"Hollywood"un ƏN SADƏ ulduzu Kianu Rivz bu dəfə dondurma yeyərkən görüntüləndi - FOTO-VİDEO

"Hollywood"un ƏN SADƏ ulduzu Kianu Rivz bu dəfə dondurma yeyərkən görüntüləndi - FOTO-VİDEOKanadalı aktyor Kianu Rivzi sevməmək üçün ürəksiz olmaq gərəkdir. O, "Hollivudun ən təvazökar oğlanı" ləqəbini əbəs yerə almayıb. Uzun illər ərzində Kianu "ulduz xəstəliyinə" tutulmadığını və adi insanlardan fərqlənmədiyini sübut edib.

Kianu evsiz, səfil insanlarla həvəslə söhbət edir, küçədə hotdoq yeyir (bəzən elə orada da yatır).

BİG.AZ-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, bu dəfə o, dondurma yeyərkən "yaxalanıb".

ABŞ-ın Kaliforniya ştatında onu canlı görmək şərəfi günəşli San-Fransisko yaxınlığındakı Alameda şəhərinin sakininə nəsib olub. Hazırda həmin şəhərdə "The Matrix" filminin dördüncü hissəsi çəkilir. Kianu əfsanəvi "Neo" obrazını yenidən canlandırmağa razılaşıb.

Beləliklə, yanvarın 7-də Kianunu görən kimi çəkən fanatı "Twitter"-də video yerləşdirib.

"Hollywood"un ƏN SADƏ ulduzu Kianu Rivz bu dəfə dondurma yeyərkən görüntüləndi - FOTO-VİDEO

Kadrlardan göründüyü kimi, sentyabrda 55 yaşı tamam olan Kianu, ənənəvi olaraq, tək və kədərli halda oturub dondurma yeyir.

Aktyorun pərəstişkarı onunla şəkil çəkmək şansını da əldən verməyib.

"Hollywood"un ƏN SADƏ ulduzu Kianu Rivz bu dəfə dondurma yeyərkən görüntüləndi - FOTO-VİDEODediyimiz kimi, Kianu Rivz daha öncə də xeyirxah işləri və sadəliyi ilə seçilib.

Etdiklərini gördükdən sonra insan növbəti dəfə əmin ollur ki, o, təkcə istedadlı aktyor yox, həm də gözəl insandır.

Hələ 2000-cı illərin əvvəllərində Kianu Rivz onkologiya sahəsində araşdırmaları və uşaq xəstəxanalarını maliyyələşdirmək üçün fond yaradıb. Yəqin ki, buna səbəb onun doğma bacısının uzun müddət xərçəngdən əziyyət çəkməsi olub.

O, gizli maliyyələşdirmə haqda yalnız bir dəfə müsahibə zamanı ağzından söz qaçırıb. Bunu niyə bu qədər müddət sirr olaraq saxladığını və fonda öz adını verməməsinin səbəbini soruşduqda isə, cavab verib: "Mən nəyəsə öz adımı qoşmağı sevmirəm. Sadəcə olaraq fonda lazım olanı etməyə şərait yaradıram".

"Zəncirvari reaksiya" filminin çəkilişi zamanı Kianu bir neçə həftə bütün çəkiliş qrupunu pulsuz naharla təmin edib. Səxavət onun ikinci adıdır!

"Matrisa" filminin çəkilişi zamanı Rivz meydanda çalışan hər kəsin adını öyrənərək ünsiyyətdə olub. Hətta işçilərdən birinin ailəsində problemin olduğu haqda xəbər tutduqda, ona 20 000 dollar məbləğində "Yeni il hədiyyəsi" edib.

Bir gün Kianu yolda maşını xarab olan xanıma kömək edib. Yolun ortasında carasız qalan xanımı gördükdə, Rivz yaxınlaşaraq avtomobilə baxış edib və evakuator çağırıb. Sonra isə əks istiqamətdə təxminən 80 km yol gedərək qadını evinə ötürüb.

Aktyor "Matrisa" filminin bütün kaskadyorlarına Harley Davidson motosikletlərindən hədiyyə edib. Təəccüblü deyil ki, o, bütün heyətin hörmət etdiyi yeganə insan olub.

Satıcı və ya xidmətçilərlə tez-tez söhbət edirsiz? Kianu isə daim! O, ofisiantla iki kəlmə kəsmədən kofe sifariş vermir.

Digər məşhurlar bahalı kurortlara yollandıqları zaman Kianu çadır götürüb təbiətə çıxır. Aktyoru kimsə tanıyanda isə, özünü elə aparır, sanki onu səhv salıblar.

