Şou-biznesin ən varlı müğənnisi Xəyyam: "Bilirsiz mən harda yaşayıram?.."

Şou-biznesin ən varlı müğənnisi Xəyyam: "Bilirsiz mən harda yaşayıram?.."Məşhur müğənni Xəyyam Nisanov Teleqraf.com-un suallarını cavablandırıb.

- Xəyyam bəy, "Altın kelebek" müsabiqəsinin iştirakçılarından biri də siz idiniz. Amma müsabiqədə davam eləməkdən imtina etdiniz.

- Çox təəssüf ki, "Altın kelebek" müsabiqəsinin final tarixi dəyişdi. Tədbir fevralın 28-də baş tutacaq və həmin gün başqa şəhərdə tədbirlərim var. Hətta müsabiqədə qalib gəlsəm belə orada iştirak edə bilməyəcəm.

Müqavilədə "Altın kelebek" müsabiqəsinin finalı dekabrın 8-də olacağı qeyd edilmişdi. Tarixi sonar dəyişdilər. Normal haldır, amma hamının planları var, hər kəsə uğurlar arzu edirəm.

- Hansı həmkarınızın qalib gəlməsini istəyirsiniz?

- Orada iştirak edənlərin hamısı dostlarımdır, Röya Ayxan, Murad Arif, Nura Suri… Hamısına uğurlar arzulayıram.

- Niyə mətbuatdan, efirlərdən uzaqlaşmısınız?

- Ümumiyyətlə, verilişlərə çıxmıram, belə istəyim yoxdur. Sadəcə solo konsert verən zaman bir-iki verilişə çıxıb, məlumat verə bilərəm. Qalmaqallı verilişləri sevmirəm. Buna görə kənarda qalmağa çalışıram. mahnılar üzərində işləyirəm, bəstəkarlarla görüşürəm.

Kanallarımızın birində mənə qadağa qoyulub. Prodüserimə də dedim ki, televiziyaya çıxmamağımız bizim işimizə təsir edə bilməz. Hazırda ən böyük imkanımız sosial şəbəkədir. Orada hansısa qadağa yoxdur.

Bu gün efirə çıxmağa ehtiyac duymuram. Nəinki mən, neçə-neçə müğənni var, onlar da verilişlərə çıxmırlar. Heç nə itirmirlər, daim ən yüksək tədbirlərdə çıxış edirlər.

- Sizin Murad Ariflə yaxın dostluq münasibətiniz vardı. Amma son zamanlar birlikdə görsənmirsiniz. Bu nə ilə bağlıdır?

- Murad Arif dostum olub, yeddi il birlikdə çalışmışıq.

- Murad Arif yaxın günlərdə Avroviziya mahnı müsabiqəsinə getmək istəyini açıqlayıb. Onun bu addımını dəstəkləyirsiniz?

- Əlbəttə, dəstəkləyərəm və onun yanında olaram.

- Bəs, ifa etdiyi mahnıları dinləyirsiniz?

- Bəli, dinləyirəm. Dostluq da edirəm. İşbirliyimiz bitə bilər, amma dostluğumuz ölməzdir.

- Qalmaqalsız məşhurlaşan və gündəmdə olan yeganə müğənnilərdən birisiniz.

- Təvazükarlıqdan uzaq olmasın, işimdə özümə rəqib görmürəm və ona görə də sərbəstəm. Hamı ilə dostluq və yaxşı münasibətim var.

- Sizin adınız şou-biznesdə ən varlı müğənni kimi çəkilir.

- Maddi imkanım haqqında heç kim dəqiqliklə heç nə bilmir. Üzdə görünənlər hərdən aldadıcı olur. Məndən də qat-qar varlı müğənnilərimiz var. Mən sadəcə ağlamağı sevmirəm. İşlərimin pis və yaxşı olmasından asılı olmayaraq hər zaman vəziyyətin əla olduğunu deyirəm. Pis olduğunu desən səni istəməyənlərin sayı çoxalacaq.

- Ən bahalı avtomobillər idarə etdiyinizi bilirik…

- Bu mənim hobbimdir. Başqaları pulu villalara, imarətə xərcləyirsə, mən avtomobillərə xərcləyirəm.

- Eşitdiyimizə görə, sizin də villanız var.

- Xeyr, villam yoxdur. Heç həyət evində də yox, bina evində yaşayıram. Ümumiyyətlə, bağ evim, villam yoxdur, amma avtomobillərim var.

- Röya Ayxanla bir müddət əvvəl küsülü idiniz. Hazırda mümansibətiniz necədir?

- Röya Ayxanla tez-tez görüşürük. Yaxın günlərdə yeni duetimiz çıxacaq. Hansısa tədbirdə bir yerdə görünümürüksə bu demək deyil ki, biz küsülüyük. Röya Ayxanın klipinə də çəkilmişəm.

- Barışıq addımını siz yoxsa Röya Ayxan atdı?

- İnsan bir-birindən küsə bilər, amma biz Röya ilə dərhal barışdıq. Küsülü də deyildik. Sadəcə bir-birimizi görmürdük. Onunla küsülü qalmağımız mümkün deyil. Çünki 30 ildir bir yerdəyik. Bəzən xırda nüanslar olur, onlar da boş şeylərdir. Nə mən, nə də o bir-birimizi kiminsə ayağına vermərik.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 5203   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

TOP MP3