Qrip virusu demək olar ki, hər mövsümdə özünü göstərir. Lakin qış aylarında havanın soyuq olması xəstəliyin daha da ağır keçməsinə səbəb olu

Qrip virusu demək olar ki, hər mövsümdə özünü göstərir. Lakin qış aylarında havanın soyuq olması xəstəliyin daha da ağır keçməsinə səbəb oluQrip virusu demək olar ki, hər mövsümdə özünü göstərir. Lakin qış aylarında havanın soyuq olması xəstəliyin daha da ağır keçməsinə səbəb olur. Ağır keçən qrip valideynlərdə bəzən çaşqınlıq yaradır. Belə ki, bəzən uşaqlarda qrip deyil sətəlcəm olur. Valideynlər isə bunu bilmədiyindən uşaqları vaxtında Həkimə aparmırlar və nəticədə ağır fəsadlar yaranır.

Bəs sözügedən xəstəlikləri necə ayırd etmək mümkündür?

BiG.AZ bildirir ki, mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov bildirib ki, qrip viruslarına qarşı vaxtında tədbirlər görülməsə daha ağır nəticələri ola bilər:

"Kəskin respirator virus infeksiyalarının törədicisi olan viruslar, eyni zamanda sətəlcəm də törədə bilər. Belə ki, yuxarı tənəffüs yollarında baş verən proses müalicə olunmazsa və ya profilaktikası vaxtında aparılmazsa, aşağı tənəffüs yollarına və ağciyərlərə keçərək sətəlcəm törədə bilər. Həm də kəskin respirator virus infeksiyaları zamanı orqanizmin immuniteti zəiflədiyi üçün bakterial infeksiya da qoşula bilər. Bu da sətəlcəmə gətirib çıxarar".

R. Bayramovun sözlərinə görə, sətəlcəmin əlamətləri bunlardır:

"Kəskin respirator virus infeksiyaları daha çox yuxarı tənəffüs yollarının iltihabı ilə müşahidə edilir. Məsələn, asqırmaq, burun tutulması, burun axması, baş ağrıları, boğaz qıcıqlanması, ümumi halsızlıq və s. Eyni zamanda ilk vaxtlarda quru, sonra isə bəlğəmli öskürəklə müşahidə edilir. Pnevmoniya zamanı isə əlamətlər daha ağır olur. Çünki bu zaman artıq ağciyər toxuması da prosesə cəlb olunur. Pnevmoniyanı törədən səbəbdən asılı olaraq əlamətləri fərqli olur. Ümumiyyətlə, daha çox öskürək, hərarətin yüksəlməsi, bəlğəm ifrazı, döş qəfəsində ağrılar, tənginəfəslik və s. baş verir".

Həkimdən oxuculara məsləhət

Həkim bildirib ki, çox vaxt kəskin respirator virus infeksiyaları zamanı həkimə vaxtında müraciət edilmir, bu da sətəlcəmin və digər ağırlaşmaların yaranmasına səbəb olur: "Artıq müayinə olunanda ağciyərlərin də prosesə cəlb olunduğunu, xəstəliyin ağciyərlərə də yayıldığını müşahidə edirik. Buna görə qrip viruslarının vaxtında qarşısı alınmalı, profilaktik tədbirlər görülməlidir. Qripin sağalma prosesi uzanarsa, həkimə müraciət etmək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1036   Tarix: 01 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1562
.

İnfarkt riskinizi özünüz ölçün

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir. xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə, infarkt riski xeyli yüksəlib. Mütəxəssislər çox bəsit bir testlə infarkt riskini təxmini şəkildə müəyyən etməyin mümkün olduğunu bildirirlər. Ayrı-ayrı tədqiqatların nəticələr

05.05.2024 788
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1913
.

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetindən (Böyük Britaniya) Sebastyan Mora Hernandez bildirib. Mütəxəssisin sözlərinə görə, daimi məş

11.05.2024 301
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 796
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 905
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 1000
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 3053
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1312