Flora Kərimova qanlı gecəni xatırlayıb göz yaşı tökdü: "Tankın lüləsi düz üzümə tuşlanmışdı"

Flora Kərimova qanlı gecəni xatırlayıb göz yaşı tökdü: "Tankın lüləsi düz üzümə tuşlanmışdı""Neçə illər bu barədə danışmadım. Qarabağın ildönümündə bu barədə qəzetlər yazdı. Borcumu yerinə yetirirdim. Lakin o vaxtlarda mənim bu addımım çox orijinal görünürdü. Sənət adamları isə istehza ilə baxırdılar".

Oxu.Az xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova ATV-də yayımlanan "Şou ATV" səhər proqramında deyib.

Sənətkar qanlı gecədə qorxmadan, çəkinmədən sovet ordusunun idarə etdiyi tankın önünə atıldığını yada salaraq, gözyaşlarına boğulub.

"Tankın lüləsi düz üzümə tuşlanmışdı. O zaman tank insanların üzərinə keçərək, onları əzdi. Bilmirəm, bəlkə də, tək idim deyə təəccüb etdilər. O dövrdə bir polkovnik var idi. Ona xəbər çatdırdılar ki, bir qadın tankın önünə keçərək, yerindən tərpənmir. Həşirlə gəlib söylədi ki, "ola bilməz!"

Sonra öz xatirələr və memuarlarında bu məsələni yada salaraq, yaşananları vərəqə köçürmüşdü.

Gözümə heç nə görünmürdü. Zümrüd qızım balaca idi. Yanımda çalışan Yaqut tək idi. O zaman övladım atasız qalmışdı (ağlayır). Ailənin böyüyü, kişisi, qadını, atası, anası mən idim.

Bizi aldatdılar. Söylədilər ki gəlmirlər. Mən o zamanlar Bakının girəcəyində yaşayırdım. O gecə insanların naləsini, silahlardan açılan güllə səslərini eşidirdim.

Dözmədim, heç qızım belə gözümün önünə gəlmədi. Zümrüdü öpüb, çıxıb getdim. Zümrüd atasını itirəndə onu öpürdüm, ona dedim ki "bizim atamız yoxdur". Bu dəfə isə bilmədim nə deyim (ağlayır). Qızıma söylədim ki, "bizim əlimizdən alırlar..." Zümrüd sual verdi ki, "ana, nəyi əlimizdən alırlar?" Ona cavab verə bilmədim.

Övlad, qapı-bacası davası deyildi. Nəfəsim çatmırdı. Çıxırdım küçəyə, deyirdim ki, "hamısı mənimdir". Gəlirlər, alırlar. Axı necə vermək olar? Bir də şəhidlər. Axı necə durmaq olardı?

Tankın önündə duranda, görünür, çox qəribə görünürdüm. Tank dayandı, tərpənmədi. Əllərimi açıb, sinəmi önə verib tankın önündə dayandım. Söylədim ki, "vurursan-vur, heç yerə gedən deyiləm!"

Çox ağlayırdım, çox. Bildilər ki, mən incəsənət nümayəndəsiyəm. Dedilər ki, bu qadın dəli olub? Bu sözləri eşidəndə çox qıcıqlandım. Əllərim yanıma düşmədi. Sona kimi də tankın önündən keçmədim".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1156   Tarix: 20 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352