Spirtlə işləyən dron

Spirtlə işləyən dron

Çinli alimlər "FY-36" eksperimental pilotsuz aparatı sınaqdan keçirib. Metanol yanacağı ilə işləyən sistem, havada təxminən 12 saat qala bilib. Dron, "Feye UAV Technology" şirkətinin Dalian Kimya-Fizika İnstitutu və Çin Elmlər Akademiyasının istehsalçıları tərəfindən hazırlanıb.

15 kiloqram ağırlığında, metanol yanacağı ilə işləyən dörd pərli aparaq, 90 km/saat qədər sürət yığa bilir.

Mütəxəssislərin fikrincə, metanol batareyası litium-ion batareyasından 70 dəfə çox enerji buraxa bilər. Mütəxəssislər, spirtin adi bir batareyadan daha mürəkkəb bir enerji qaynağı olduğunu söyləyir. Məsələn, aşağı temperaturda kimyəvi enerjinin elektrik enerjisinə çevrilməsi yavaşlayır. Mütəxəssislər, 12 saatlıq uçuşa, yalnız onlarla uğursuz sınaqlardan sonra nail ola biliblər. "FY-36" sistemin hazırlanmasına rəhbərlik edən Çjan Venyu, yeni yanacaq mənbəyinin pilotsuz uçuş seqmentindəki mövcud vəziyyəti dəyişdirəcəyini qeyd edib. Alimlərin fikrincə, spirtlə işləyən pilotsuz təyyarə, axtarış-xilasetmə işlərində, hava fotoqrafiyası üçün, elmi və hərbi məqsədlər üçün istifadə edilə bilər.

Deyerlerorg

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 641 Tarix: 11.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər