Azərbaycanın mal alıb-satdığı ölkələrin SİYAHISI

Azərbaycanın mal alıb-satdığı ölkələrin SİYAHISI2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal olunub.

Bu barədə Dövlət Statsitka Komitəsindən (DSK) BiG.AZ-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 24837,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14459,2 milyon dollar, idxalın dəyəri 10378,0 milyon dollar təşkil etmiş, nəticədə 4081,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb:

"2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,2 faiz, real ifadədə isə 1,4 faiz, o cümlədən idxal 3,4 faiz, ixrac 0,3 faiz artmışdır. Bu dövr ərzində ölkədən 1413,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 17,1 faiz, real ifadədə isə 12,1 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,5 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə, 7,2 faizini İsrailə, 5,5 faizini Hindistana, 4,9 faizini Almaniyaya, 4,7 faizini Çinə, 3,6 faizini İspaniyaya, 3,4 faizini Rusiyaya, 3,0 faizini Fransaya, 2,9 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,4 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 11,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib".

Həmçinin bildirilib ki, qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,0 faiz), Türkiyəyə (21,5 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (8,7 faiz), İtaliyaya (2,4 faiz), Ukraynaya (2,3 faiz), Yunanıstana (2,3 faiz), Çinə (2,2 faiz), İrana (1,5 faiz) və Niderlanda (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 11,6 faizi İsveçrə, 11,1 faizi Türkiyə, 9,3 faizi Çin, 6,3 faizi ABŞ, 4,9 faizi Almaniya, 3,8 faizi Kanada, 3,5 faizi İran, 3,3 faizi Ukrayna, 2,8 faizi Avstraliya, 2,6 faizi İtaliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Qazaxıstan, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-sentyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,5 faiz, şəkər – 49,5 faiz, tütün – 2,0 dəfə, meyvə və tərəvəz şirələri – 33,7 faiz, çay – 7,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 49,6 faiz, pambıq lifi – 47,2 faiz, pambıq ipliyi – 38,1 faiz, emal olunmamış alüminium – 24,1 faiz, polietilen – 2,5 faiz, bentonit gili – 17,2 faiz artıb, təzə tərəvəz ixracı isə 3,0 faiz, kartof – 7,2 faiz, bitki yağları – 17,2 faiz, meyvə və tərəvəz konservləri – 0,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 18,7 faiz, qara metallardan yarımfabrikatlar – 3,6 faiz, qara metallardan borular – 81,9 faiz azalıb.

2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr aylarında buğda idxalı 34,2 faiz, xam şəkər və şəkər – 39,9 faiz, təzə meyvə – 2,7 faiz, bitki yağları – 6,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 13,0 faiz, çay – 2,5 faiz, quş əti və onun əlavə məhsulları – 9,6 faiz, kartof – 23,9 faiz, mal əti – 13,2 faiz, təzə tərəvəz – 36,3 faiz, minik avtomobilləri – 1,9 dəfə, polad prokatı – 25,6 faiz, mineral gübrələr – 47,6 faiz, hesablama maşınları, blok və qurğuları – 35,5 faiz, rezin şinlər – 12,7 faiz, mebellər – 9,6 faiz, avtobuslar – 3,4 dəfə, məişət kondisionerləri – 1,6 dəfə, polietilen – 27,8 faiz, yük avtomobilləri – 3,7 dəfə, paltaryuyan maşınlar – 9,3 faiz, qara metallardan künclüklər – 13,2 faiz artmış, siqaret idxalı isə 49,1 faiz, qara metallardan borular – 13,6 faiz, qara metallardan çubuqlar – 20,0 faiz, sement və sement klinkerləri – 17,8 faiz, məişət soyuducuları – 17,1 faiz azalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 931   Tarix: 15 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c

01.05.2024 1380
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 840
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 864
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 247
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 340
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

01.05.2024 1066
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 292
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 1110