Əli Əsədovdan Fərman Salmanov adına təqaüdün verilməsi barədə - QƏRAR

Əli Əsədovdan Fərman Salmanov adına təqaüdün verilməsi barədə - QƏRARFərman Salmanov adına təqaüdün verilməsi qaydaları təsdiq olunub.

BiG.AZ-ın məlumatına görə, bununla bağlı müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, "Fərman Salmanov adına təqaüd"ün verilməsi qaydaları aşağıdakı kimidir:

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli 1318 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (bundan sonra – ADNSU) təhsil alan tələbələrə "Fərman Salmanov adına təqaüd"ün (bundan sonra – təqaüd) verilməsi qaydasını müəyyən edir.

1.2. Təqaüd ADNSU-da təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələrin stimullaşdırılması və onlara maddi yardımın göstərilməsi məqsədilə verilir.

1.3. ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan və bu Qaydaya müvafiq olaraq keçirilən müsabiqənin qalibi elan olunmuş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər təqaüd almaq hüququna malikdirlər.

2. Təqaüdün məbləği və ödənilməsi mənbəyi

2.1. Təqaüd 2 (iki) nəfər tələbə üçün hər birinə "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamı ilə müəyyən edilmiş adlı təqaüd məbləğində ödənilir.

2.2. Təqaüd bir tədris ili müddətinə təyin edilir.

2.3. Təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

2.4. Təqaüdün təyin olunması təqaüdçünün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər təqaüdləri almaq hüququnu istisna etmir.

3. Tələbələrin müsabiqədə iştirakına dair şərtlər

3.1. ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər.

3.2. Müsabiqədə iştiraka aşağıdakı meyarlara cavab verən tələbələr buraxılırlar:

3.2.1. ali təhsil müəssisəsinə qəbul zamanı 600-dən yuxarı bal toplayan;

3.2.2. son iki tədris ilinin yekunlarına görə ümumi orta müvəffəqiyyət göstəricisi 91-100 olan;

3.2.3. ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan.

3.3. Müsabiqədə iştirak üçün ərizəyə tələbənin bu Qaydanın

3.2-ci bəndində göstərilən meyarlara uyğunluğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.

4. Müsabiqənin keçirilməsi

4.1. Müsabiqə ADNSU-nun rektorunun əmri ilə yaradılmış ekspert komissiyası tərəfindən keçirilir.

4.2. Ekspert komissiyasının fəaliyyətinin təmin edilməsi və bu Qaydaya uyğun cari məsələlərin həlli ADNSU-nun fakültə dekanlıqları (bundan sonra – dekanlıq) və tədris işləri üzrə rəhbərliyi tərəfindən həyata keçirilir.

4.3. Müsabiqənin keçirilməsi üzrə dekanlığın funksiyalarına aşağıdakılar daxildir:

4.3.1. tələbələrin müsabiqənin keçirilməsi müddəti və şərtləri barədə məlumatlandırılması;

4.3.2. tələbələr tərəfindən təqdim olunan sənədlərin toplanılması və ilkin ekspertizası;

4.3.3. təqaüdün namizədlərinin sənədlərinin ADNSU-nun tədris işləri üzrə rəhbərliyinə təqdim olunması.

4.4. Bu Qaydanın həyata keçirilməsi üçün ADNSU-nun tədris işləri üzrə rəhbərliyinin funksiyalarına aşağıdakılar daxildir:

4.4.1. ekspert komissiyasının iclası üçün sənədlərin hazırlanması;

4.4.2. ekspert komissiyasının iclasının yekunları barədə qərar layihəsinin hazırlanması;

4.4.3. müsabiqənin nəticələri barədə məlumatların ADNSU-nun rəsmi saytında yerləşdirilməsinin təmin edilməsi.

4.5. Sənədlərin təqdim edilməsi müddəti:

4.5.1. dekanlığa 20 sentyabradək;

4.5.2. ADNSU-nun tədris işləri üzrə rəhbərliyinə 23

sentyabradək;

4.5.3. ekspert komissiyasına 30 sentyabradək.

4.6. Ekspert komissiyası təqaüdə namizədlərin sənədlərinə baxır və müsabiqənin qalibləri barədə qərar qəbul edir.

4.7. Üç və daha artıq sayda namizədin göstəriciləri eyni olduqda, onların təhsil aldıqları ixtisasın tədris planında ixtisas-peşə hazırlığı fənləri blokuna daxil olan fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəriciləri daha yüksək olan namizədlər müsabiqənin qalibləri elan olunurlar.

4.8. Ekspert komissiyasının iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

4.9. Qaliblərin müəyyən edilməsi barədə ekspert komissiyasının qərarı onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

4.10. Qərar qəbul edilərkən səslər bərabər olarsa, ekspert komissiyasının sədrinin səsi həlledici hesab edilir.

4.11. Təqaüdün qaliblərinin müəyyən edilməsi barədə ekspert komissiyasının qərarı protokolla rəsmiləşdirilir və ADNSU-nun rektoru tərəfindən əmrlə təsdiq olunur.

5. Təqaüdün ödənilməsi və ödənişin dayandırılmasının əsasları

5.1. Təqaüd tədris ili ərzində ayda bir dəfə "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.

5.2. Təqaüdün ödənişi aşağıdakı hallarda dayandırılır:

5.2.1. tələbə təqaüddən imtina etdikdə;

5.2.2. təqaüdün verildiyi müddətdə tələbənin akademik borcu yarandıqda və (və ya) orta müvəffəqiyyət göstəricisi 91-dən aşağı olduqda;

5.2.3. tələbə digər ali təhsil müəssisəsinə köçürüldükdə;

5.2.4. tələbə ixtisasını dəyişdikdə;

5.2.5. tələbə akademik məzuniyyət götürdükdə;

5.2.6. tələbə ADNSU-dan xaric olunduqda;

5.2.7. tələbə tərəfindən ADNSU-nun daxili nizam-intizam qaydaları mütəmadi pozulduqda.

5.3. Ödənişin dayandırılması ADNSU-nun rektorunun əmri ilə rəsmiləşdirilir.

5.4. Bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq təqaüdün ödənişi dayandırıldıqda, həmin təqaüd ekspert komissiyasının qərarına əsasən bu Qaydanın tələblərinə cavab verən digər tələbəyə verilə bilər. Bu zaman müraciətləri ekspert komissiyasında araşdırılmış, lakin müsabiqəni keçə bilməyən tələbələrə üstünlük verilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 612   Tarix: 21 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 257
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1117
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 742
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 505
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 369
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 497
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 500
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 814
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 149