Xroniki yorğunluğu yox edən QİDALAR və VASİTƏLƏR

Xroniki yorğunluğu yox edən QİDALAR və VASİTƏLƏRÖzünüzü davamlı olaraq yorğun hiss edir, başınızı qoymağa bir yer axtarırsınızsa xroniki yorğunluq sindromundan əziyyət çəkirsiniz. Qış mövsümündə bahar yorğunluğu kimi tanınan bu kefsiz haldan siz də xilas ola bilmirsinzisə, deməli, qidalanmada ciddi səhvlərə yol verirsiniz. Mütəxəssislər bu yorğunluq vəziyyətinin qeyri-kafi qidalanmadan və ya səhv tətbiq olunan pəhrizlərdən qaynaqlandığını bildirir.

Medicina.az xəbər verir ki, günün birinci yarısı şirniyyat məhsulları yeyir daha sonra çox tez yorulduğumuzdan şikayət edirik. Əgər gün ərzində özünüzü şux, gümrah hiss etmək istəyirsinizsə, günə yorğunluq yaradan qəhvə, şirniyyatla başlamayın.

Xroniki yorğunluğun qarşısını alan qidalar:

Bal: Uzun müddətli enerji xərcləməli lazım olan hallarda işinizə başlamazdan yarım saat əvvəl 1 xörək qaşığı bal yemək sizə enerji verəcək. Eyni zamanda beyin və bədən funksiyaları son dərəcə yaxşı işləyəcəkdir.

Yerkökü: Orqanizmin gücünü və immunitetini artırır. Gündə 3 yerkökü yeməklə uzun müddət gümrah qala, eyni zamanda formanızı qorumuş olacaqsınız.

Alma: Müdhiş enerji mənbəyidir. Alma yemək bədəni xəbərdar edir və canlandır. Hər gün mütləq alma yeməyə diqqət yetirin.

Cəfəri: Ən dəyərli qidadan biridir. Səhər yeməyində daha çox istehlak etməyə diqqət edin, bu sayədə gününüz yorğun keçməz. Günorta yeməyində salatının içində, ya da şam yeməyinin yanında bol-bol cəfəri yeyin.

Banan: Enerji anbarıdır deyə bilərik. Uşaqlarınızı məktəbə göndərərkən üstünə bir az bal tökülmüş banan yedirsəniz, günlərinin səmərəli keçməsini təmin edərsiniz. Eyni zamanda, zehni inkişafa təsir edir. Bundan başqa, lifli qida olması səbəbindən toxluq hissi də verir.

Qatıq: Xüsusilə soyuq qış günlərində gücümüzün qorunmasına yardımçı olur. Qatığın faydaları saymaqla bitmir.

Yaşıl salat: Bu qida maddəsi bədənimizi toksinlərdən təmizləməyə kömək edir. Enerji verir, yorğunluq və halsızlığı aradan qaldırır.

Sarımsaq: Bədən və zehin yorğunluğuna yaxşı təsir edir. Bundan başqa, orqanizmi yaxşılaşdırma xüsusiyyətinə malikdir. Yoluxucu xəstəliklərdə ideal qoruyucu qidadır.

Soğan: Təravətləndirici xüsusiyyəti ilə halsız olduğunuz zamanlarda bədəninizə güc verir.

Mərci: Əsl enerji qaynağıdır. Əti əvəz edən yaxşı zülal anbarı xüsusiyyəti daşıyır. Yorğunluq hissini aradan qaldırıb enerji verir.

Qaysı: Daxildən və xaricdən bədənimizə həyat verən əriyi soyuq qış günlərində quru olaraq yemək çox faydalıdır. Səhər oyananda 2 qaysı yeyib su içsəniz, bağırsaqlarınızın təmizləndiyini hiss edəcəksiniz.

Niasin, B1, B2, B6, B12, fol turşusu, C vitamini, dəmir, kalium, xrom, selen və yod kimi mineralların çatışmazlığı zamanı da yorğunluq özünü göstərir.

Balıq: Niasin və B2 vitamini, dəmir, xrom, selen və yod mineralı ilə zəngin olduğu üçün həftədə 2-3 dəfə yeyilməlidir. Bu baxımdan tuna balığı da olduqca faydalıdır.

Yağlı toxumlar: Niasin və E vitamini, dəmir və kalium mineralı ehtiva edən fındıq, yerfıstığı, badam və qoz istehlakına ciddi əhəmiyyət verilməlidir. Ancaq yüksək enerji mahiyyətlərindən dolayı miqdarına diqqət edilməlidir. Gündə bir ovuc yeyilməsi bədəni saysız-hesabsız vitamin və minerallarla təmin edir.

