Gürcü hərbi ekspertlər: "Gürcüstan Azərbaycanla hərbi sənaye sahəsində uğurlu əməkdaşlıq qura bilər"

Gürcü hərbi ekspertlər: "Gürcüstan Azərbaycanla hərbi sənaye sahəsində uğurlu əməkdaşlıq qura bilər""Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dostudur. Bu baxımdan Azərbaycan müdafiə nazirinin Gürcüstana rəsmi səfəri olduqca böyük əhəmiyyət kəsb edir".

Bu barədə "Report"un yerli bürosuna gürcü politoloq, hərbi ekspert Vaxtanq Maisaya Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfərinin yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu səfər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və bölgədə sabitlik mühitinin yaradılması üçün zəmin yaradır: "Digər tərəfdən hərbi əməkdaşlıq çərçivəsində Gürcüstan və Azərbaycan üzləşdikləri separatizmlə mübarizədə və iki ölkə qarşısında duran asimmetrik hərbi təhlükələrə qarşı ümumi yanaşmalar hazırlayır. Enerji təhlükəsizliyinin hərbi aspektinin möhkəmləndirilməsi, Gürcüstan-Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi də diqqətdə saxlanılır".

Ekspert hesab edir ki, Gürcüstan-Azərbaycan hərbi əməkdaşlığının genişləndirilməsi üçün imkanlar mövcuddur: "Bu imkanlara hərbi təhsil, qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə, qeyri-sabit bölgədə strateji obyektlərin təhlükəsizliyinin təmin olunması daxildir".

Hərbi ekspert Vaxtanq Maisaya:

"Gürcüstan Azərbaycanla birgə hərbi silah-sursat və texnikalar istehsal edə bilər"

V.Maisaya bildirib ki, Gürcüstan Azərbaycanın hərbi sənaye sahəsində əldə etdiyi böyük uğurlardan yararlana bilər: "Gürcüstan üçün hərbi təyinatlı milli məhsulların istehsalına başlamaq çox vacibdir. Bu, Gürcüstan müdafiə naziri İrakli Qaribaşvilinin əsas prioritetidir. Bu konteksdə Azərbaycanın köməyi müstəsna əhəmiyyət kəsb edə bilər. Gürcüstan milli hərbi sənayenin inkişaf etdirilməsi sahəsində Azərbaycanla əməkdaşlıq qura, birgə hərbi silah-sursat və texnikalar da istehsal edə bilər".

Hərbi ekspertin fikrincə, hər iki ölkə regional təhlükəsizliyin yeni mərhələsinə keçə bilər: "Gürcüstan və Azərbaycan GUAM təşkilatının üzvüdür. Ölkələr arasında Qara dəniz hövzəsində panregional təhlükəsizliyin təmin olunmasında qarşılıqlı əlaqələr gücləndirilə bilər. TANAP və TAP kimi yeni layihələr enerji təhlükəsizliyinin təmin edilməsində yeni mərhələyə keçidə imkan verir".

Hərbi-siyasi ekspert Amiran Salukvadze də Gürcüstan və Azərbaycan müdafiə nazirləri arasında görüşü müsbət qiymətləndirib.

Onun sözlərinə görə, strateji tərəfdaş və dost ölkələrin bir sıra ümumi maraqları və birləşdirici amillər var: "Hər iki ölkənin müdafiə qurumları arasında ənənəvi sıx əlaqələrin davam etdirilməsi sevindirici haldır. Nazirlərin görüşü çərçivəsində 2020-ci il üçün əməkdaşlıq planı imzalanıb. Sənədin detalları hələ bəlli olmasa da, böyük ehtimalla orada hərbi təhsildən başlayaraq hərbi-texniki əməkdaşlıq və birgə təlimlərə qədər olan məsələlər öz əksini tapıb".

Hərbi-siyasi ekspert Amiran Salukvadze:

"Sənədin detalları hələ bəlli olmasa da, böyük ehtimalla orada hərbi təhsildən başlayaraq hərbi-texniki əməkdaşlıq və birgə təlimlərə qədər olan məsələlər öz əksini tapıb".

Ekspert hesab edir ki, bölgədə sülhün möhkəmləndirilməsi baxımından Gürcüstan-Azərbaycan hərbi əməkdaşlığının davam etdirilməsi olduqca vacibdir: "İki ölkənin hərbçiləri arasında sıx dostluq münasibətləri varsa, bu, bölgədə uzunmüddətli və sarsılmaz sülhü təmin edir".

A.Salukvadze iki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib: "Azərbaycan yerli hərbi məhsullar istehsalı sahəsində çox irəliyə gedib. Gürcüstan Azərbaycanla bu sahədə təcrübə mübadiləsi və uğurlu əməkdaşlıq həyata keçirə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 814   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 191
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

16:55 182
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 307
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 437
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 512
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 374
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 844
.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 311
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

17:27 165