Azərbaycanda yeni xəfiyyə fəaliyyətinin yaradılması təklif edilir – VİDEO
Azərbaycanda cinayətkarlığın qarşısının alınması ilə bağlı vəziyyət qənaətbəxş olsa da, ölkədə xəfiyyə fəaliyyətinin yaradılması təklif edilir. Millət vəkilləri deyir ki, ölkədə istintaq orqanları ilə paralel olaraq detektiv xidməti fəaliyyat göstərə bilər. Bu həm də şəffaflığın formalaşmasına müsbət təsir edər.
Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.
Fərəc Quliyev – Milli Məclisin deputatı: "Hüquq-mühafizə orqanlarına öncədən şifariş vermək mümkün deyil. Onlar yalnız hadisə baş verəndən sonra bununla məşğul olurlar. Amma detektiv əvvəldən prfilaktik olaraq məşğul olur, yaxud da uşaqların axtarılmasında. Eyni zamanda müəyyən məhkəmə qəraralarının icrasındakı boşluqların doldurlması üçün bunlar çox vacibdir".
İllər öncə detektiv kimi fəaliyyət göstərən şəxsin sözlərinə görə, sifarişçilər çox olsa da, qanunvericilik buna imkan vermir.
Keçmiş detektiv: "10-15 il bundan qabaq bir-iki sifariş götürmüşəm. Amma indi etmək olmur, foto-video çəkilişlər qanunla qadağan edilib".
Ekspertlər deyir ki, bu məsələdə mentalitet, mənəvi dəyərlər də mütləq nəzərə alınmalıdır. Xəfiyyənin götürdüyü işdən öz mənafeyinə görə istifadə etməyəcəyinə nəzərat edilməlidir.
Şəmsəddin Əliyev – Sabiq polis rəisi: "Vəzifə funksiyaları üst-üstə düşəcək, toqquşacaq. Burada məlumatların mübadiləsi ola bilər, şəxsi maraqları üstünlük verməklə, cinayətin izindən sapmalar ola bilər".
Teymur Baloğlanov – Kriminalist: "Bir alternativ deməzdim amma yanaki olaraq, hüquq mühafizə orqanlarının fəaliyyəti ilə həyata keçirilməsi bizim insanlarımızın müəyyən tələblərinin təmin olunması üçün yaxşı olardı".
Mövcud vəziyyətdə Azərbaycnda hüquq mühafizə orqanları hər hansısa bir cinayət işinin araşdırılması üçün vətəndaşlardan məbləğ tələb eləmir. Amma dedektiv xidməti tətbiq edildikdən sonra həmin dedektivlər yəni xəfiyyələr gördükləri işə görə, məvacib tələb edəcəklər.
Fərəc Quliyev – Milli Məclisin deputatı: "Bu məsələ sifarişçi ilə iş icra edən tərəf arasında müqavilə əsasında tənzimlənir. Və onlar müəyyən faizləri dövlət büdcəsinə ödəyir. Bu əlavə vəsaitin gəlməsi deməkdir. Bir çox dövlətlərdə bunun prkatikası var hansı formada edirlər".
Mütəxəssislər deyir ki, istinaq və zəruri araşdırmaların aparılması üçün yaxşı olar ki, detektiv kimi keçmiş və təqaüddə olan vəkillər, hüquqşünaslar, polis zabitləri çalışsın. Buna kimi isə, bir neçə məcəlləyə və qanuna dəyişiklik edilməli, detektiv fəaliyyəti ilə bağlı xüsusi qanunun qəbuluna ehtiyac var...
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1091 Tarix: 25 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693