Yaşıl yarpaqlı tərəvəzlər: C, E və B2 vitamini, dəmir və kalium mineralı ilə zəngin olan yaşıl yarpaqlı tərəvəzlərin xüsusilə tünd rənglilərinə üstünlük verilməsi təklif edilir, Məsələn, ispanaq, roka, nanə, tərə.

Yumurta: Niasin, E və B2 vitamini ilə dəmir, xrom və yod mineral zəngin olan yumurta ana südü səviyyəsində zülal ehtiva edir və əsas zülal mənbəyi olaraq da tanınır. Tərkibindəki doymamış yağ turşuları sayəsində də çox bəsləyici qida hesab olunur.

Paxlakimilər: Niasin, B1 və B2 vitamini, dəmir və kaliumla zəngin olduğu üçün yorğunluğu tamamilə aradan qaldırır. Eyni zamanda, ehtiva etdiyi pəhriz lifi sayəsində qan şəkərini nəzarət altında saxlayaraq, bədən müqavimətinin davamlılığını təmin edir. Bu səbəblə həftədə 2-3 dəfə quru lobya, noxud, mərci, quru barbunya, quru paxla, quru çin viqnası, soya lobyası kimi paxlalılar fəsiləsindən olan qidalar istehlak edilməlidir.

Kəpəkli taxıllar: Niasin, E, B1 və B2 vitamini, kalium, xrom, yod və az da olsa, dəmir mineralı baxımından zəngin olan kəpəkli taxıl məhsullarına üstünlük vermək lazımdır. İşlənmiş taxıllardan uzaq dayanmaq yorğunluğu qarşısını almaqda böyük əhəmiyyət daşıyır.

Süd və süd məhsulları: Niasin, B2 vitamini, dəmir, kalium, xrom və yod mineralı ehtiva edən süd, qatıq və pendirin yarım yağlı və yağsız olaraq yeyilməsi bədəni daha da sağlam edir.

Əlavə qidalar: Bütün bu qida qruplarına əlavə olaraq günəbaxan, qaraciyər, yerkökü, kartof, alma, ərik, kivi, üzüm, Amerikan armudu, banan kimi meyvələr, cəfəri, kələm, kərəviz, yaşıl noxud, turp, göbələk, soğan, qırmızı çuğundur, sarımsaq kimi tərəvəzlər və yaşıl çay yorğunluğu aradan qaldıran qidalardırlar. Digər tərəfdən, alkoqol, turş içkilər, hazır qidalar, içalatlar, yağlı və şəkərli qidalar yorğunluq verir.

Yorğunluğu aradan qaldıran digər vasitələr:

-Yuxu zamanı bədən özünü yeniləyir. Beyin dincəlir. Yuxunun keyfiyyətini artırmaq üçün səssiz və qaranlıq otaqda yatmağa çalışın. Otaqda saat varsa, hətta onun səsi də yuxuda sizi yorur.

-Telefon söhbətlərindən və sosial şəbəkələrdən mümkün qədər uzaq durun. Onların beyni hədsiz dərəcədə yorduğu elmi cəhətdən təsdiqlənib. Yatmazdan əvvəl onu söndürməyi unutmayın. Telefonu da yataqdan mümkün qədər uzaq tutmağa çalışın. Çünki yataq dincəlmək və bütün problemlər azad olmaq üçün nəzərdə tutulub. Telefonu oraya daxil etmək məsləhət görülmür.

-Duş qəbul edən zaman suyu çox isti etməyin. İsti təkcə dərinin yaşlama prosesini sürətləndirmir. Həm də halsızlıq yaradır. Hamam suyunun ilıq və əhəngsiz olmasına diqqət edin.

-Yatmazdan əvvəl kola, qəhfə və tünd çay kimi içkilərdən uzaq olun. Yuxusuzluq yaradan bu qidalar axşam narahat yatmağa səbəb olur. Bədəndəki dəmir anbarının boşalmasına səbəb olan çay və qəhvə yerinə bitki çayları içərək halsızlıq problemini həll etmiş olarsınız.

-Yuxarıda sadalananlardan başqa otağın havası da böyük rol oynayır. Xarici tənəffüs, qan dövranı və qan orqanizmi oksigenlə təchiz edən, karbon qazını xaricə verən funksional sistemdir. Bunlardan birinin fəaliyyətinin azalması dərhal digərinin işinə təsir edir və bunun nəticəsində də onlardan birində funksional çatışmazlıq baş verir. Oksigen çatışmazlığı zamanı halsızlıq müşahidə olunur. Buna görə də otağın havasını mütəmadi olaraq dəyişmək lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1191   Tarix: 27 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744