Metyu Brayza: "Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi əhəmiyyətlidir" - VİDEO

Metyu Brayza: "Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi əhəmiyyətlidir" - VİDEO"Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi region üçün böyük əhəmiyyət kəsb edən məsələdir".

Bu fikirləri "Report"un Davosa ezam olunmuş müxbirinə Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın açılışı zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ-ın dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza (Matthew Bryza) bildirib.

"Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın əhəmiyyəti olduqca böyükdür. Platforma zamanı Əfqanıstan, Orta Asiya ölkələri də daxil olmaqla Böyük Xəzər regionu ölkələrinin iqtisadi, ticarət perspektivlərinin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Tədbirdə region ölkələri hökumətlərinin dəstəyi ilə əməkdaşlığın gücləndirilməsi kimi vacib mövzulara toxunulacaq. Lakin fikrimcə, burda ən əhəmiyyətli olan məsələ Xəzər regionunda Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi məsələsidir. Platforma zamanı mən bu məsələ ətrafında öz fikirlərimi və təcrübəmi bölüşəcəyəm. Bu mövzu mənə çox yaxındır və məni 20-25 il bundan əvvəllərə qaytarır. Yadıma düşür ki, biz Azərbaycan hökuməti, Heydər Əliyev, neft şirkətləri ilə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsi üzərində necə işləyirdik. Bu platforma yaradıcı fikirlərin, qlobal ideyaların platformasıdır".

Qeyd edək ki, Davosda işinə başlayan sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində dalbadal dördüncü dəfə Xəzər regionunun potensialını tanıtmaq, buraya sərmayə cəlb etmək məqsədilə "Caspian Week" forumu təşkil edilir.

"Caspian Week" forumunu hər il keçirmək fikri Dünya İqtisadi Forumunun üzvü olan İsveçrənin "İntegral Petroleum SA" şirkəti tərəfindən 2017-ci ildə irəli sürülüb. Həmin vaxtdan forum hər il uğurla həyata keçirilir.

"Caspian Week" forumunun başlıca məqsədi Böyük Xəzər Regionu (Xəzər və Qara dəniz hövzələrinin ölkələri) ilə Avropa arasında iqtisadi, mədəni, təhsil, elmi əlaqələri genişləndirmək, habelə adı çəkilən regiona sərmayələri, rəqəmsal və s. yeni texnologiyaları cəlb etməkdən ibarətdir. Builki forumda Gürcüstanın Baş naziri Giorgi Qaxaria, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, İsveçrə parlamentinin keçmiş prezidenti Felipe Lombardi, Əfqanıstanın İqtisadiyyat naziri Mustafa Məstur, Rusiyanın Almaniyadakı keçmiş səfiri Vladimir Kotenev, A+A şirkətlər qrupu prezidentinin Qazaxıstan və Azərbaycan üzrə müşaviri Andreas Baumqartner, "Fiat" şirkətinin keçmiş prezidenti Baber Badat kimi nüfuzlu şəxslər nitq söyləyəcəklər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 574   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 1815
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 169
.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 134
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 141
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

01.05.2024 773
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 186
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129