"Matrisa" trilogiyasının son filmi çıxdıqda 114 milyon qonorarın 80-nı Rivz geyim dizaynerləri və xüsusi effektlər üzrə mütəxəssislər arasında paylayıb. Aktyor bu insanların həmin pullara azı onun qədər layiq olduğunu düşünüb.

Kianunun metrodan istifadə etməsi azmış kimi, nəqliyyatda insanlara yer də verir.

Bu aktyorun ağır həyat hekayəsi olduğuna baxmayaraq, çətinliklər onu qəddar insana çevirməyib. Əsl nümunəvi biri!

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1310   Tarix: 10 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

""Narkozsuz" üz gərmə əməliyyatı etdirdim, gözüm açıq idi"

Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Öz aramızda" verilişində şəxsi həyatı və keçirdiyi estetik əməliyyatla bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, müğənni bir müddət öncə üzərində etdirdiyi əməliyyatın detalları ilə tamaşaçıların diqqətini çəkib. Sənətçi üz gərmə əməliyyatını ta

13.12.2025 219
.

"2 ildir şirniyyat yemirəm"

Müğənni Rəvan Qarayev son 2 ildir fərqli qidalandığını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi "ərəngarəng" verilişində uzun müddətdir ciddi pəhriz saxladığını bildirib. O, əlavə edib ki, artıq neçə müddətdir şirniyyatdan uzaqdır:. "Qlütensiz çörək yeyirəm. Bir çörəyə 7 manatdan ço

09.12.2025 666
.

Sevgilisini tək buraxmadı

Türk aktrisa Hazal Subaşı sevgilisi Oğuzhan Koçu tək buraxmayıb. OLAY yazır ki, cütlük Oğuzhan Koçun baş rolunu canlandırdığı "Bugün güzel" filminin qala gecəsinə birgə qatılıb. Koçun Hazal Subaşını öpməsi kameralara yansıyıb. Pərəstişkarları onların sevgi dolu görüntülərini bəyənib

10.12.2025 523
.

Amerikada yaşayan Günel övladları ilə - Foto

Amerikaya köçən aparıcı Günel Musəvi övladları ilə görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, Hindistan vətəndaşı ilə ailə quran Günel qızı və oğlu ilə məktəbdə fotolar çəkdirib. O, paylaşımına "Övladlarımla məktəbdə ənənəvi nahar yeməyi" sözlərini yazıb

13.12.2025 285
.

Könül Kərimovanın yeni görüntüsü təəccübləndirdi - FOTOLAR

Könül Kərimova sosial şəbəkədə yeni fotosunu izləyicilərinin ixtiyarına verib. "Yeni Sabah" xəbər verir ki, müğənninin xeyli arıqlaması hamının diqqətini özünə çəkib. Əməkdar artist görüntüsünün altına "Bu gözəl çəkiyə görə…" sözlərini yazaraq, onu arıqlama prosesində müşayiət edə

08.12.2025 898
.

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm, coşqu və enerji dolu Demet Akalın konserti - FOTOLAR

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib. BİG.AZ xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektlər

15:29 167
.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızından ŞOK paylaşım - FOTO

26 sentyabr saat 01:30 radələrində Yalovanın Çınarcık rayonunda, 6 mərtəbəli binanın ən üst qatındakı mənzilindən yıxılaraq həyatını itirən müğənni Güllünün ölümü hələ də tam aydınlaşdırılmayıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mərhum sənətçinin qızı Tuğyan Ülkem Gülterin sosial mediad

07.12.2025 811
.

"Titanik"in ulduzu: "Əsl gözəlliyin nə olduğunu anlamırıq"

Britaniyalı aktrisa və Oskar mükafatı laureatı Keyt Uinslet botoksu, dolğu və pəhriz həblərini sərt şəkildə tənqid edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Times" qəzetinə verdiyi müsahibədə danışıb. "Bu, kabusdur. Bəzi insanlar hər nəyin bahasına olursa-olsun, başqası olma

11.12.2025 362
.

"Qurd"un xanımı ilə görüntüsü gündəm oldu - VİDEO

Reper "Qurd" yeni "Aləm qalxsa" adlı ifasını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, meyxana tərzində qələmə alınan, sözləri Məşədi Babaya məxsus olan ifada rep elementlərinin yer aldığı hiss olunur. Sözügedən mahnıya çəkilən klipdə reper həyat yoldaşı Leyla Eminbəyli il

19:11 129
.

TOP MP3