Faiq Qarayev sükutu pozdu: Heç vaxt pulsuzluqdan şikayətlənməmişəm

Faiq Qarayev sükutu pozdu: Heç vaxt pulsuzluqdan şikayətlənməmişəmKeçən il səviyyəsi aşağı olan ölkə çempionatı baş tutdu. Bunun da səbəbi klubların bağlanması oldu. Halbuki Azərbaycanda əvvəl keçirilən çempionat Avropada üçüncü yerdə idi. Çünki səviyyəli legionerlər gəlirdi. Ölkə çempionatında sonradan üç legionerin oynamasına icazə verdik. Bu sistem yerli oyunçuların inkişafına səbəb oldu. Klublar arasında rəqabət yaranmışdı.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

O bildirib ki, indi əksər klublar federasiya prezidenti Cavid Qurbanovun maliyyə dəstəyi ilə təmin olunur. O artıq ölkə çempionatında mübarizə aparacaq komandaların adlarını açıqlayıb:

"Lokomotiv", "Neftçi", MOİK, "Sərhədçi", "Xilasedici", "Azərreyl" və Gürcüstan millisi kişilərin çempionatında, "Lokomotiv", "Abşeron", "Mübariz", "İqtisadçı", "Azərreyl" və Gürcüstan yığması qadınların çempionatında iştirak edəcək.

Dekabrın 14-də ölkə çempionatına start verəcəyik. Hövsandakı FHN Arenasında, "Sərhədçi"də, Biləcəridəki "Lokomotiv"in zalında, Dərnəgüldə oyunlarımız olacaq. Çalışırıq şəhərdən kənar qəsəbələrdə keçirək ki, oralarda voleybola marağı artıraq. MOİK-in zalı açılacaq. Finalları Heydər Əliyev Arenasında keçirəcəyik. Çempionat iki dövrəli, daha sonra pley-off sistemi ilə baş tutacaq.

Hazırda federasiyanın heç kimə borcu yoxdur. Çünki Cavid müəllim bütün borcları bağlayıb. Əvvəl mətbuat önünə çıxmamağımın səbəbi borclarımızın olması idi. Bilirdim ki, bu barədə sual veriləcək.

Natəvan Qasımova əvvəl jurnalist tanışı vasitəsilə pulunu almadığını yazdırtdırırdı. Hamının borcu ola bilər. Mənim də çətin vaxtlarım olub. Amma heç vaxt pul baxımından şikayətlənməmişəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1153   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 917
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 608
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 228
.

UEFA "Qarabağ"a 3 milyon ödədi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. "Köhlən atlar"a Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro (3 milyon, 133 min manat

04.04.2024 473
.

Dani Alveş azadlıqda: İlk görüntüləri yayıldı - FOTO/VİDEO

Futbol üzrə olimpiya çempionu Dani Alveş apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. Məlumata görə, braziliyalı girov ödəmək üçün 1 milyon avro toplaya bilib. Onun hesabları dondurulub. Alveş girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib

25.03.2024 664
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 313
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 317
.

"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib. "Report" xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vinisiusun mükafat uğrunda rəqibləri "Barselona"nın hücumçus

30.03.2024 321
.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 344