirvanda 6 uşaq anası həyata belə qaytarıldı - Palatadan təsirli video
Həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb. Belə ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəli
13.12.2025 461 Vəfat edən şəxsin pensiyası ilə bağlı vacib məqamlar
Həyat yoldaşı vəfat etmiş biri dünyasını dəyişən şəxsin pensiyasını ala bilməsi üçün özü pensiya yaşına çatmalıdır. xəbər verir ki, bunu vəkil Cəfər Cəfərli deyib. Bildirib ki, bundan əlavə, vəfat edən şəxsin ən azı 25 il sığorta stajı olmalıdır:. "Yəni, vəfat etmiş şəxsin 25 il sığorta stajı olduğ
13.12.2025 155 Doğum sayı azalıb
2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb
13.12.2025 122