Nişanlısı tərk etdiyi üçün özü ilə evləndi - Fotolar

Nişanlısı tərk etdiyi üçün özü ilə evləndi - FotolarAmerikada yaşayan 32 yaşlı Sandra Blanko adlı qadın nişanlısı tərəfindən tərk edilincə maraqlı addım atıb.

Axşam.az xəbər verir ki, Sandra və nişanlısı 1,5 il ildir ki birlikdə idilər. Lakin toya bir həftə qala kişi qərarını dəyişdirir və onu tərk edir. Sandra əvvəl toyu ləğv edib pulunu almaq istəsə də, toy təşkilatçıları bunun mümkün olmadığını bildirib. Əlacsız qalan qadın özü ilə evlənməyə qərar verir. O, toy fotoları üçün bir modellə anlaşaraq bəy rolu ifa etməsini istəyir. Özü üçün gəlinlik alır və hətta rahiblə də anlaşır.

Sandra bu hadisədən sonra həyata baxışının dəyişdiyini də bildrib.

"Anladım ki, əsas dəyərli olan insanın özüdür. İlk olaraq özümüzü sevməliyik. Onda hər şey əla olur" deyə, o, bildirib.

Nişanlısı tərk etdiyi üçün özü ilə evləndi - FotolarNişanlısı tərk etdiyi üçün özü ilə evləndi - Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 634   Tarix: 21 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş