"Petkim" Davosda mükafat alıb

"Petkim" Davosda mükafat alıbƏsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi "Petkim" rəqəmsal tətbiqlər və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun (WEF) "Global Lighthouse Network" una seçilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, "Petkim" 2018-ci ildə təsis edilən və "gələcəyin fabrikləri" olaraq qəbul edilən 44 üzvdən ibarət "Global Lighthouse Network"ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.

Forumun yanvarın 20-də Davosda keçirilən mərasimində mükafat "SOCAR Turkey Enerji A.Ş"nin baş icraçı direktoru Zaur Qəhrəmanova təqdim olunub.

Enerji səmərəliliyi və məhsulun keyfiyyətini artırdı

55 illik tarixə malik olan "Petkim"in Türkiyənin və Azərbaycanın ən rəqəmsal şirkət olma istiqamətində addım-addım irəlilədiyini bildirən Zaur Qəhrəmanov qeyd edib ki, "Petkim"də rəqəmsal transformasiyaya inteqrasiya istehsal prosesində qabaqcıl analitik tətbiqlər və süni intellektdən istifadə etməklə başlayıb. "Bu məqsədlə Rəqəmsallaşma Departamenti və Rəqəmsal Akademiya yaratdıq. Bu iş modeli vasitəsilə şirkət daxilində istehsalat üzrə nümunə ssenarilər hazırlandı. Bu ssenariləri məlumata əsaslanan qərar vermə prosesləri və alqoritmlər hazırlayaraq təhlil etdik. Uğurlu ssenarilər real proseslərdə tətbiq olundu. Petkim məhsuldarlığını, istehsal həcmini, enerji səmərəliliyini və məhsulun keyfiyyətini artırmağa nail oldu".

"Petkim"in sektordakı qabaqcıl mövqeyini gücləndirməyə davam edəcəklərini deyən Z.Qəhrəmanov, bu çərçivədə dünya şöhrətli Massaçusetts Texnologiya İnstitutu ilə əməkdaşlığı xatırladaraq qeyd edib: "Universitetin zəngin təcrübəsindən faydalanaraq, rəqəmsal transformasiya prosesini bir pillə yuxarı qaldırdıq. İTÜ, Boğaziçi Universiteti və ODTÜ əməkdaşlığı vasitəsilə istehsal və prosesinin inkişafı üzrə "start-up"lar ilə müştərək layihələr həyata keçirməyə davam edəcəyik. Rəqəmsallaşma komandamızın liderliyində hədəflərimizə çatmağımızın bariz nümunəsi olan bu mükafatı almaqdan böyük qürur duyuruq".

Öz sahəsində ən yüksək rəqəmsal tətbiqi gerçəkləşdirir
Dünyada innovativ və rəqəmsal tətbiqlər standartı mövzusunda şirkətlər üçün meyar qəbul edilən "Global Lighthouse Network" Sənaye 4.0 texnologiyalarını iş proseslərinə ən yaxşı tətbiq edən şirkətlərdən ibarət nüfuzlu bir platformadır. "Petkim"in uğurlu və səmərəli rəqəmsal tətbiqləri də bu şəbəkə vasitəsilə "best practice" (ən yaxşı praktika) kimi göstərilərək öz sahəsində ən yüksək rəqəmsal tətbiq standartını həyata keçirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 603   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497