Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHIŞou-biznes nümayəndələrinin sənəti qədər şəxsi həyatları da tamaşaçılar üçün hər zaman maraqlı olub. Sənət aləmində bir-birinə qohum olan sənətçilərimiz də çoxdur. Onların bəziləri müəyyən səbəblər üzündən illərlə qohum həmkarlarından küsülü qalıb, hətta qohumluq əlaqələrini gizlədib. Lakin sonda əksəriyyət sənətçilər aralarında barışıq elan ediblər.

BiG.AZ azərbaycanlı sənətçilərdən öz qohumları ilə küsülü olanları araşdırıb. Sözügedən siyahını təqdim edirik:

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHIXalq artisti Flora Kərimova qohum həmkarı, Cavanşir Məmmədovla uzun illər küsülü olub. Lakin, 2016-cı il 29 sentyabr tarixində Ələkbər Tağıyevə həsr olunan konsertdə nəhayət ki, eyni səhnəni paylaşıblar və barışıblar. Xatırladaq ki, uzun illər hər iki tərəf qohum olduqlarını gizlədib. Sonradan məlum olub ki, sən demə xalq artisti müğənninin doğma bibisi qızıdır. Flora Kərimovanın mətbuata verdiyi açıqlamasına görə Cavanşir Məmmədovun ali məktəbə qəbul olmağına və sənət aləminə gəlməyinə çox köməklər edib. Hətta gənclik illərində onların birgə duetləri də var. Yayılan məlumatlara görə sonradan müğənni Cavanşir Məmmədov həmin lent yazılarını Qızıl Fonddan sildirib. Xalq artistinin açıqlamalarından belə aydın olur ki, tərəflər arasındakı narazılıq Cavanşir Məmmədovun bibisinin yasına 40-ı qurtaran ərəfədə gəlməsi olub.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHINəğməkar şair Vüqar Əhmədin İzzət Bağırovla qohum olması isə çoxlarına məlumdur. Belə ki, şair Vüqar Əhməd müğənninin bacısı ilə ailə həyatı qurub. Bəzi iddialara görə müğənni ilə şairin ailə münasibətlərində bir qədər soyuqluq var.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHIDaha bir küsülü qohum sənətçilər bəstəkar-müğənni Cabbar və Musa Musayev qardaşlarıdır. Qardaşlar arasında dəfələrlə görünməmiş ailə qalmaqalı yaşanıb. Belə ki, Musa Musayevin müğənni Təranə Qumralla ailə həyatı qurması qohumlarının böyük narazılığına səbəb olub. Cabbar Musayev müsahibələrinin birində nəsillikcə Musa Musayevi qohumluqdan çıxarıldığını bildirib.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHIMusa Musayevin küsülü olduğu növbəti məhşur qohumu xalq artisti Niyaməddin Musayevdir. Yuxarıda qeyd etdiyimiz səbəbə görə uzun illərdir danışmırlar.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHIKüsüb-barışan qohum sənətçilər sırasında xalq artisti Nazpəri Dostəliyevanın da adı var. Hər kəsə məlumdur ki, xalq artistinin böyük bacısı Zeynəb Dostəliyeva vaxtilə dövrünün populyar sənətçilərindən biri olub. Sonralar kiçik bacı Nazpəri Dostəliyeva "Nə olar Allahım" və digər mahnıları ilə bacısından önə çıxmağı bacarıb. İllər əvvəl bacılar arasında ciddi qalmaqal yaşanıb. Lakin xalq artisti artıq bacısı ilə barışdığını, bir-birilərinin evlərinə gediş-gəlişləri olduğunu açıqlayıb.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHIXalq artisti Brilliant Dadaşova bacısı qızı Səidə Dadaşova ilə küsülüdür.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHIMüğənni Mina Hüseyn həmkarı, eyni zamanda xalası qızı olan Elnarə Xəlilova ilə aralarında inciklik yaşanıb. Bir müddət küsülü olan məşhurların soyuq münasibətinə səbəb Mina Hüseynin "O səs Türkiyə" proqramındakı çıxışını Elnarənin öz instaqram səhifəsində paylaşmaması olub. Lakin daha sonra barışıblar.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHIBir vaxtlar evli olan reper Elşad Xose və rəqqasə Oksananın da arasında soyuq yellər əsir. 9 ay evli olan cütlüyün bu günə qədər hansı səbəbdən ayrıldıqları naməlumdur. Müxtəlif tədbir və mərasimlərdə eyni məkanlarda görünsələr də küsülüdürlər.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHIUzun illərdir qohumu ilə münasibəti olmayan və küsülülük səbəbləri bəlli olmayan məhşurlardan biri də xalq artisti Valeh Kərimovdur. Belə ki, sənətçi qardaşı rejisor Loğman Kərimov ilə küsülüdür. Lakin aktyor müsahibələrindən birində qardaşı ilə olan küsülülüyünü inkar edib. Qardaşının ondan 15 yaş kiçik olduğu səbəbinə görə nə söhbətinin, nə də dotluğunun tutmadığını bildirib.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHIXalq artisti Mələkxanım Əyyubova da qohumundan küsən məşhurlar sırasındadır. Sənətçi uzun müddət öz qardaşı oğulları müğənni Ramal İsrafilov və qardaşı Valeh İsrafilovla küsülü olub. Qeyd edək ki, onların küsülü olma səbəbi sosial şəbəkələrdə böyük səs-küyə, eyni zamanda qınaq obyektinə çevrilən 3 çılpaq qızın videosu olub. Belə ki, həmin videonun çəkilməsində xalq artistinin qardaşı oğlu Valeh İsrafilovun adı çəkilib.

Lamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4313   Tarix: 15 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 558
.

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va

01.05.2024 775
.

Pərvin Abıyeva ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva rəqsi ilə gündəm olub. BİG.AZ -ə istinadən bildirir ki, paytaxtdakı məclislərdən birində qonaqlıqda iştirak edən aktisa əsl rəqs şousu göstərib. Abıyeva məşhur ərəb mahnısı olan "Allah Allah Ya Baba"nın sədaları altında xeyli rəqs edib. Aktrisanın rəqs hərəkətlər

28.04.2024 1207
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 2146
.

AzTV-nın keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO

AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. C.Rəhimova bildirib ki, Aygün on

30.04.2024 3277
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 397
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 979
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 4309
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1041