Hədə-qorxu gəlib sənədinə güvənənlər həbs oluna bilər – VİDEO

Hədə-qorxu gəlib sənədinə güvənənlər həbs oluna bilər – VİDEOBəzi insanlar mübahisə zəminində qarşı tərəfə hədə-qorxu gələndə, əllərində olan psixi xəstəlik haqqında arayışa güvənirlər. Belə olduqda sual yaranır, cəmiyyət üçün təhlükəli ola biləcək şəxslər necə rahatlıqla insanlar arasında sərbəst dolaşa və ağıl işlədərək bu sənədi hədə vasitəsi kimi istifadə edə bilir?

ARB TV –nin "Günə doğru" verilişində bu məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.

Kadrlardan gördüyünüz binada 100-dən çox psixi problemdn əziyyət çəkən insan stasionar müalicə alır. Bura bəziləri könüllü, digərləri isə məhkəmənin qərarı ilə gətirilir. Daha şiddətliləri izə aidiyyatı üzrə digər xəstəxanalara göndərilir.

Quba rayonunda yerləşən Quba Rayonlararası Psixonevraloji Mərkəzdə xəstələr müəyyən müddət müalicə aldıqdan sonra bəzən evə buraxılır. Lakin bu proses hər zaman rahatlıqla reallaşmır. Belə ki, bəzi ailələr xəstədən imtina edir və onun xətəxanada qalmasını tələb edir. Belə olduqda müalicə uzun müddət davam edir.

Nəriman Qurbanov – Quba rayon Mərkəzi Xəstəxanasının Rayonlararası Psixonevroloji Mərkəzin Baş həkimi: "Xəstəliyin gedişatından asılı olaraq 21 gündən 3 ay,5 ay , 6 aya, bəzən bir ilə qədə onların müalicəsi uzana bilir. Burada müalicə aldıqdan sonra xəstə evə göndərilir və rayon üzrə psixiatrik kabinetin ambulator müşahidəsinə göndərilir".

Daha ağır, ətrafdakı insanlara təhlükə yarada biləcək xəstələr isə müalicə üçün ruhi əsəb dispanserinə göndərilir. Onlar xüsusi nəzarət altında öz mülaicələrini almaqla həyatlarının bir hissəsini orada keçirməli olurlar.

Ağakərim Muradxanov – Psixiatr, Narkoloq: "Doğrudur burada hər bir şərait var. İnsan hüquqları müdafiə olunur, insanlar müdafiə olunur, ancaq belə xəstələr cəmiyyət üçün həmişə təhükədir. Ona görə də onlar xüsusi yaranmış psixatrik klinikalarda saxlanılır və ətraf mühitə buraxılmr".

Ruhi əsəb xəstələrinə nəzarət edən ailə üzvləri bilməlidir ki, hər hansı bir neqativ hal aşkar edildikdə sahə üzrə nəzarətçi həkimə mütləq məlumat verilməlidir. Eyni zamanda belə xəstələrin ardıcıl müəlicəsinə nəzarət olunmalıdır. Əks təqdirdə baş verə biləcək xoşagəlməz hadisələrə görə xəstənin ətrafındakı insanlar da məsuliyyətə cəlb oluna bilər.

Ağakərim Muradxanov – Psixiatr, Narkoloq: "Bunlar əvvəldən bunu müraciət etməlidirlər psixatrik klinikalara və sahə müvəkkilərinə hansı rayonda yaşayırlarsa ki, bu insan ətraf mühit üçün mütamadi olaraq təhlükəlidir, ətraf mühitə zərər verir. Yəni bu insanın təmasda , ünsiyyətdə normal həyat tərzi yoxdur".

Cinayət hadisəsi törədilərkən təqsirləndirilən şəxsin anlaqlı olub olmaması xüsusi üsullarla müəyyən edilir. Anlaqsız durum aşkar edilərsə o, ruhi əsəb xəstəxanasında xüsusi nəzarət altında müalicəsini davam etdirir. Yəni əlindəki sənədlə hədə qorxu gələn şəxslər bilməlidir ki, istənilən halda cinayət törətmiş insan azadlığından məhrum olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1102   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831