Şamaxıda qətlə yetirilən Avropa çempionunun məşqçisi danışdı: "Güləşi və institutu atmışdı" - FOTO

Şamaxıda qətlə yetirilən Avropa çempionunun məşqçisi danışdı: "Güləşi və institutu atmışdı" - FOTOŞamaxıda qətlə yetirilən 25 yaşlı Ruslan Surxayevin kimliyi müəyyənləşdirilib.

Şamaxıdakı "Yeddi Gümbəz" qəbiristanlığında 1991-ci il təvəllüdlü Orxan Hacıyev tərəfindən mətbəx bıçağı ilə öldürülən Surxayev sərbəst güləş üzrə yeniyetmə və gənclər millimizin üzvü olub. O, ilk böyük uğurunu 2010-cu ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş yeniyetmələrin Avropa çempionatında qazanıb. Həmin vaxt Ruslan 42 kq-da qitə birinciliyinin bürünc medalını boynundan asdırıb.

İki il sonra 50 kq-da çıxış edən Ruslan Polşanın Katovitse şəhərində keçirilmiş yeniyetmələrin analoji turnirində isə bürüncü qızıla çevirib.

2012-ci ildə Bakıda keçirilmiş yeniyetmələrin dünya çempionatında isə finalda uduzaraq gümüş medalla kifayətlənib.

Ruslanın gənclər millimizdə də uğuru olub. O, 2012-ci ildə həm də gənclər millimizdə çıxış edərək dünya ikinciliyini qazanıb. Həmin dünya çempionatı Taylandın Pattaya şəhərində baş tutub.

Onun son uğuru isə 2013-cü ildə 55 kq çəki dərəcəsində indiki Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatında olub. Gənc Surxayev burada Avropa çempionluğunu qazanıb.

Məsələ ilə bağlı onun şəxsi məşqçisi işləmiş Həsrət Məmmədyarovu danışdırdıq. Yaxınlarda ürəyindən əməliyyat keçirmiş yeniyetmə və gənc qızlardan ibarət millimizin böyük məşqçisi Məmmədyarov bunları dedi:

"Mən də bu məlumatı saytlardan bilmişəm. Hadisənin necə olması barədə məlumatım yoxdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxuyurdu. Şamaxıdan olsa da, Xırdalanda qalırdılar. Amma güləşdən pul qazandıqca, özünə şərait yaratdıqca bu uşaq dəyişildi. Əvvəlcə institutu atdı, sonuncu kursu oxumadı. Sonra güləşə gəlmədi. Valideynlərini də qınamaq olmur. Uşaq öz seçimini etdi".

Məşqçisi açıqlamasa da, bizdə olan məlumata görə, Həsrət Məmmədyarov yeniyetmə və gənc qız millimizə baş məşqçi təyin olunduqdan sonra da Ruslanı gözündən qoymayıb. O, qızların məşqinə onu da cəlb edib. Bununla belə, 2013-cü ildə gənclər arasında Avropa çempionu olması Surxayevə federasiyadan külli miqdarda pulun gəlməsi və nəticədə idmançının "hər şeyim var, mənə güləş, məşq lazım deyil" düşüncəsi ilə yanaşmasına səbəb olub. O bu gedişatla idmandan tamam kənarlaşıb və səsi tez-tez davalarda, münaqişələrdə eşidilib.

Təbii ki, məsələni istintaq araşdıracaq və bu yazı ilə əsla günahın Ruslan Surxayevdə olduğunu iddia etmirik. Səbəbindən asılı olmayaraq, Orxan Hacıyev özündən dörd yaş kiçik Ruslan Surxayevi bıçaqlayıbsa, Azərbaycan qanunlarına görə cəzasını çəkməyə borcludur.(oxu)

Şamaxıda qətlə yetirilən Avropa çempionunun məşqçisi danışdı: "Güləşi və institutu atmışdı" - FOTOŞamaxıda qətlə yetirilən Avropa çempionunun məşqçisi danışdı: "Güləşi və institutu atmışdı" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3768   Tarix: 01 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

9 uşaqdan 6-sı palçıqla oynadıqdan sonra çiməndə zəhərlənib - Video

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. "Qafqazinfo" "Sumqayıt24"ə istinadən xəbər verir ki, hadisə Xəzri bağları adlanan yaşayış massivində baş verib. Belə ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hama

02.04.2026 281
.

Nizami Kino Mərkəzinə ziyan vuruldu - Fotolar

Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Axşam.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişaf

02.04.2026 289
.

Azərbaycan arıçılığı təhlükə qarşısında: səbəblər və çıxış yolları

"Özbəkistandan Azərbaycana bir neçə yüz arı ailəsinin idxal edildiyi bildirilir. Ölkəyə gətirilən bu arı ailələri ciddi şəkildə yoxlanılmalıdır. Lakin hazırda bu prosesi həyata keçirəcək ixtisaslı kadr çatışmazlığı müşahidə olunur". Bunu BİG.AZ-a açıqlamasında arıçılıq üzrə ekspert Elvin Bayraml

02.04.2026 261
.

İranda Yaxın Şərqin ən hündür körpüsü partladıldı

ABŞ-İsrail qüvvələrinin havadan zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsinə B1 körpüsü partlayıb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Bundan sonra Kərəcin bəzi hissələrində elektrik enerjisi kəsilib

02.04.2026 218
.

İran paytaxtında güclü partlayış səsləri eşidilib

Yerli media və AFP jurnalistinin verdiyi məlumata görə, İran paytaxtında bir sıra güclü partlayışlar baş verib, binalar lərzəyə gəlib və şəhərdə əks-səda yaradıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, partlayışların hədəfi dərhal məlum olmasa da, partlayışlar Tehranın mərkəzində hiss olunub, "Shargh"

02.04.2026 260
.

Ödənişli yolda "Bentley" ilə qəza törətdi, kəmər həyatını xilas etdi - Video

"Ötən gün saat 06:00 radələrində "Bentley" markalı avtomobil Bakı-Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb. O, qəza nəticəsində xəsarət alıb"​. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlə

02.04.2026 357
.

Lobya ürək və bağırsaqlar üçün "superqida" hesab olunur - SƏBƏBİ

Diyetoloqlar lobyanı tərkibində həll olunan lif, bitki mənşəli zülal və elektrolitlərin (maqnezium və kalium) unikal birləşməsi sayəsində "superqida" adlandırırlar. Onu gündəlik rasiona əlavə etməklə siz faydalı bağırsaq bakteriyalarını artırır, "pis" xolesterinin səviyyəsini azaldı

02.04.2026 236
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüş ucuzlaşıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 2.41% azalaraq 4,697 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 5.39% ucuzlaşaraq 71.98 ABŞ dolları təşkil edib

02.04.2026 209
.

Bu idman qidaları satışdan yığışdırıldı - Fotolar

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb. Axşam.az xəbər verir ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliy

02.04.2026 268
.

TOP MP3