Şübhəli şəxslə təqsirləndirilən şəxs arasında hansı fərqlər var?

Şübhəli şəxslə təqsirləndirilən şəxs arasında hansı fərqlər var?Bir çoxlarının maraqlandığı suallar arasında şübhəli şəxs və təqsirləndirilən şəxs arasında hansı fərqin olmasıdır. Eyni zamanda bəziləri saxlanılan şəxslə həbs edilən şəxsi fərqləndirməkdə çətinlik çəkirlər.

BiG.AZ-ın verdiyi xəbərə görə, məsələ ilə əlaqədar e-huquq.az-a açıqlama verən hüquqşünas Nemət Ağalarov bildirib ki, həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs məhkəmə qərarı olmadan saxlanıla bilər.

Onun sözlərinə görə, şübhəli şəxs cinayət törətməkdə şübhəli bilinir və o, 48 saat ərzində şübhəli şəxs qismində saxlanılır: "Bundan sonra şübhəli şəxsin törətdiyi əməl sübuta yetirilirsə, ona qarşı ittiham elan edilir. Yəni, istintaq orqanı tərəfindən sübuta yetirilir ki, bu adam hansısa cinayət əməlini törədə bilər. Bundan sonra isə adamın barəsində qətimkan tədbiri seçilir. Şəxsin törətdiyi cinayət əməlindən asılı olaraq onun barəsində həbs, ev dustaqlığı, başqa yerə getməmək haqqında iltizam tədbiri və ya polisin nəzarətinə verilmə haqqında qətimkan tədbiri seçilər bilər".

N.Ağalarov qeyd edib ki, şəxsin cinayət törətməsi tam sübuta yetiriləndən sonra o, təqsirləndirici şəxs qismində cəlb edilərək ittiham olunur: "Ardından həbs-qətimkan tədbiri seçilir. Ola bilər ki, o, 48 saat ərzində şübhəli şəxs qismində saxlandıqdan sonra sərbəst buraxılsın".

Hüquqşünas mətbuatda bəzən saxlama və həbs anlayışlarının səhv salınaraq yanlış yazıların getməsinə də münasibət bildirib: "Şübhəli şəxsin saxlanılması o demək deyil ki, o həbs edilb və ya həbs ediləcək. Ola bilər ki, təqsirləndirilən şəxsin əməli sübuta yetirilmədiyindən azadlığa buraxılsın.Ümumiyyətlə, şəxsin barəsində hər hansı qətimkan tədbiri seçilərkən onun törətmiş olduğu əməl, şəxsiyyəti, ailə vəziyyəti, əvvəllər məhkum olub-olmaması və başqa amillər nəzərə alınır. Prosedur belədir ki, şəxs müəyyən müəddətə istintaq hərəkətlərinin aparılması üçün saxlanılır, eyni zamanda şübhə yaranır ki, şəxs saxlanılmasa, istintaq və məhkəmə orqanından qaçıb gizlənə bilər. Bu səbəbdən 48 saat ərzində müvəqqəti saxlanılır. Daha sonra törətdiyi əməl sübuta yetirilir və barəsində təqdimatla məhkəmədə vəsatət qaldırılır. Müstəntiq vəsatət verir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. Prokuror da, öz növbəsində təqdimatla məhkəməyə müraciət edir. Lakin məhkəmənin həmin təqdimatı təmin etməməsi mümkündür, şəxs barəsində yüngül məsələn, ev dustaqlığı qətiimkan tədbiri seçilə bilər. Deyək ki, məhkəmə təqdimatdan imtina edir, qətimkan tədbirinin seçilməsini müstəntiqin səlahiyyətinə buraxır. Bundan sonra müstəntiq şəxs barəsində polisin nəzarətinə verilmə və ya başqa yerə getməmək haqqında iltizam tədbiri seçə bilər. Həbs və ya ev dustaqlığı isə mütləq şəkildə məhkəmə qərarı ilə olmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 924   Tarix: 21 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 413
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 350
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 479
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 452
.

Sizin haqqınızda bütün həqiqəti söyləyəcək qəribə TEST

Testlər bütün suallara cavab vermir, lakin onlar şübhəsiz ki, özünüzü daha yaxşı və güclü və zəif tərəflərinizi başa düşməyə kömək edir. Təqdim olunan şəkillərə baxmaq kifayətdir və ilk olaraq diqqətinizi çəkənləri vurğulayın. xarici mediaya istinadən bildirir ki, əgər hazırsansa, ilk sınağa başlayın!

05.05.2024 630
.

Avropanın ən gözəl çimərliyi AÇIQLANDI - SİYAHI

Maltanın Mellieha kəndi yaxınlığındakı "Ghajn Tuffieha Bay" çimərliyi 2024-cü ildə Avropanın ən gözəl çimərliyi kimi tanınıb. xəbər verir ki, bu nəticə dünyanın müxtəlif ölkələrindən Avropada istirahətə üstünlük verən səyahətçilərin sorğusu əsasında tərtib edilib. Çimərlik turistlərə yüksə

05.05.2024 214
.

Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?

Milyonçu Mayk Blek unikal sosial eksperiment aparmaq qərarına gələrək, var-dövlətindən əl çəkərək evsiz qalıb. Onun məqsədi, başlanğıc kapitalı olmadan cəmi 12 ay ərzində 1 milyon dollar qazanmağın mümkün olduğunu sübut etmək idi. xəbər verir ki, o, bütün addımlarını və nəticələri "YouTube"d

05.05.2024 325
.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 505
.

Heç kimin qarşısında əyilməyən aktyor: Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü

"Mən bu sənətə pul xətrinə gəlməmişəm. Yadıma gəlir ki, ilk dəfə burada 40 manat maaş almışam. Sonra olub 60, 70 və yavaş-yavaş qalxıb… Yəni bura varlanmaq üçün gəlməmişəm. Mən özümü bu sənətin fanatı sayıram. Elə bil teatr mənim üçün dənizdir və özümü bu dənizdə balıq kimi hiss edirəm". Akademi

05.05.2024 255