Bakıda QƏRİBƏ APARAT PEYDA OLDU - Hər kəsə PUL PAYLAYIR

Bakıda QƏRİBƏ APARAT PEYDA OLDU - Hər kəsə PUL PAYLAYIRBakıda son günlər bir neçə yerdə insanlara "pulsuz pul" paylayan aparatlar quraşdırılıb. Belə ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər. Cihaz pul çıxarılan tərəfi çölə olmaqla, iri supermarketlərin içərisində quraşdırılıb. Üzərində "Azpulmat" sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası yuxarıda da qeyd etdiyimiz kimi borc pul verməkdir.

BiG.AZ xəbər verir ki, "Yeni Müsavat"ın əməkdaşı aparatlardan birinin quraşdırıldığı ərazidə müşahidə aparıb. Məlum oldu ki, aparatdan borc istəməyə gələn insanların çoxu işsizlərdir. Onların bir neçəsi ilə söhbət etdiyimiz zaman bildirdilər ki, aparatdan çox razıdırlar. Çünki qohumlarından, tanışlarından ala bilmədikləri borcu, bu dəmir parçası onlara 30 saniyə içərisində verir. Bəs nəyin qarşılığında?

Bu sualın cavabına keçməzdən öncə yenə də aparatdan borc almağa gələnlərin fikirlərinə nəzər salaq. Belə ki, söhbət etdiyimiz şəxslərdən biri bildirdi ki, aparatdan 20 manat borc almağa gəlib. Ancaq bu borcu qaytarmaq fikrində deyil. Söylədi ki, bu gün camaatın banklara nə qədər borcu var və onlarla müqayisədə 20 manat nədir ki...

Borc alan şəxslərin əksəriyyəti ali təhsili olmayan insanlar idi. Onlar hesab edirdilər ki, bu pulu onlara Mərkəzi Bank verir. Bir-biriləri ilə söhbətləri əsasında hələ belə cümlələr də işlədirdilər: "Allah Milli Bankın (Mərkəzi Bank) yiyəsinə kömək olsun. İndiki zamanda qardaşın-qardaşa etmədiyi yaxşılığı bizə edir. Gürcüstanda bu aparatlardan çox görmüşük. Ancaq Azərbaycanda yox idi. 20 manat verir, 5 günün içərisində 21 manat qaytarmalısan. Qaytarandan sonra 40 manat götürmək olur. Bu aparatın hesabına evimizə çörək aparırıq. Nəyi pisdir ki? Belə getsə, aparatı insanlar əziz adamları qədər çox istəyəcəklər..." Bu, aparatı Mərkəzi Bankın bankomatı zənn edən sadə vətəndaşların fikirləri idi.

Bəs həqiqətdə necədir?

Əvvəla, qeyd edək ki, aparatlar 10 gündən çoxdur ki, Bakı ərazisində quraşdırılıb. Lakin bu barədə sosial şəbəkələrdə, mətbuatda geniş məlumat yoxdur. Araşdırmamız nəticəsində bir neçə iqtisadi ekspertlə də əlaqə saxladıq. Onlar da bu cür aparatın mövcudluğundan bixəbər olduqlarını bildirdilər. Borc pul almağa gələnlər isə söylədilər ki, bu barədə məlumatı dost-tanışlarından alıblar. Dost-tanışlar hesabına bu gün aparatların qarşısında uzun növbələr əskik olmur. Aparatlarla bağlı "azpul.az" saytında bəzi informasiyalar yerləşdirilib. Sayt bu aparatı quraşdıran şirkətə aiddir və tam işlək vəziyyətdə deyil. Lakin oradan bəzi məlumatları əldə etmək mümkündür. Saytda müştərilərin əlaqə saxlaması üçün nömrə də qoyulub. Həmin nömrə ilə əlaqə saxlayıb, bu aparatların hansı banka aid olduğunu öyrənməyə çalışdıq. Bildirildi ki, aparatlar heç bir banka aid deyil: "Bu, sadəcə olaraq, lombarddır və heç bir banka aid deyil"-deyə, bildirildi.

Azpulmanat.jpg (54 KB)

Aparatların işləmə prinsipinə gəlincə, daha detallı qeyd edək ki, borc almaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünü terminala tanıdır. "Azpul.az" saytında yazılanlara görə aparatda heç bir insan amili yoxdur: "O, sizin icazəniz olmadan sənədlərinizin surətlərinə əsasən adınıza borc rəsmiləşdirmir. Sizin bütün şəxsi məlumatlarınız isə şirkətin qorunan serverlərində saxlanır və etibarlı şifrələmə alqoritmləri ilə qorunur"-deyə, saytda bildirilir.

Şəxsiyyət vəsiqəsindən başqa borc alanın aparat tərəfindən barmaq izi götürülür, fotosu çəkilir. Minimum 5, maksimum isə 21 gün müddətinə borc pul verilir. 5 gün ərzində 20 manat və üstə gəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır. Borcu götürən zaman bütün məlumatları daxil etdikdən sonra bir də mobil nömrənizi də yazırsınız. Nömrəyə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbətisini almaq mümkün deyil.

Ekspertlər bildirirlər ki, əslində bu sistem olduqca təhlükəlidir. Çünki əməliyyatın kim tərəfindən aparılması, hansı serverdə saxlanılması məlum deyil. Ona görə də insanların şəxsi məlumatları kimlərinsə əlinə keçir. Ekspertlər hesab edirlər ki, bu, insanlar üçün əlavə problemlərə yol aça bilər. Bundan əlavə, söhbət etdiyimiz şəxslərin əksəriyyəti borcu qaytarmaq fikrində deyildilər. Növbədə dayanan şəxslərin çoxu işsiz olduqlarını bildirirdilər. Bu isə onu deməyə əsas verir ki, proses ölkədə borclu vətəndaşların sayını bir qədər də artıra bilər.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı müvafiq qurumlar araşdırmaya başlayıblar və yaxın zamanlarda həmin qurumlar tərəfindən ictimaiyyətə açıqlama veriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4588   Tarix: 22 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278