"Instagram" layklarla bağlı yeniliyə başladı

"Instagram" layklarla bağlı yeniliyə başladı

Bu gündən etibarən postların altında laykların sayı “Instagram” istifadəçilərinə göstərilməyəcək.

BiG.AZ “ICTnews”a istinadən xəbər verir ki, sınaq proqramı indi bütün ölkələrdə əlçatan olacaq, ancaq sosial şəbəkənin hesabları hansı prinsip üzrə seçəcəyi açıqlanmayıb. Yenilik həm şəkil, həm də videoları əhatə edir.

Sosial şəbəkənin laykları ləğv etməyi nəzərdən keçirməsi bu ilin aprelində məlum olmuşdu. “Instagram” proqramının mütəxəssisləri istəyirlər ki, istifadəçilər laykların sayı haqqında deyil, postlar barədə düşünsünlər.

Qeyd edək ki, iyulun 18-də “Instagram” sınaq rejimində postların altında laykların sayını gizlətmişdi. O zaman yenilik Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada əlçatan idi.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 869 Tarix: 15.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər