Son 15 ildə Azərbaycanda bu xəstəliyə rast gəlinməyib

Son 15 ildə Azərbaycanda bu xəstəliyə rast gəlinməyibCüzam bakterial infeksiyadır. Onun törədicisi vərəm çöpləri ilə çox oxşardır. Həmin xəstəlik isti ölkələrdə daha çox yayılıb. Mütəxəssislər bildirirlər ki, cüzam xəstəliyi səbəbindən vəfat edənlərin nəşləri yandırılmalıdır. Çünki cüzamın törədiciləri ən azı 2, ortalama isə 9-20 il ərzində sağ qala bilirlər. İnfeksiya hava-damcı vasitəsilə yoluxur.

Bu barədə Azərbaycan Tibb Universitetinin Dermatonevrologiya kafedrasının dosenti, həkim-dermatonevroloq Səbinə Əhmədova məlumat verib.

Bu xəstəliyin müxtəlif formalarının olduğunu deyən həkim-dermatonevroloq bildirib: "Xəstəliyin vərəmə oxşar olan tipi tuberkloid xoşxassəlidir. Daha ağır forması lipromatoz tipdir. Cüzamın digər forması isə dəqiqləşdirilməmiş tip adlanır və onun gedişatı həm vərəmə, həm də cüzama çox oxşayır. Son 10-15 il ərzində Azərbaycanda cüzamın ağır formalarına rast gəlinməyib. Ölkəmizdə dispanser qeydiyyatında olan cüzamlı xəstələrin əksəriyyəti yüngül və müalicəyə tabe olunan formadan əziyyət çəkirlər. Həmin xəstəliyə mübtəla olanlar Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə edilirlər".

Bu xəstəliyin yüngül tipi olan tuberkloid tipinin ləkələrlə, nadir hallarda isə düyüncüklərlə səciyyələndiyini vurğulayan Səbinə Əhmədova deyib: "Lipromatoz tip cüzam nəzərəçarpan klinik əlamətlərlə - "şir üzü" siması, caynaqlı, sallanan əl, pəncədə olan xoralar ilə xarakterizə olunur. Cüzamın bu forması bədxassəli sayılır və yoluxuculuğa daha çox meyillidir. Belə tipdən əziyyət çəkən xəstələr çox azdır. Xəstəliyin bu növü klinik baxımdan ləkələrlə səciyyələnir, müəyyən vaxtdan sonra isə həmin ləkələrin üzərində qabarcıqlar, yəni, lipromalar əmələ gəlir. Lipromalar üzərində hissiyyat – temperatur və ağrı hissiyyatı itir. Xəstələrdə həm nevroloji, həm də dermatoloji əlamətlər müşahidə olunur".

S.Əhmədovanın sözlərinə görə, cüzam daha çox immuniteti zəif olan insanlarda rast gəlinir, brusellyoz, vərəm, onkoloji xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar arasında yoluxma riski daha yüksəkdir "Bu xəstəlik bakterial infeksiya olduğuna görə uzunmüddətli xüsusi antibiotiklərlə müalicə edilir. Cüzam xəstələri profilaktika üçün izolyasiya olunmalı, diaqnoz dəqiqləşdirilənə və onlar tam sağalana qədər xüsusi şəhərciklərdə saxlanmalıdırlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da belə məkan mövcuddur və paytaxtın Umbakı qəsəbəsində yerləşir. Həmin şəhərcikdə xəstələr üçün hər bir şərait yaradılıb.

Azərbaycanda yaşam səviyyəsi, qida məhsullarının keyfiyyəti yüksək olduğundan ölkəmizdə belə xəstələrin sayı azdır. Çünki cüzam xəstələrinin sayının çoxluğu həmin ölkədə qida məhsullarının keyfiyyətinin və yaşayış səviyyəsinin aşağı olmasının göstəricisidir", - deyə həkim-dermatonevroloq qeyd edib.

Mütəxəssis bildirib ki, ata və ana cüzamlı olsalar da, ana bətnindəki uşaq sağlam olur. Çünki xəstəlik qan vasitəsilə anadan dölə keçmir.(AzərTAc)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2750   Tarix: 26 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 250
.

"Sizin heç birinizə borcum yoxdur" - Zaur özündən çıxdı

"Nə mənim, nə də çalışdığım kanalın heç kəsə borcu yoxdur. Bura gələn insanlar dərdlərini danışır, biz də qurumlardan xahiş edib onu həll edirik. Kiminsə "Mənə bunu etmədiniz" deyib gileylənməyə haqqı yoxdur. Mən də insanam. xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev deyib. O

21:00 104
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

13:37 242
.

Mehriban Xanlarovadan haqqında çıxan iddialara - Cavab

Əməkdar artist Mehriban Xanlarovanın Respublika Narkoloji Mərkəzinə və Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Axşam.az-ın məlumatına görə, aktrisa çıxan xəbərləri təkzib edib. O, evindən paylaşım edərək bunları deyib:. "Məni heç kim Narkoloji Dispanser

20:45 98
.

Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj

"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan

14:55 195
.

Röya: "İndiki ağlım olsaydı, Hüseyni tək buraxmazdım"

Röya Ayxan yeganə övladı Hüseynlə bağlı səmimi fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, Xalq artisti "Günə uğurla" proqramında etiraf edib:. "Bugünkü düşüncəm olsaydı, Hüseyni tək böyütməzdim". Röya bildirib ki, oğlunun bacı və ya qardaşının olmasını çox istəyirmiş

20:15 125
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

16:58 301
.

1 milyon manatlıq dələduzluq edənlərə HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə "056" avto salonunun sahibləri, 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq edən Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə məhkəmədə hökm oxunub. xəbər verir ki, məhkəmə Kamil Habillinin və Fərid Cəlalovu

18:30 135
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

15:01 171
.

TOP MP3