Heç kimin qarşısında əyilməyən aktyor: Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü

Heç kimin qarşısında əyilməyən aktyor: Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü"Mən bu sənətə pul xətrinə gəlməmişəm. Yadıma gəlir ki, ilk dəfə burada 40 manat maaş almışam. Sonra olub 60, 70 və yavaş-yavaş qalxıb… Yəni bura varlanmaq üçün gəlməmişəm. Mən özümü bu sənətin fanatı sayıram. Elə bil teatr mənim üçün dənizdir və özümü bu dənizdə balıq kimi hiss edirəm".

Akademik Milli Dram Teatrın tanınmış aktyoru Kamal Xudaverdiyevi doğum günü - 3 may ərəfəsində xatırlamaq istəyəndə yadıma vaxtilə onunla müsahibədə dediyi bu sözlər düşdü. Bu sözlər mərhum aktyorun sənətə də, həyata da baxışlarını dolğun əks etdirir.

Yadımdadır, mənimlə son müsahibəsində 13 yaşından əmək fəaliyyətinə başlamasından, 10 il xam torpaqlarda fəhlə işləməsindən, teatra uşaqlıq sevgisindən, əlindəki son qəpiyini teatr biletlərinə xərcləməsindən, səhnədə korifeyləri görməsindən və onlara baxıb aktyor olmaq arzusundan, nəhayət, ömrünü sənətə həsr etməsindən danışmışdı. Sonra köks ötürərək bir az dəyişən zəmanədən şikayətlənmişdi. Bulvarda tənha gəzməyi, özü ilə baş-başa qalmağı xoşladığını, bir də yazın gəlişini və açan sarı çiçəkləri sevməsini demişdi...

Sənət dostları da onu mərd, bütöv və sədaqətli insan kimi xatırlayırlar.

Sənət dostları K.Xudaverdiyev barədə xatirələrini "Kaspi" qəzeti ilə bölüşüblər.

Teatrda çox gözəl və yaddaqalan obrazlar yaratdı

Xalq artisti Mərahim Fərzəlibəyov bildirdi ki, Kamal özündən sonra nəinki obrazları ilə, həmçinin yaxşı insan kimi xatırlanır: "Çünki o həmişə öz aktyorları ilə, xüsusən gənclərlə ünsiyyət qurmağı çox sevər və onlara dəstək göstərərdi. Onunla işbirliyim ilk dəfə "Xurşudbanu Natəvan" tamaşasında oldu. Ona Hidayət xan obrazını verdim. Daha sonra Nəriman Həsənzadənin "Atabəylər" əsəri əsasında hazırladığım tamaşada Qızıl Arslan Atabəy rolunu məhz onun oynamasını istədim. Əsər yazılanda da biz onun aktyor imkanlarını nəzərə alaraq böyük monoloqlara yer verdik. Demək olar ki, əsər müəllif və mən tərəfdən Kamal Xudaverdiyevə həsr olundu. Ondan sonra da "Maqbet" və bir sıra başqa tamaşamda rol aldı. Kamal teatrda çox gözəl və yaddaqalan obrazlar yaratdı. Tamaşaçılar indi də həmin rolları məhəbbətlə xatırlayırlar".

