Həyat yoldaşının "40"ı yeni çıxan XALQ ARTİSTİ: Ömrümün sonuna qədər o, mənlə yaşayacaq - FOTO

Həyat yoldaşının "40"ı yeni çıxan XALQ ARTİSTİ: Ömrümün sonuna qədər o, mənlə yaşayacaq - FOTO

Təxminən 42 gün əvvəl həyat yoldaşı dünyasını dəyişən Xalq artisti Teymur Mustafayev (Teymur əmi) "Şou ATV"nin qonağı olub.

Milli.Az xəbər verir ki, xalq artisti mərhum həyat yoldaşının ölümü ilə bağlı danışarkən etdiyi açıqlama il hər kəsi qəhərləndirib.

Teymur əmi həyat yoldaşını itirdikdən sonra efirlərə çıxmağına, toylara getməyinə görə ona irad tutanlara da cavab verib:

"Mən ailəmi bu sənətimlə saxlamışam. Sənət məni yaşadıb, sənət gərək sənətkarı yaşatsın. Qızlarımı köçürmüşəm, oğlanlarımı evləndirmişəm, nəvələrimə toy eləmişəm, eləyirəm, eləyəcəm də inşəAllah. Və mənim həyat yoldaşım - həkim Təbərrik xanım cismən ölüb, ruhən ölməyib. Onun ruhu əminin qəlbindədir. Ömrümün sonuna qədər o mənlə yaşacaq".

Qeyd edək ki, Xalq artistinin həkim həyat yoldaşı Təbərrik Mustafayeva Cəlilabad rayon Alar kəndindəki qəbiristanlıqda dəfn edilib.

Həyat yoldaşının "40"ı yeni çıxan XALQ ARTİSTİ: Ömrümün sonuna qədər o, mənlə yaşayacaq - FOTO


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2689 Tarix: 02.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər