"Bu başlıq atamın ruhuna ən böyük həqarətdir"-Səməndər Rzayevin qızı DANIŞDI
"Bu, hörmətsizlikdir. Özüm 25 ildir incəsənət sahəsində jurnalistəm. Lakin heç vaxt reytinq xətrinə belə yazılar yazmamışam". Bu sözləri BiG.AZ-a açıqlamasında mərhum sənətkar, xalqın sevimli aktyoru Səməndər Rzayevin qızı Rübabə Rzayeva bildirib.
Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub. Bu münasibətlə "Dəli yığıncağı" (C.Məmmədquluzadə) tamaşası nümayiş olunub və fotoşəkillərdən ibarət sərgi keçirilib. Mərasim zamanı saytlardan birinə açıqlama verən Rübabə Rzayeva sonradan dərc edilən məqaləni oxuyanda sarsılır. Çünki yazının başlığı birbaşa mərhum sənətçinin ruhuna həqarət idi.
Rübabə xanımla səmimi söhbət zamanı bildirib ki, sözügedən məqalə ondan alınan müsahibə əsasında yazılıb:
"Jurnalisti tanıyıram, amma adını çəkmək istəmirəm. Özü lazım bilsəydi, yazının sonunda adını qeyd edərdi. Biz heç vaxt yazdığımız məqalə oxunsun deyə belə başlıqlar yazmamışıq. Onsuz da sənətə qiymət verən insanlar o məqaləni oxuyacaqdılar. Çünki məqalə çox gözəl yazılmışdı. Onunla bağlı bir iradım da yoxdur. Bir insanın sənəti, şəxsi həyatı haqqında yazmaq istəyirsənsə, gərək onu dərindən araşdırasan. 33 ildir ki, dünyadan köçmüş bir insan haqqında yazı yazırsan və belə bir başlıq qoyursan, onun ruhuna hörmət etmək lazımdır. Düzünə qalsa, xəbərim yox idi. Tanıyan və tanımayan hər kəs xəbərin linkini mənə atdı. Bundan sonra yazını gördüm. Düzgün deyil. Oxuyanda çox qıcıqlandım. Yəqin ki, bu günkü mətbuata belə yazılar lazımdır. Sonra üzürxahlıq edib, yazının başlığını dəyişdilər. Buna görə təşəkkür edirəm. Gərək belə bir hal yaşanmazdı. Mənə dedilər məhkəməyə ver. Lakin lazım bilmədim".
Lamiyə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3218 Tarix: 31 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109