Heç kimin qarşısında əyilmədi

"Kamal orijinal, heç kimə bənzəməyən aktyor idi", - deyə Xalq artisti Səidə Quliyeva xatırlayır: "Onun öz yolu, cığırı, tembri və aktyor oyunu vardı. Mən bu aktyoru çox sevirdim. Onunla tərəf-müqabil olanda da "səhnədə Kamalla oynayıram", - deyə özümə çox arxayın olurdum". S.Quliyeva deyir ki, əsl Azərbaycan kişisinə məxsus bütün xüsusiyyətlər Kamal Xudaverdiyevdə olub: "Elə insanlar var ki, onların şəxsi həyatları yaradıcılıqları ilə üst-üstə gələndə böyük önəm təşkil edir. Kamalın şəxsi xarakterindəki ağayanalıq, kişilərə məxsus boy-buxun onun aktyor oyununa da yaxşı mənada təsir edirdi. Oynadığı obrazlar tamaşaçının yaddaşında qalırdı. Əsl Azərbaycan kişisinə məxsus bütün xüsusiyyətlər Kamalda vardı. Bütöv insan idi Kamal. Onun ikinci planı çox zəif idi: bir insan haqqında nə düşünürdüsə "pissən, ya yaxşısan" sözlərini onun üzünə deyirdi. Kamal ömrünün sonuna qədər belə yaşadı. Heç kimin qarşısında əyilmədi, heç kimə yaltaqlanmadı. Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü. Mən Kamalı bu xüsusiyyətlərinə görə çox sevirdim. Bizim nəslin nümayəndələri Kamalı çox yaxşı xatırlayırlar". S.Quliyeva deyir ki, mərhum aktyorla birlikdə institutda da pedaqoji fəaliyyət göstərib: "Kamal kursun rəhbəri, mən müəllimi idim. İstər səhnədə, istərsə də institutda birlikdə o qədər iş təcrübəmiz olub ki... Mən onun iş prosesindən həmişə öyrənmişəm və zövq almışam".

Bir dubla çəkilənlər

Kamal Xudaverdiyevlə "Nəsimi" filmində Fatima rolunu oynayan aktrisa Xalidə Quliyeva yaddaşını vərəqləyir: "Kamal Xudaverdiyevi böyük sənətkar adlandırsam azdır, o, həmçinin gözəl insan idi. O, böyük hərflərlə yazılan AKTYOR idi. Bu hər adama nəsib olan xüsusiyyət deyil. O, xarizmatik, qürurlu, ləyaqətli, işinə, peşəsinə son dərəcə məsuliyyətlə yanaşan insan idi. "Nəsimi" filminin çəkilişlərində mən onun bu məsuliyyətinin şahidi oldum. Aktyorlar var ki, çəkiliş meydanına bir neçə dəqiqə qalmış gəlirlər, amma o bir ay qabaqdan gəlib ölçüb-biçirdi. Filmdə Yusif rolunu oynayırdı. Rejissor Həsən Seyidbəyli onu bir dubla çəkirdi. Həmin kadrların təkrar çəkilməyə ehtiyacı olmurdu. Ümumiyyətlə, o filmdəki aktyorlar hamısı bir dubla çəkilirdi. Mənim onda 20 yaşım vardı. Kamal Xudaverdiyevdən və digər böyük aktyorlardan öyrənirdim". Aktrisa danışır ki, Kamal Xudaverdiyevin həyatda başına çox işlər gəlsə də, o, öz qürurunu qorumağı bacarıb: "Onu sındırmağa, alçaltmağa çalışdılar. Ona qarşı haqsızlıqlar çox oldu, amma dözdü. O, həmişə dalğın, düşüncəli, az danışan idi, içinə qapanmışdı...".

"Onun gözlərinə baxa bilmirdim"

"Bir dəfə Vilayət Hacıyev onun haqqında dedi ki, Kamal teatrın sarı simidir", - deyə Əməkdar artist Hicran Nəsirova danışır: "Tamaşalarda onun xanımını da, qızını da, gəlinini də, sevgilisini də oynamışam. Çox duyğulu, ağır təbiətli, sanballı adam idi. Aktyor kimi onunla oynamaq rahatlıq idi. Məşqlərdə əvvəlcə ondan çəkinirdin, get-gedə çox rahat işləyirdin. O, tərəf-müqabilini başa düşürdü. Kral Liri oynayanda onun gözlərinə baxa bilmirdim. Rolda onun üstünə getdiyim üçün qəddar olmalıydım. Amma gözünə baxsaydım, özümü ağlamaq tutardı. Çox həssas aktyor idi. Çox heyf ki, bu cür aktyorlarımız və tərəf-müqabillərimiz həyatdan gedir. Fəxr edirəm ki, Kamal Xudaverdiyevlə bir teatrda işlədim, tərəf-müqabil oldum".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 936   Tarix: 05 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 343
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 615
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 334
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1656
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 403
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 492
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 507
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 347
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 559
.