Emin Axundzadə: "Karbamid zavodunun fəaliyyəti Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır"

Emin Axundzadə: "Karbamid zavodunun fəaliyyəti Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır"Ötən ilin yanvarın 16-da SOCAR-ın Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodu istifadəyə verilib. Zavod il ərzində 435 mln. kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur. Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir. Karbamid Zavodunun təməli 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Zavodun tikintisi Cənubi Koreyanın "Samsung Engineering Co., Ltd." şirkəti tərəfindən həyata keçirilib. Karbamid zavodu hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir, onun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir.

Bəs Karbamid zavodunun Azərbaycan üçün hansı üstünlükləri var?

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə bildirib ki, bu gün Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün bir sıra prioritet hədəflər mövcuddur. "Bunlar qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, idxaldan asılılığın azaldılması, ölkəyə xarici valyuta axınının təmin edilməsi və yeni iş yeri imkanlarının yaradılmasıdır. "SOCAR Karbamid" zavoduna nəzər saldıqda, Azərbaycanın bu strateji hədəflərinin hər birinə cavab verən bir layihə olduğunu görə bilərik", - E. Axundzadə deyib.

O qeyd edib ki, Azərbaycanda atılan əsaslı addımlar nəticəsində son illərdə qeyri-neft sektorunda yüksələn xətt üzrə artım qeydə alınır. "Təkcə ötən il qeyri-neft ixracımız 14% artıb. Bildiyiniz kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafında "lokomotiv" olan sektor kənd təsərrüfatı sənayesidir. Kənd təsərrüfatı sənayesinin inkişafında və əlavə dəyər yaradılmasında isə əsas faktor xarici komponentlərdən asılılığın aradan qaldırılmasıdır. Məlumdur ki, bu sektorda əsas xam mal mineral gübrələrdən meydana gəlir. Ancaq Azərbaycan 2018-ci ilə qədər tamamən gübrə idxalından asılı vəziyyətdə idi və illik təqribən 90 mln. ABŞ dolları gübrə idxalına ayrılırdı. Belə bir vəziyyətdə, Azərbaycanın daxilində gübrə istehsal edən zavodun tikilməsi labüd idi", - deyə energetika üzrə ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu çərçivədə "SOCAR Karbamid" zavodunun fəaliyyəti Azərbaycan iqtisadiyyatı baxımından strateji əhəmiyyət daşıyır: "Bildiyiniz kimi, mineral gübrələr içərisində azot gübrələri ən keyfiyyətli gübrə sayılır. Azot gübrələri içərisində isə karbamid azotun tərkibinə görə ən dəyərlisidir. Çünki karbamidin tərkibində 46,3% azot mövcuddur . Tədqiqatlar göstərir ki, torpağa verilən hər ton azot əlavə olaraq 10-15 ton buğda, 30-40 ton şəkər çuğunduru almağa, eyni zamanda torpağın məhsuldarlığını dəfələrlə artırmağa səbəb olur. Bu səbəbdən, dünyada istifadə olunan azot gübrələrinin 75%-i məhz karbamidin payına düşür. Beynəlxalq Gübrə Assosiasiyasına görə, 2023-cü ilə qədər qlobal karbamid tələbatı 1,2% artaraq 183 milyon tona çatacaq".

E. Axundzadə xatırladıb ki, "SOCAR Karbamid" zavodunda istehsal olunan karbamidin 30%-i daxili bazar, 70%-i isə ixrac üçün nəzərdə tutulur. O qeyd edib ki, idxal üçün ayrılan illik 90 mln. dollar məbləğində vəsait ölkədə ərazisində qalacaq və əlavə olaraq illik təqribən 160 milyon dollar ixrac gəliri gözlənilir.

"Beləliklə, idxal əvəzləməsi və ixrac nəzərə alındıqda karbamid zavodunun Azərbaycanın xarici ticarət saldosuna illik 250 milyon dollar müsbət təsir göstərəcəyi proqnozlaşdırılır. Xarici ticarət saldosunun artması Azərbaycanın milli valyutası olan manatın da dəyərinin güclənməsinə səbəb olacaq", - deyə E. Axundzadə bildirib.

Karbamid zavodunun yerli fermerlər üçün üstünlüklərinə gəldikdə isə E. Axundzadə qeyd edib ki, nəqliyyat xərclərinin və nəqliyyat risklərinin aradan qaldırılması, habelə yerli fermerlərin daha keyfiyyətli məhsul ilə təchiz olunması qeyd edilə bilər: "Bildiyiniz kimi, bundan əvvəl gübrə müxtəlif ölkələrdən Azərbaycana idxal olunurdu. Bu da əlavə maliyyət demək idi. Nəzərə alsaq ki, ölkəmizin birbaşa dənizlərə çıxışı yoxdur, dəniz yolu ilə idxal olunan məhsullar birbaşa Azərbaycana gətirilə bilmir və 3-cü tərəflərin limanlarından istifadə edilir. Bu həm əlavə xərc yaradır, həm də nəqliyyatın müddətini və riskini artırır. Risk ona görə artır ki, nəqliyyat əsnasında hər hansı gecikmə olduqda, bu, məhsulunun yetişmə müddətini uzadır, nəticədə məhsulun maya dəyərinə mənfi təsir göstərir. Bəzi hallarda sahibkarlar gecikmələrdən sığortalanmaq üçün ehtiyacdan daha çox gübrə alıb anbarlarda saxlamalı olurlar. Belə halda saxlama maliyyəti də maya dəyərinin üstünə əlavə olunur. Ancaq hazırda yerli fermerlər üçün nəqliyyat və saxlama xərci, gecikmə riski yoxdur, ən əsası isə daha keyfiyyətli gübrə ilə təmin olunurlar. Məhz atılan bu və digər addımlar nəticəsində 2019-cu ildə kənd təsərrüfatı sektorunda 7% artım qeydə alınıb".

Ekspert, həmçinin qeyd edib ki, zavod Azərbaycanda məşğulluq səviyyəsinin artırılması baxımından da önəmli funksiyanı yerinə yetirir. "Təkcə karbamid zavodunda hazırda 500 nəfər işlə təmin olunub. Əlavə olaraq, zavod kənd təsərrüfatı sektorunun canlanmasına, istehsal həcmlərinin artmasına şərait yaratdığı üçün bu sektorda yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin artmasına da dəyərli töhfə verir.

Artıq 2019-cu ildə zavodda 171 min ton karbamid istehsal olunub, bunun da, 107 min tonu Braziliya, Bolqarıstan, Türkiyə, Rumıniya, Rusiya, Ukrayna və Moldova kimi xarici ölkə bazarlarına ixrac olunub. Bu da öz növbəsində sözügedən ölkələrlə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da güclənməsinə, yeni əməkdaşlıq imkanlarının ortaya çıxmasına imkan yaradır. Bu il isə zavodun tam gücü ilə fəaliyyət göstərəcəyi planlaşdırılır. Yəni, karbamid zavodunun Azərbaycana qazandıracağı dividendlər bu il dəfələrlə artacaq", - deyə E. Axundzadə əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 16 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 134
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 274
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 141
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 440
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 186